Amerika Birləşmiş Ştatlarından dünyaya açıq xəbərdarlıq: Viza hüquq deyil, imtiyazdır
Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Bu yanaşma ABŞ üçün suverenlik və təhlükəsizlik məsələsi kimi təqdim olunur. Dövlət deyir ki, sərhədlərini kimə və hansı şərtlərlə açacağını özü müəyyən edir. Qanunlara əməl etməyən, qaydaları pozan şəxs üçün ölkədə qalmaq məcburiyyəti yoxdur. Xüsusilə son illərdə miqrasiya, terror təhlükəsi və geosiyasi gərginliklər fonunda bu mövqe ABŞ hakimiyyəti üçün əsaslandırılmış sayılır.
Amma rəqəmlər məsələyə başqa tərəfdən baxmağı zəruri edir. Təkcə 2025-ci ildə 100 min vizanın ləğv edilməsi, onların arasında minlərlə tələbə və iş vizasının olması artıq istisna yox, sistemli siyasətdir. Bu siyasət milyonlarla insan üçün daimi qeyri-müəyyənlik yaradır. ABŞ-da oxuyan, işləyən, həyat quran insanlar hər an bir qərarla ölkədən kənarda qala biləcəklərini bilirlər.
Xüsusilə tələbə vizalarının kütləvi şəkildə ləğvi ABŞ-ın illərlə formalaşdırdığı “imkanlar ölkəsi” imicinə ziddir. Elm, innovasiya və əmək bazarı xarici tələbə və mütəxəssislər hesabına güclənir. Onları risk qrupuna çevirmək ABŞ-ın öz maraqları ilə də ziddiyyət təşkil edir.
Yanvarın 14-də 75 ölkənin vətəndaşlarına immiqrant vizalarının verilməsinin dayandırılması isə artıq sırf hüquqi qərar deyil, açıq siyasi mesajdır. Bu addım göstərir ki, ABŞ qloballaşma dövrünün açıq qapılar siyasətindən uzaqlaşır.
Tənqidçilər haqlı olaraq ikili standartlardan danışırlar. Bəzi ölkələr və vətəndaşlar kollektiv risk kimi qiymətləndirilir, fərdi yanaşma isə arxa plana keçir. Bu halda viza mexanizmi təhlükəsizlik alətindən çox geosiyasi təsir vasitəsinə çevrilir.
ABŞ-ın mesajı sadə və sərtdir. Qaydaları güclü olan müəyyən edir. Viza artıq səyahət və ya təhsil sənədi yox, şərtli etimad göstəricisidir. Bu etimad istənilən an geri alına bilər.
Milyonlarla insanın taleyi bir cümləyə bağlanıb: “Viza hüquq deyil, imtiyazdır.” Bu cümlə isə müasir dünyanın nə qədər qapalı və ehtiyatlı mərhələyə daxil olduğunu açıq şəkildə göstərir.
Leyla Mirzə, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 15 Yanvar 2026 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















