Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Cənubi Qafqaz və Azərbaycanın diplomatik fəallığı: geosiyasi yeniləşmə

Cənubi Qafqaz və Azərbaycanın diplomatik fəallığı: geosiyasi yeniləşmə

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

K.Əlioğlu

Dünyanın əsas diqqətinin Rusiya-Ukrayna münaqişəsində ABŞ-ın mövqeyinə yönəldiyi bir zamanda Cənubi Qafqazla bağlı siyasi-diplomatik fəallığın yeni səviyyəyə yüksəlməsi də aktual görünür. Bu istiqamətdə Azərbaycan və Ermənistanın atdıqları addımlar, böyük güclərin məsələ ilə bağlı mövqeləri maraq doğurur. Həmin kontekstdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin bir neçə ölkəyə səfərləri və onların mətbuatda işıqlandırılması ekspertlərin diqqətini çəkməkdədir. Müxtəlif təhlillər aparılır və qənaətlər irəli sürülür. Bunların fonunda Cənubi Qafqazda geosiyasi dinamikada baş verə biləcək yeniliklər üzərində geniş dayanmağa ehtiyac görürük.

Yüksək dinamikalı diplomatiya

Cənubi Qafqaz regionunda siyasi-diplomatik və geosiyasi addımlar o dərəcədə intensivləşib ki, ekspertlər ümumi dinamikanı tutmaqda çətinlik çəkirlər. Lakin bu yüksək hərəkətlilik daxilində daha əhəmiyyətli olanları da seçmək lazımdır. Çünki hazırkı mürəkkəb geosiyasi situasiyada regionun taleyini məhz onların həll edə biləcəyi düşüncəsi hakimdir. Həmin sırada ekspertlər Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin bir sıra ölkələrə etdiyi ardıcıl səfərlərə xüsusi diqqət yetirirlər.

Burada politoloji kontekstdə ilk sual belədir: "yüksək diplomatik fəallıq Cənubi Qafqazın geosiyasi mənzərəsini yeniləşdirə bilərmi?". Çünki müasir mərhələdə yüksək diplomatik fəallığın regionu bütün variantlarda müsbət istiqamətdə dəyişmədiyini sübut edən kifayət qədər faktlar mövcuddur. Eyni zamanda, Cənubi Qafqaza müxtəlif istiqamətlərdən olan təsirlər bir-birini təkzib edir – böyük güclərin maraqları daha çox özünü göstərir.

Bu məqama Rusiya-Ukrayna münaqişəsinə ABŞ-ın sərt müdaxiləsi, İsrail-Fələstin münaqişəsinin aradan qalxmaması və Ermənistanın atdığı ziddiyyətli və qeyri-müəyyən addımları da əlavə etmək lazım gəlir.

Nəhayət, çox təəssüf ki, Kremlin Azərbaycan təyyarəsinin vurulması fonunda özünü kifayət qədər ədalətli və hüquqa dayanan çərçivədə aparmaması da situasiyaya öz təsirini göstərir. Hətta Rusiya XİN təmsilçisi M.Zaxarova təhdid xarakterli fikirlər söyləyib, Dövlət Dumasının bir sıra üzvləri qeyri-obyektiv, özündənrazı çıxışlar ediblər. Bunların hamısı bütövlükdə Rusiya-Azərbaycan münasibətlərinə Cənubi Qafqaz kontekstində yenidən baxılması kimi arzuolunmaz qənaətlər meydana çıxarıb.

Deməli, bizim regionda Qərb, Rusiya, İranla yanaşı, Azərbaycan-Türkiyə tandeminin diplomatik sferada fəallaşması təsadüfi deyildir. Məhz bu variantların içərisində Azərbaycanın diplomatik fəallığının yüksəlməsi regional geosiyasətin yeniləşməsi imkanlarından biri kimi nəzərdən keçirilir. Niyə məhz Azərbaycanın?

Bu nəticə son illər Cənubi Qafqazda toplanmış geosiyasi təcrübənin daxili məntiqindən irəli gəlir. Çünki Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda konstruktiv geosiyasi dəyişikliklərin əsasını qoyub. Bu müddətdən keçən dövr ərzində Bakı bir sıra səmərəli təşəbbüslər irəli sürüb və faktiki olaraq, regionu təhlükələrdən, risklərdən xilas etməkdədir. Qeyd edilənlər Azərbaycan diplomatiyasının müsbət təcrübəsinə inamı xeyli artırır. Bütün bunların fonunda Hikmət Hacıyevin İran, İsrail və Türkiyəyə səfərlərinə vahid məntiqi bucaq altında baxmaq aktuallıq kəs edir.

Əliyevin dialoq qurmaq nümunəsi

Prezidentin köməkçisinin diplomatik fəallıq marşrutu belə təəssürat yaradır ki, rəsmi Bakı regionlararası geosiyasi məkanda mühüm problemlərin həlli üçün konstruktiv dialoq qurmaq vəzifəsini üzərinə götürüb. Buna Azərbaycanın tam əsası vardır. Çünki son illərin təcrübəsi göstərir ki, rəsmi Bakı əməkdaşlıq və təhlükəsizliyin təmin edilməsində regional miqyasla regionlararası masştabı uğurla əlaqələndirə bilir.

Regional miqyasda bu, Azərbaycan Prezidentinin Gürcüstanla əlaqələri yeni səviyyəyə yüksəltməsində, Rusiya və İranla münasibətlərdə daha da irəliləməsində, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində birləşdirici fəaliyyətində, MDB məkanında konstruktiv addımlar atmasında, Çinlə əlaqələri Mərkəzi Asiya vasitəsilə strateji məcraya yönəltməsində və Avropa ilə yeni əməkdaşlıq platformaları üzərində işləməsində özünü göstərir.

Bunların fonunda "Hikmət Hacıyev İsraildə nələri müzakirə edib?" sualı ritorik deyildir. Şübhəsiz, söhbət Azərbaycan rəhbərliyinin konstruktiv bir təşəbbüsündən gedir ki, Yaxın Şərq və Qafqaz istiqamətlərində əməkdaşlıq və təhlükəsizliklə bağlı yeni müsbət məqamlarım meydana gəlməsinin şahidi olacağıq. Bundan başqa, Ankaranın Suriya məsələsində Azərbaycanın fəallığını artırması arzusu və istəyi fonunda bu problemlə də bağlı Bakının konkret addımları ola bilər. Bunun fonunda Hikmət Hacıyevin İsraildən sonra Ankaraya səfər etməsi tamamilə başadüşüləndir.

Əlbəttə, bu prosesdə İranı arxa plana atmaq düzgün olmazdı. Hikmət Hacıyevin İranın Prezidenti Məsud Pezeşkian ilə görüşməsi və müəyyən regional məsələləri müzakirə etməsi bu baxımdan ekspertlərin diqqətini çəkib.

Nəhayət, regionlararası dialoqun təşkili çərçivəsində Azərbaycan Prezidentinin təşəbbüsü fonunda Rusiya XİN-in rəhbəri Sergey Lavrovun demək olar ki, Hikmət Hacıyevin səfər marşrutunu təkrarlaması və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Bakıya gəlməsi olduqca düşündürücüdür.

Belə çıxır ki, İlham Əliyev regionlararası məkanda dialoq təşəbbüsü ilə real təhlükəsizlik və əməkdaşlıq sistemlərinin formalaşmasına praktiki töhfə verir. Buraya Cənub-Şərqi Asiya, Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq daxildir. Suriya məsələsi isə ayrıca əhəmiyyət daşıyır. Bu ölkədə sabitlik və hüququn bərqərar olması bir neçə region üçün əlavə şans yaradacaqdır. Bütün bunların fonunda rəsmi İrəvanın atdığı addımlar da diqqət çəkir.

Ermənistan inkişaf edə bilmir

Ermənistanın baş naziri Azərbaycanın sülh təkliflərinə cavab verdiklərini bəyan edib. O, rəsmi İrəvanın bir sıra məsələlərə yeni şəkildə yanaşdığını bildirib. Guya onlara Bakı etiraz etməməlidir. Ancaq Ermənistan XİN sözçüsü deyib ki, "kommunikasiyaların blokdan çıxarılması və silahlara qarşılıqlı nəzarət mexanizmi ilə bağlı təkliflərə cavab yoxdur".

Onu vurğulayaq ki, rəsmi Bakı İrəvana 17 maddəlik sülh sazişi layihəsini göndərib. Bakı və İrəvanın son bəyanatlarında deyilir ki, üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması məsələsində tərəflərin razılığı yoxdur. Konkret olaraq, söhbət Avropa İttifaqının "mülki missiyası" adlanan, reallıqda isə hərbi məzmunlu qrupdan gedir. Eyni zamanda, ABŞ-ın Zəngəzura hərbi kontingent yeritməsi nəzərdə tutula bilər. Hər bir halda, Azərbaycan rəhbərliyi sərhəddə hər hansı üçüncü qüvvənin yerləşməsini qətiyyən qəbul etmir. İrəvanın reaksiyası isə göstərir ki, Ermənistan nəinki bundan imtina edir, hətta "mülki missiya"nın qalma müddətini yenidən uzadıb!

Əlbəttə, bunların fonunda Ermənistanın konstitusiyasında dəyişikliklərin edilməsi və Zəngəzur məsələsinə rəsmi İrəvanın münasibəti də maraq doğurur. Konstitusiyada mümkün dəyişikliklərin anonsunun verilməsi onu göstərir ki, Ermənistan bu və ya digər dərəcədə yeni reallığı nəzərə almalıdır. Azərbaycana qarşı konstitusiya ilə təsbit olunmuş ərazi iddialarına son qoymalı, hərtərəfli sülh sazişinin imzalanmasına konstitusiya maneələrini aradan qaldırılmalıdır. Bunun fonunda Zəngəzur dəhlizinin açılması da mümkündür. Ola bilsin ki, Ermənistan rəhbərliyi bu məsələdə hansısa təminat istəsin.

Lakin bütün bunların fonunda Ermənistan regiona Qərbin gətirilməsi xəttini davam etdirir. Xüsusilə təhlükəsizliyin təmini bəhanəsi ilə Qərbin silahlı qruplarının regionda mövcud olması üçün çalışır. Bunda məqsəd nədir?

Rəsmi İrəvan stratejidə özünə təhlükə görür. Üstəlik, ifadə etdiyi fikirlərə baxmayaraq, Azərbaycan-Türkiyə tandeminə regionda balans təşkil etmək niyyətindədir. Bunu Rusiya-İran xətti ilə edə bilmir. Çünki Moskva və Tehran bir qədər fərqli mövqe tuturlar. Onlar Azərbaycan-Türkiyə birliyi ilə əməkdaşlıqda maraqlıdırlar. Qərb isə Rusiya və İranı zəiflətmək fonunda Türkiyə və Azərbaycanın təsirini minimuma endirməkdə maraqlıdır. Bu, Ermənistan üçün müasir şəraitdə ideal variant ola bilər. Buna görə də rəsmi İrəvan sərhəddə Qərb təmsilçilərinin qalması üzərində israr etməkdədir.

Beləliklə, Azərbaycanın regionlararası miqyasda əməkdaşlıq və təhlükəsizliklə bağlı siyasi-diplomatik fəallığını daha da artırması ilə rəsmi İrəvanın ənənəvi mövqeyində qalması arasında ziddiyyət mövcuddur. Əgər Bakı geniş geosiyasi məkanda təhlükəsizlik və sabitlik sistemi quranlar sırasındadırsa, İrəvan məhdud və qeyri-müəyyənliklə dolu bir seçimlə mövqe tutmağa çalışır.

Bu iki xəttin mübarizəsinin 2025-ci ildə daha da kəskinləşməsi ehtimalı istisna deyildir. Lakin Rusiya-Ukrayna münaqişəsində ABŞ və Aİ-nin tutacaqları mövqedən çox məqamlar asılı olacaqdır. Deməli, rəsmi Bakının diplomatik hərəkətliliyi bütövlükdə regionun strateji taleyi baxımından da çox əhəmiyyətlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Mart 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see204

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see147

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri