Icma.az
close
up
RU
AMEA prezidentinin oğlu Talıbova hər il 30 milyon verirmiş KONKRET

AMEA prezidentinin oğlu Talıbova hər il 30 milyon verirmiş KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəyli gömrükdə rüsum kimi toplanan qeyri-rəsmi ödənişlərin – hər ay 2.5-3 milyon dolların rəhbərliyə çatdırıldığını etiraf edib.

KONKRET.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bu məlumat gömrük generalının öz ifadəsində əksini tapıb.

Onun dediklərindən belə məlum olur ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova hər il 30 milyon dollardan çox pul çatdırırmış. Generalın sözlərinə görə, toplanan məbləğlər get-gedə artdığından rəhbərliyə çatdırılan pullar da çoxalıb. Məsələn, 2020-ci ildə rəhbərliyə çatdırdığı pulun miqdarı 34 milyon dollar idisə, növbəti il artıq 38 milyon 400 min dollar olub.

2001-ci ildən Naxçıvan MR gömrük sistemində inspektor kimi işə başlayan S.Həbibbəyli 10 il sonra komitə sədrinin müavini təyin edilib. O, 2018-ci ilin noyabrınadək həmin vəzifədə çalışandan sonra sədr vəzifəsini icra etməyə başlayıb. 2019-cu ilin martında isə Naxçıvan MR Ali Məclisinin sədri V.Talıbovun fərmanı ilə Dövlət Gömrük Komitəsinin sədri təyin olunub. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəyli isə o vaxt oğlunun saxlanması haqda iddiaları nə təsdiq, nə də təkzib edib.

“Oğlum bilmirəm haradadır, xəbərim yoxdur. Mənim oğlumla, Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur. Hesab edirəm ki, övladla bağlı ataya sual verməyin özü etikaya sığmır”, – deputat oğlunun saxlanması haqda sualı belə cavablamışdı.

2022-ci il noyabrın 28-də Prezident İlham Əliyev Naxçıvan MR Dövlət Gömrük Komitəsinin ləğvi barədə fərman imzaladı. Fərmana əsasən, onun əvəzinə Naxçıvan Baş Gömrük İdarəsi yaradıldı və bu idarə Dövlət Gömrük Komitəsi strukturuna daxil edildi.

General S.Həbibbəyli ifadəsində 2018-ci ilin noyabrından 2022-ci ilin noyabrınadək komitə sədri işlədiyi dövrdə çatdırdığı pullar barədə bunları deyib:

“2018-ci ildə mən sədr təyin olunanda aylıq 2 milyon 500 min dollar olmaqla, ilin sonuna qədər iki aya cəmi 5 milyon dollar çatdırdım. 2019-cu ildə də aylıq 2 milyon 500 min dollardan bir il üçün 30 milyon dollar vermişəm. 2020-ci ildə aylıq 2 milyon 800 min dollar oldu, illik cəmi 34 milyon dollar çatdırmışam. 2021-ci ildə isə aylıq təxminən 3 milyon 200 min dollardan olmaqla, bir il üçün 38 milyon 400 min dollar çatdırmışam. 2022-ci ildə artıq ayda 3 milyon 300 min idi. 10 ay ərzində 33 milyon yığılmışdı. Hamısı da çatdırılıb”.

O vurğulayıb ki, rəhbərliyə çatdırılan yüz milyonlarla dolların hamısı qeyri-rəsmi şəkildə toplanan və büdcədən yayındırılan gömrük rüsumları idi.

S.Həbibbəyli bu qaydanı özünün müəyyənləşdirmədiyini, hələ sədrin müavini işlədiyi dövrdən belə olduğunu deyir. Onun sözlərinə görə, komitə sədri təyin ediləndə də çağırıb deyiblər ki, əvvəlki qaydada işləməyə davam edəcəklər:

“Komitə sədri təyin olunmağım haqda fərman imzalananda rəhbərlik məni qəbul elədi. Dedi ki, işlər əvvəlki qaydada davam eləməlidir”.

S.Həbibbəylinin dediyinə görə, razılaşma belə olub ki, toplanan pullardan hər ay onun özünə 40 min, müavinlərinə isə 10 min manat çatıb.

Azpolitika.info yazır ki, həmin vaxt Naxçıvan MR Dövlət Gömrük Komitəsinin gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mansur Əsgərov və muxtar respublikanın maliyyə naziri olan Rafael Əliyev də həbs edilmişdi.

M.Əsgərov və R.Əliyev barəsində həbs-qətimkan tədbiri sonradan dəyişdirilib.

2023-cü ilin aprelindən bəri hər ikisinin işinə Naxçıvan Ağır Cinayətlər Məhkəməsində baxılırdı.

Onların birlikdə mühakimə olunmasının bir səbəbi də budur ki, R.Əliyev 2020-ci ildə nazir təyin edilməzdən öncə Gömrük Komitəsində M.Əsgərovun vəzifəsində çalışıb. Ona həm şöbə rəisi, həm də nazir işlədiyi dövrlə bağlı ittihamlar verilib.

Cinayət işinin materiallarında yazılırdı ki, Naxçıvan MR-ə gətirilən, ixrac edilən və tranzit nəqliyyat vasitələri ilə keçən mallara dair bilgilər qanunla müəyyənləşdirilmiş qaydada mərkəzləşdirilmiş sistemə daxil edilməli idi. Ancaq Naxçıvan MR Gömrük Komitəsi qanunsuz şəkildə özbaşına alternativ proqram yaradıb və hesabatlar ora daxil edilib. Məhz həmin hesabatdan özləri gerçək durumu biliblər. Büdcəyə isə gələn vəsaitlərin cüzi bölümü köçürülüb.

Özünü qismən təqsirli bilən M.Əsgərov məhkəmədə deyib ki, 2020-ci ildə gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi təyin olunarkən Naxçıvan MR Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli onu qəbul edərək proqramdankənar rüsumların toplanması və ona çatdırılması barədə tapşırıq verib: “Şöbə rəisləri toplanan pulları sistemlə eyniləşdirmə aparılması üçün mənə gətirirdi. Mən də eyniləşdirmə başa çatandan sonra sistemdən çıxan hesabatla birlikdə idarə rəisinə verirdim. İdarə rəisi də komitə sədrinə çatdırırdı. Komitə sədri idarə rəisinə göstəriş vermişdi ki, gündəlik 5-10 maşın rəsmi proqrama daxil edilsin, qalan maşınlarsa qeyri-rəsmi proqrama işlənsin”.

M.Əsgərov vurğulayıb ki, toplanan pulun üstündən onun bir manat da götürməyə ixtiyarı yox idi, axı qeyri-rəsmi sistemi də səlahiyyətli şəxslərin hamısı, o cümlədən komitə sədri görür və hesabatlar təqdim olunurdu. Onun sözlərinə görə, işə başladığı vaxtdan davam edən prosesin iştirakçısı olub:

“Dövlətin generalının verdiyi tapşırığı icra etmişəm. Sadəcə, şöbə rəisi olduğum iki il ərzində aylıq 3 min manat paket almışam”.

M.Əsgərov və R.Əliyevin hər ikisinə bugünlərdə hökm oxunub və şərti cəza verilib./axaraz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Yanvar 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see296

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see268

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see265

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see241

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see240

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see233

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see223

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see223

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see216

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see213

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see208

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see207

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see198

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see196

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see196

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see192

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see190

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri