“Amma Yunanıstan və İsveç bizim səviyyədə olan komandalardı” Xəzər Ağalızadə
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkəmizin futzal yığması AÇ-2026-nın seçmə mərhələsindəki ilk oyunu İsveçə qarşı keçirdi. 3:3 hesablı bərabərliklə bitən qarşılaşmada qolları Oktay Rüstəmli (2) və Xəzər Ağalızadə vurdu.
Xəzər oyundan sonra “Football-plus.az”a açıqlama verib:
“Gərgin oyun alındı. Yeni heyətimiz var, cavan uşaqlar gəlib. Düzdü, legionerlərlə işləmək yaxşı idi. Amma daha təcrübəli oyunçularımız var ki, yenilər də onlardan nəsə öyrənir. Rəqib sona qədər bizimlə döyüşdü. Demək olar ki, bərabərsəviyyəli oyun alındı. Sadəcə, hesab 2:1 olarkən bir qol da vursaydıq, oyunu qələbə ilə başa vura bilərdik. Müəyyən səhvlərə görə belə alındı. 3-cü qolu erkən vursaydıq, oyun daha da gərgin olacaqdı. Qarşıda Xorvatiya ilə görüşümüz var. Güclü rəqibdi, dünya çempionatında da yaxşı iştirak etdi. Onlarla oyun daha ağır olacaq. Amma Yunanıstan və İsveç bizim səviyyədə olan komandalardı. Onlarla mübarizə aparmaq olar”.
RÖYANƏ OĞUZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 20 Dekabr 2024 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















