Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

“Axşam görüşləri”: Azərbaycan elminin və mədəniyyətinin carçısı

“Axşam görüşləri”: Azərbaycan elminin və mədəniyyətinin carçısı

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 17 iyun, AZƏRTAC

Azərbaycan Radiosunda 50 ildir ki, hər bazar günü efirə gedən “Axşam görüşləri” dinləyicilərlə mənəvi bağ yaradan, milli-mənəvi dəyərləri təbliğ edən verilişlərdən biridir. Bu veriliş təkcə ədəbiyyatsevərlər üçün deyil, irsimizə, ədəbiyyatımıza maraq göstərən hər kəs üçün qiymətli bir informasiya mənbəyidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanovanın “Axşam görüşləri”: Azərbaycan elminin və mədəniyyətinin carçısı” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Milli Məclis sədrinin müavini, görkəmli elm xadimi, tanınmış ədəbiyyatşünas, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında yayımlanan “Axşam görüşləri” illərdir ki, öz orijinallığı və intellektual məzmunu ilə seçilir.

Verilişdə klassik və müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı təhlil edilir, ədəbiyyatmızın keçmişi və bu günü ilə bağlı dəyərli məlumatlar təqdim olunur, həmçinin dinləyiciləri düşündürən ədəbi-fəlsəfi mövzular ətrafında müzakirələr aparılır.

“Axşam görüşləri” dəyərli bir arxiv yaratmaqla milli yaddaşımızı zənginləşdirmək, mühüm mədəni-tarixi irs formalaşdırmaq və onu gələcək nəsillərə ötürmək kimi şərəfli bir missiyanı həyata keçirir. Yarım əsri əhatə edən bir dövr ərzində öz fəaliyyətini davam etdirən bu veriliş akademik Rafael Hüseynovun zəngin televiziya təcrübəsinin, mədəniyyətə, ədəbiyyata və tarixə olan dərin bağlılığının, sonsuz sevgisinin göstəricisidir.

Akademik Rafael Hüseynov təkcə bir aparıcı və ya publisist kimi deyil, həm də bir müəllim, tədqiqatçı və mədəniyyət xadimi kimi cəmiyyətimizdə böyük nüfuz qazanıb. Alimin fəaliyyəti Azərbaycan televiziya tarixində, mədəniyyətində və informasiya məkanında dərin izlər buraxıb. O, hələ gənc yaşlarından başlayaraq televiziyada müxtəlif maarifləndirici proqramlarla çıxış edib, ictimai şüurun formalaşmasına, milli-mənəvi dəyərlərin təbliğinə xidmət göstərib.

“Axşam görüşləri”nin cari ilin yanvar ayında yayımlanan buraxılışında akademik Rafael Hüseynov ilk verilişin ərsəyə gəlməsindən danışaraq həmin günləri belə xatırlayıb: “2025-ci il verilişimiz üçün yubiley ilidir. Düz 50 il qabaq “Axşam görüşləri” hər bazar günü sizinlə daimi olaraq görüşlərinə başladı. Sanki dünən idi, bina həmin bina, pillələr eyni. Dəhlizlər həminki...

Onda mən hələ tələbə idim. Artıq 1 il idi ki, Azərbaycan radiosuna ayaq açmışdım. Televiziyada da ilk verilişlərimi hazırlayırdım. Ancaq birinci verilişim radioda 1974-cü ilin oktyabrında səslənmişdi”.

Verilişin ilk illərindən başlayaraq Rafael Hüseynov daim maraqlı, cəlbedici və dəyərli müsahibələr hazırlayıb. O, yalnız məşhur şəxsiyyətlər, elm və mədəniyyət xadimləri deyil, həm də onların ailə üzvləri, yaxınları ilə əlaqələr yaradaraq, onları axtarıb taparaq efirə dəvət edib, bu görüşlər vasitəsilə Azərbaycan ictimaiyyətində böyük maraq doğuran verilişlərə imza atıb, xalqımızın milli-mənəvi irsini ehtiva edən zəngin arxiv formalaşdırıb.

Proqramı fərqləndirən əsas xüsusiyyətlər akademik Rafael Hüseynovun ensiklopedik biliyi, tədqiqatçı ruhu ilə yanaşı, onun emosional nitqi, cəlbedici səs tonu, səmimi üslubu və söhbət açdığı hər mövzuya bədii-estetik yanaşmasıdır. Məhz bu səbəbdən, illərdir ki, dinləyicilər verilişin hər buraxılışını böyük maraqla, həvəslə gözləyirlər.

Akademik Rafael Hüseynovun özünün də dediyi kimi, “Axşam görüşləri” ilk illərdən etibarən hər zaman milli iradəmizin, varlığımızın ifadəsi olan məqamlara diqqət yetirib.

İnanırıq ki, hər buraxılışı ilə ruhumuzu qidalandıran bu veriliş hələ uzun illər tarix yazmaqda, gözəl xatirələr yaratmaqda davam edəcək, Azərbaycan mədəniyyətinə, ədəbiyyatına töhfə verən görkəmli şəxsiyyətlərin həyat yoluna işıq salacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 İyun 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see604

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see535

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see406

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see316

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see278

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see274

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see272

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see264

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see263

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see239

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see224

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see215

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see212

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see210

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see205

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see197

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see195

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see189

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see177

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri