Icma.az
close
up
RU
Amnistiya ilin sonunda elan oluna bilər

Amnistiya ilin sonunda elan oluna bilər

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclis üzvləri də amnistiya ilə bağlı qərar olacağını gözləyirlər 

Zəfər bayramına cəmi bir neçə gün qalsa da, Milli Məclisin gündəliyində hələlik amnistiya məsələsi yer almır. Lakin siyasi dairələrdə və ekspert çevrələrində bu mövzu yenidən aktuallaşıb. Xatırladaq ki, 2021-ci ildə 8 Noyabr - Zəfər Günü münasibətilə ölkədə genişmiqyaslı amnistiya elan edilmişdi. 2025-ci ilin “Suverenlik və Konstitusiya İli” kimi qeyd olunması isə bu dəfə oxşar bir addımın ilin sonuna qədər atılacağı ehtimalını gücləndirir. 

Müstəqillik dövründə Azərbaycanda ümumilikdə 12 amnistiya aktı qəbul edilib və bu aktlar 160 minə yaxın şəxsə şamil olunub. Konstitusiyanın 95-ci maddəsinə əsasən, amnistiya aktını qəbul etmək səlahiyyəti Milli Məclisə məxsusdur.

Əvvəlki illərin təcrübəsinə əsasən, amnistiya ən çox sosial həssas qrupları əhatə edir. Azyaşlı uşağı olan qadınlar, hamilə və ya yaşlı məhkumlar, sağlamlıq imkanları məhdud şəxslər, eləcə də az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə cəza çəkənlər bu kateqoriyaya daxildir. Bundan başqa, cəzasının böyük hissəsini çəkmiş, islah olunma əlamətləri göstərən şəxslər, cəzasının bitməsinə bir il qalmış məhkumlar, yetkinlik yaşına çatmayanlar, şəhid ailələrinin üzvləri, müharibə veteranları və qazilər də amnistiyadan yararlana bilərlər.

Məlumata görə, ilin sonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində yeni amnistiya aktının qəbul edilməsi yüksək ehtimal kimi qiymətləndirilir. Bu qərar dövlətin humanist siyasətinin davamı olmaqla yanaşı, həm də cəmiyyətə ünvanlanmış mühüm bir ismarış olacaq. Belə bir addım həm sosial ədalət prinsiplərinin qorunması, həm də dövlət-vətəndaş münasibətlərində etimad mühitinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli sayılır.


Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, ilin əvvəlindən başlayaraq ictimai müzakirələrdə bu mövzu dominantlıq təşkil edir: “Bu il ərzində amnistiya elan oluna və əfv sərəncamı imzalana bilər. Ehtimallar kifayət qədər yüksəkdir. Düşünürəm ki, ilin sonuna kimi amnistiya aktı reallaşa bilər. Təbii ki, bu, Prezidentin müstəsna hüququdur, əfv sərəncamı ilə müəyyən qisim insan əfv edilə bilər. Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası mütəmadi olaraq bu məsələ ilə bağlı işləyir. 

Təxmini aldığımız bəzi məlumatlar da var. Bu baxımdan bu qənaətdəyəm ki, ilin sonuna kimi əfv sərəncamı və ya amnistiya reallaşacaq".  


Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, dövlət rəhbərliyindən amnistiya ilə bağlı təşəbbüs olarsa, parlament bunu alqışlayacaq: “Amnistiya qərarı prezident İlham Əliyevin və ya birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilə bilər. Bunu hazırda millət vəkili və ya komitə sədri olaraq söyləmək imkanında deyiləm. Bu yöndə hazırlıqlar məhz hüquq sistemində aparılır. Bu istiqamətdə dövlətimizin daimi addımları var və hər bir halda ilin sonuna kimi gözləyək”.  


Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, amnistiyanın olması gözləniləndir: “Əfvlə amnistiya bir olmalıdır, bununla bağlı hökumətə təkliflər etmişik. Bu baxımdan amnistiyanın olacağına güman edirəm. Hüquq müdafiəçiləri olaraq biz də eşidirik ki, ilin sonuna qədər böyük amnistiya elan ediləcəyi gözlənilir. Yəni bununla bağlı hazırlıqlar gedir. Məlum olduğu kimi, bu məsələ Milli Məclisdə açıqlanmalıdır. Böyük amnistiya olarsa, təkcə məhbusların deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin həyatında mühüm hadisə ola bilər. Çünki Konstitusiya Günü münasibətilə qəbul olunacaq amnistiya dövlətin humanizm prinsiplərinə sadiqliyinin bariz göstəricisi olacaq. Əlbəttə, biz istəyərdik ki, bu amnistiyanın əhatə dairəsi daha geniş olsun və xüsusən də siyasi motivlə həbs olunmuş insanların hamısını əhatə etsin. Belə bir addım həm də beynəlxalq aləmdə Azərbaycanın imicinə müsbət təsir göstərəcək. Təəssüf ki, sülh yolunda atılan addımlara baxmayaraq, hələ də bu prosesə mane olmağa çalışan qüvvələr var. Lakin əminik ki, amnistiya aktı sülhün, barışın, həmrəyliyin rəmzi olacaq. Həmçinin biz hüquq müdafiəçilərinin işi də bu halda bir qədər yüngülləşər. Çünki daim müraciətlərin içində çalışırıq”. 

Qeyd edək ki, sonuncu dəfə Zəfər günü münasibətilə 2021-ci ildə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Həmin aktın 17 min 267 şəxsə şamil olunduğu müəyyən edilib. Bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyadır. Amnistiyanın tətbiq olunduğu şəxslərdən 733-ü Vətən müharibəsinin iştirakçısı, 837-si qadın, 65-i yetkinlik yaşına çatmayandır.

Amnistiya qərarı azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 5971 məhkuma tətbiq edilib. Onlardan 2710 məhkum azadlıqdan məhrumetmə cəzasından azad olunub, 3261 məhkumun cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb. Həmçinin azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 8559 şəxsə amnistiya tətbiq edilib. Onlardan 5722 məhkum cəzadan azad edilib, 2837 məhkumun cəzası azaldılıb. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 1909, islah işləri cəzasına məhkum olunmuş 2471, ictimai işlər cəzasına məhkum edilmiş 86, cərimə cəzasına məhkum edilmiş 1202 və digər cəzalara məhkum olunmuş 54 şəxs bu cəzalardan azad edilib. Şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 62 məhkum barəsində də amnistiya tətbiq olunub.

Bundan əlavə, məhkəmələrin icraatında olan işlər üzrə 890, ibtidai istintaq orqanlarının icraatında olan işlər üzrə isə 1785 şəxsə amnistiya tətbiq edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:458
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Oktyabr 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see270

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see188

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see188

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see187

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see179

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see178

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see177

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see176

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see176

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see176

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see175

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see172

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see172

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see171

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see170

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see168

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see167

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see167

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri