Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

AMERİKA İMPERİALİZMİNİN TƏKAMÜLÜ Avropada “ikinci cəbhə” Qrenlandiya! AzPolitika onlayn siyasi ictimai qəzet

AMERİKA İMPERİALİZMİNİN TƏKAMÜLÜ Avropada “ikinci cəbhə” Qrenlandiya! AzPolitika onlayn siyasi ictimai qəzet

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Bir neçə gündən sonra yenidən ABŞ Prezidenti olacaq Donald Trampın Qrenlandiya, Kanada və Panama barəsində səsləndirdiyi məlum bəyanatlar dünya ictimaiyyəti tərəfindən geniş müzakirə olunur. ABŞ-nin bu cür ekspansionist siyasət aparacağı barədə siqnallar dünyanın yeni tarixi mərhələyə qədəm qoyacağından xəbər verir...

“AzPolitika” xəbər verir ki, Ukraynanın “Unian.net” internet portalında gedən “Amerika imperializminin təkamülü” başlıqlı məqalədə sözügedən məsələyə toxunulur. 

Həmin məqaləni qısa ixtisarla təqdim edirik:

”ABŞ-də keçirilən seçkiləri izləyənlər arasında kimsə düşünmürdü ki, Tramp məlum “MAGA” şüarına əsasən Amerika neftinin hasilatının artırılması planının həyata keçirilməsindən yox, Kanadanın ilhaq olunması istəyindən danışacaq. Hələ üstəlik, Tramp Qrenlandiyanın və Panama kanalının ələ keçirilməsi üçün hərbi güc tətbiqini istisna etməyib. Meksika körfəzinin Amerika körfəzi adlandırılması isə lap tortun üstündəki gilanara bənzəyir.

Bu söz-söhbətlərin hamısı mövcud beynəlxalq hüququn “devalvasiya” olunmasına eyham vurur. Bir dövlət kimi Ukraynanın sərhədləri beynəlxalq hüquqa görə toxunulmazdır. Bundan başqa, belə söhbətlər 19-cu əsrin reallıqlarına qayıdışdır, hansı ki, o vaxt təcavüzkar imperializm özünün ən zirvə həddinə çatmışdı. İmperializmin yüksəlişi Birinci Dünya müharibəsinə yol açdı, sonra isə onun davamı olan İkinci Dünya müharibəsi başladı. Hamı elə zənn edirdi ki, həmin köhnə imperializm artıq dəfn edilib. Ancaq Putin və bir sıra digər diktatorlar “Pandoranın qutusunu”nu açdılar.

İndi 1997-ci ildəki “Fallout” adlı kompüter oyunu yada düşür. Həmin uydurulmuş oyunda Üçüncü Dünya müharibəsi məhz Kanadanın ABŞ tərəfindən ilhaqı ilə başlayır. Çinlilərin əlinə keçməməsi üçün Arktikanın təbii resursları uğrunda ABŞ mübarizəyə başlayır. Bu oyunun əsası hələ Birinci Dünya müharibəsindən sonra ABŞ Baş Qərargahı tərəfindən hazırlanmış və reallıqda mövcud olmuş “War Plan Red”-dən götürülüb. Həmin plana əsasən, ABŞ Britaniya ilə münaqişə yaranacağı təqdirdə Kanadanı zəbt etməliymiş. Əlbəttə, bu plan heç zaman reallaşmayıb, hərçənd ki, 1930-cu ildə imzalanmışdı.

Deyəsən, indi vəziyyət çox ciddidir və bu, artıq oyun deyil. Ən azından “Reuters” agentliyi yazır ki, Qrenlandiya Tramp üçün boş sözlər yox, əsl həqiqətdə prioritetdir. Maraqlıdır ki, Tramp özünün Qrenlandiyaya olan iddiasını Çin və Rusiya təhlükəsi ilə izah edir. Belə görünür ki, o, nə vaxtsa “Fallout” oynayıb...

ABŞ-dən kənarda da əksəriyyət Donald Trampa rəğbətlə yanaşıb. O cümlədən də Bayden administrasiyasının qətiyyətsizliyindən məyus olan ukraynalılar. Bayden Ukraynaya verdiyi vədləri yerinə yetirmədi və hələ 5,8 milyard dollarlıq yardımı belə tam istifadə etmədi. İndi sual yaranır ki, görəsən, Ukrayna bu yardımı ala biləcəkmi.

Belə görünür ki, dinamik gərginlik artır və Avropada “ikinci cəbhə” gözlənilməz yerdən - Qrenlandiyadan açılır. Zarafat bir yana, bu, “ağrılı yerdir”. Çünki Danimarka öz silahlarının az qala hamısını Rusiya ilə müqavimət üçün Ukraynaya verib və indi onun hətta hipotetik olaraq ABŞ-nin istənilən təcavüzünə qarşı şansı çox azdır.

Kremldəkilər buna sevinirlər və ümid edirlər ki, dünyanı bölmək üçün Trampı özlərinə həmfikir tapıblar. Onlar artıq ABŞ-nin Qrenlandiya üzərindəki hipotetik nəzarətini Ukraynada işğal etdikləri “yeni bölgələr”lə birbaşa müqayisə edirlər. Amma unudurlar ki, ABŞ təkcə prezidentdən ibarət deyil və orada səhv qərarlardan qaçmaq üçün kifayət qədər rıçaqlar var. Elə ona görə də ABŞ-dəki bütün qərarlar uzun müddətə və çox ağır qəbul olunur.

ABŞ-nin Respublikaçılar Partiyasına yaxın KİV-lər artıq açıq şəkildə “imperialist həvəsi”ndən və “müdaxilə arzusu”ndan danışırlar. Sosial şəbəkələrdə “super millət” C.U.M. (Candada, USA, Mexico) barəsində çoxsaylı videolar paylaşırlar.

Amma Meksikada Trampa onun öz dilində cavab veriblər. Onlar öz xəritələrini çəkiblər və “Meksika Amerikası”nın qaytarılmasını tələb ediblər. Həmin xəritədə göstərilən ərazi demək olar ki, ABŞ-nin yarısıdır. Belə bir xəritəni dərc etdirən və müvafiq bəyanatlar verən başqa birisi yox, Meksika Prezidenti Klaudiya Şeynbaumdur. Deməli, bu ondan xəbər verir ki, əslində, Putinin əlinin üstündən vurmayıblar (dekorativ sanksiyalar hesaba alınmamalıdır) və Krımı ilhaq etməyə, müasir dövrdə presedent yaratmağa ona imkan veriblər.

Amerika Birləşmiş Ştatları bir dövlət kimi Yeni Dünyada məskunlaşan avropalıların Britaniya imperiyasına qarşı mübarizəsi nəticəsində meydana gəlib. Üsyan qaldıran 13 koloniya ştatlar yaratmışdılar. Onlar qonşuları ilə müqayisədə daha böyük hərbi gücə malik olduqlarından dərhal genişlənmə siyasətinə başladılar. ”Ştat” sözü ingiliscə “dövlət” deməkdir. İmperiya isə onun tərkibinə daxil olan dövlətlərdən üstdə dayanır. Beləliklə, ABŞ imperiyadırmı? Xeyr, imperiya deyil, çünki ABŞ-də heç zaman imperator (monarx) olmayıb və orada daim respublika quruluşu hökm sürüb, vətəndaş müharibəsindən sonra isə tam surətdə federasiyada birləşiblər. Bütün 19-cu əsr ərzində ABŞ “yeni ərazilər toplamağa” meylli olub.

İlk ərazi genişləndirməsi sülh yolu ilə gedib, çünki qonşu koloniyalar Britaniya və ya İspaniyanın zəifləmiş hakimiyyəti altındaydı və sadəcə özlərini dövlət elan edərək Birləşmiş Ştatların tərkibinə qatılıblar. Keçmiş metropoliyalar buna qarşı heç nə edə bilmirdilər, çünki o zaman Avropada Napoleon müharibələri gedirdi. Həm də ki, ilk başlarda fransızlar və ispanlar Britaniya imperiyasını əsəbləşdirmək üçün gənc ABŞ-ni aktiv dəstəkləyirdilər. ABŞ ilə dostcasına münasibətlərdə olan zəifləmiş Avropa imperiyaları Amerikadakı koloniyalarını ABŞ-yə satırdılar (Elə ona görə də indi bu təcrübəni əsas götürən Donald Tramp Qrenlandiyanı satın almaq niyyətindədir). Sonradan güclənən ABŞ Qərbi Floridanı ispanlardan ilhaq etdi. Güclü ABŞ ordusu qarşısında kimsə müqavimət göstərə bilməzdi.

Qərb KİV-ləri indi bu cür hibrid yanaşmalara eyham vururlar. Danimarka hakimiyyəti isə rəsmi surətdə Qrenlandiyanın müstəqillik qazana biləcəyini istisna etməsə də, ərazinin ABŞ-yə verilməsini inkar edir (Qrenlandiya müstəqillik əldə edəndən sonra onlar ABŞ-yə birləşmək istəsələr kim nə edə bilər ki?).

1840-cı illərdə ABŞ və Meksika arasındakı qarşıdurmadan sonra Texas ABŞ-nin tərkibinə daxil oldu. Sonradan isə Kaliforniya ABŞ-nin tərkibinə keçdi. Bütün bunlar Trampın bəyanatlarını absurd yox, tamamilə “işlək model” edir. Bəli, 21-ci əsrdə 19-cu əsrin metodlarından istifadə edilməsi təəccüb doğurur, necə ki, hələ 15 il bundan öncə Rusiya ilə Ukrayna arasında müharibə olacağına kimsə inanmırdı.

1846-cı ildə ABŞ və Meksika arasında gedən müharibə Vaşinqtonun xeyrinə bitdi, hətta ABŞ ordusu Meksikanın paytaxtını işğal etmişdi. 1848-ci ildə Meksika öz ərazisinin yarısını Vaşinqtonun xeyrinə itirilməsini qəbul etməyə məcbur qaldı. Elə bundan sonra Meksikada vətəndaş müharibəsi başladı. Meksikada baş verən böhran fonunda 1850-ci illərdə meksikalılar öz torpaqlarını amerikalılara satmqda davam etdilər. Öz torpaqlarını təkcə meksikalılar satışa çıxarmayıblar. Belə ki, 1867-ci ildə ABŞ Rusiya imperiyasından Alyaskanı satın aldı və bu ərazi 1959-cu ildə ştat kimi ABŞ-nin tərkibinə daxil oldu. Ruslar Alyaskanı ona görə amerikalılara satdılar ki, Krım müharibəsi fonunda (Britaniya ilə Rusiya Krımda müharibə edirdi) Alyaskanı saxlamaq mümkün olmayacaqdı. Çünki Alyaskanın Britaniya Kanadası ilə sərhədi vardı, rusların isə orada ordusu yox idi. Seçim beləydi ki, ya bu ərazini pulsuz britaniyalılara verəcəkdilər, ya da amerikalılara pulla satacaqdılar. Rusiya çarı ikinci variantı seçdi. Amerikalılar öz ərazilərini yalnız pul və “üsyanlar” sayəsində genişləndirməyiblər. Məsələn, onlar San-Xuan adasını və Alyaskanın kiçik bir parçasını arbitraj məhkəməsi yoluyla ingilislərdən alıblar. İkinci Dünya müharibəsindən sonra Yaponiya və Filippin koloniya olmayıblar, lakin Vaşinqton onlara “sərbəstlik” verməyənə kimi ABŞ-dən tam asılı idilər.

Ümumiyyətlə, ABŞ-nin ştat statusu almayan, lakin Ağ Evə tabe olan bir sıra uzaq əraziləri var. Bu koloniyalarda formal olaraq yerli əhalinin bütün hüquqları qorunur və onlar öz iradələri ilə ABŞ hakimiyyəti altında qalmaq istəyirlər. Ona görə də onları “koloniya” adlandırmaq ədalətli olmazdı. Hazırda ABŞ-nin tərkibinə daxil olan bu cür “qeyri-korporativ ərazilər” Puerto-Riko, Quam adası, Amerika Virciniya adaları, Şimali Marian adaları, Amerikan Samoasıdır. Bunlardan əlavə çoxsaylı kiçik adalar da var. Belə adalarda əsasən hərbi bazalar yerləşir və onlar ticarət yollarına yaxındadırlar. Belə adalardan biri 1959-cu ilin avqustunda ştat olan Havay adalarıdır. Bu adalar ABŞ-nin son genişlənməsi olub. Yəni, Trampa qədər...

Hələlik, Trampın dedikləri sadəcə söz olaraq qalır. Hərçənd ki, bu göstərir ki, ABŞ Prezidenti Putinlə “dostlaşıb” və onların hər ikisi təcavüzə meyllidirlər. Ancaq bu ölkələr öz xarakterlərinə görə tamamilə fərqlidirlər. Rusiya Federasiyasında diktaturadır, ABŞ-də isə “qurucu atalar” Prezidentin kəskin dönüşlər etməsinin qarşısını almaq üçün çoxsaylı mexanizmlər yaradıblar. Elə buna görə də Tramp 2016-cı ildəki ilk cəhdində Qrenlandiyanı ala bilməmişdi.

Qrenlandiya və ya Kanada üzündən müharibə olacağı ehtimalının azlığına baxmayaraq, ABŞ Prezidentinin bu cür absurd ideyaları beynəlxalq münasibətlərdə qıcıq oyatmaycaq və belə hallar “ticarət müharibələri”nə və digər münaqişələrə gətirb çıxarmayacaq. Əgər bunlar baş verərsə, ABŞ və Avropa zəifləyəcək, Ukraynanın həyatda qalması isə bunadan çox asılıdır.

Əgər Avropa ABŞ-dən gələ biləcək hipotetik təhlükə qarşısında Ukraynaya silah yollamayaraq, yalnız özü üçün silahlanmağa və resurs yığmağa başlasa, onda bu Kreml üçün əsl hədiyyə olar. Ona görə də Ukrayna istənilən xoşagəlməz hala qarşı elə indidən öz arxa cəbhəsini gücləndirmək barəsində düşünməlidir.

Hadisələrin bu fonunda Ali Rada 7 yanvar tarixində (Trampın məlum bəyanatları səsləndirdiyi gün) “Ukrayna Silahlı Qüvvələri dəstələrinin digər dövlətlərə göndərilməsi barəsində” qanun layihəsini qeydə alıb. Əlbəttə, bu, birbaşa olmasa da, hər halda yeni müstəmləkəçilik dövrünə hazırlaşmağa oxşayır. Bəlkə də bu, Ukraynanın öz hüdudlarından kənarda maraqlarını qoruması üçün lazımdır. Sözügedən “Fallout” video oyununda Avropa vahid hərbi güc kimi birləşmişdi...”

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Yanvar 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see187

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see162

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see146

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see143

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see137

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see130

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri