Icma.az
close
up
RU
Amnistiya milli birliyin gücləndirilməsi istiqamətində atılan ən humanist addımdır ŞƏRH

Amnistiya milli birliyin gücləndirilməsi istiqamətində atılan ən humanist addımdır ŞƏRH

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"“Konstitusiya və Suverenlik ilinin” sonuna yaxınlaşarkən, Prezident İlham Əliyev əsrin və müstəqillik dövrünün ən böyük amnistiya aktı ilə çıxış edib". Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib.

O bildirib ki, bu, cəmiyyətdə milli birlik və həmrəyliyin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən atılan ən humanist addımdır: "Bu gündən başlayaraq Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş amnistiya təşəbbüsü əsasında Milli Məclis tərəfindən 19 dekabr tarixində qəbul edilmiş amnistiya qərarı əsasında məhkumlar azadlığa buraxılır. Qərarın icrasına həm Azərbaycanda, həm də Naxçıvan MR-da başlanılmışdır və 4 ay ərzində davam edəcək. Bu şəxslər cəmiyyətə yenidən qazandırılır. Bu isə, dövlət tərəfindən edilən çox böyük bir etimad, ikinci şansdır. Həmçinin, vətəndaşa olan inamın bariz göstəricisidir və bunu yalnız özünəinamlı, güclü dövlətlər edə bilər.

Bu təşəbbüs Dövlət Başçımızın humanizm və mərhəmət prinsiplərinə yüksək önəmini nümayiş etdirir və həmrəyliyin gücləndirilməsinə yönəlik mühüm addımdır. Azərbaycanda amnistiya aktları humanizm, mərhəmət və sosial ədalət prinsiplərinə əsaslanan hüquqi mexanizmlərdən biridir və müəyyən kateqoriyadan olan şəxslərin cinayət məsuliyyətindən və ya cəzadan tam və ya qismən azad edilməsini nəzərdə tutur. Bir qayda olaraq, amnistiya aktlarının əsas məqsədi cəmiyyətə təhlükə yaratmayan, törətdiyi əmələ görə islah olunma potensialı olan şəxslərə yenidən sosial həyata qayıtmaq imkanı yaratmaqdır".

Deputat həmçinin qeyd edib ki, amnistiya aktının probasiya nəzarətində olan - azadlığın məhdudlaşdırılması cəzası, ictimai və islah işləri, cərimə cəzası və şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzanın çəkilməsi təxirə salınmış şəxslərə münasibətdə də icrasına başlanılıb. Ədliyyə Nazirliyinin Probasiya xidmətində aidiyyəti dövlət qurumlarının, Nazirlik yanında İctimai şuranın və media nümayəndələrinin iştirakı ilə probasiya nəzarətində olan şəxslər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalardan azad olunurlar.

Bu qərarın ölkəmizdə 20 minə yaxın şəxsi əhatə edəcəyi gözlənilir. Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

Müstəqillik dövründə ölkəmizdə 71 əfv qərarı və hazırki qərar daxil olmaqla, 13 amnistiya aktı qəbul edilmişdir. Ümummilli lider Heydər Əliyevin böyük humanizm və mərhəmət hislərindən irəli gələn qərarları ilə onun prezidentliyi dövründə ümumilikdə 32 əfv fərmanı, 7 amnistiya aktı qəbul edilib. Müxtəlif illərdə Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü amnistiya təşəbbüsləri on minlərlə insanı əhatə etmişdir.

2021-ci ildə Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsü Milli Məclis dəstəkləyərək, 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiyanın elan edilməsini qərara almışdı. Həmin aministiya aktı 17 min 267 şəxsə şamil olunub. Bu qərar tətbiq olunan şəxslərin sayına görə həmin ilə qədər qəbul edilmiş ən geniş amnistiya olub.

Prezidentin bu təşəbbüsü xalqımızın həmrəyliyinə, cəmiyyətlə dövlət arasında etimadın daha da möhkəmləndirilməsinə və hüquqi dövlət prinsiplərinin dərinləşməsinə böyük töhfə verəcəkdir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Dekabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see313

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see196

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see157

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see151

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see150

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see147

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see145

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see145

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see139

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see132

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see132

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see131

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

20 Dekabr 2025 19:01see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri