Icma.az
close
up
RU
Ana dilimizi qoruyaq, kimliyimizi yaşadaq...

Ana dilimizi qoruyaq, kimliyimizi yaşadaq...

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ana dili hər bir xalqın milli kimliyini, tarixini və mədəniyyətini yaşadan ən böyük sərvətdir. Azərbaycan dili də əsrlər boyu xalqımızın zəngin ədəbi irsini, adət-ənənələrini və milli dəyərlərini qoruyub saxlamışdır. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləmini zənginləşdirir və dünyagörüşünü genişləndirir.

Ana dili, bizim müqəddəs sərvətəmizdir, kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımızdır. Ana dili hər bir xalqın, millətin varlığıdır. Hər xalqın öz dili var. Bizim də dilimiz Azərbaycan dilidir! Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur.

Bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək mərtəbəyə qaldırılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Heydər Əliyev ana dili ilə bağlı dövlət siyasətinin təməlini ölkəmizin müstəqilliyinin ilk günlərindən qoyub. Azərbaycan dilinin inkişafı ilə əlaqədar müntəzəm olaraq fərman və sərəncamlar imzalayıb. 2001-ci ilin iyul ayında ulu öndər Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb, daha sonra isə 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis olunub. Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuz qazanması dilimizi ən mükəmməl formada təqdim etməyi bacaran Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan dilinin saflığının qorunması, tətbiqi sahəsinin genişləndirilməsi istiqamətində dahi rəhbərin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət Dil Komissiyasına möhtərəm Prezidentimizin özünün rəhbərlik etməsi dilimizə dövlət səviyyəsində diqqət və qayğının əsas göstəricilərindəndir. Dövlət başçısının dilimizin saflığının qorunmasına, inkişaf etdirilməsinə və təbliğ olunmasına yönələn dil siyasəti, bu istiqamətdə apardığı genişmiqyaslı islahatlar, qəbul etdiyi fərman və sərəncamlar öz müsbət nəticəsini vermişdir.

Ümummilli liderin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev dilimizə, milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizin təbliğinə, qədim tarixə malik mədəniyyətimizin tanıdılmasına böyük həssaslıqla yanaşır. Dövlət başçımızın 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımdır.

Ana dili xalqın özü, varlığı, mənəviyyatıdır və mühüm tarixi əhəmiyyətə malikdir. Çünki o harada yaşamasından asılı olmayaraq, azərbaycanlıları birləşdirən, onların doğmalığının, həmrəyliyinin əsası olan ən etibarlı vasitədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev mədəniyyət paytaxtımız Şuşada keçirilən Dünya Azərbaycanlılarının Zəfər Qurultayında bu məsələni xüsusi vurğulayaraq "Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir", - dedi. Dil həm də mənsub olduğu xalqın tanınmasında əhəmiyyətli rol oynayan amillərdən biridir. Bu mənada onun təbliğ edilməsi, beynəlxalq aləmdə nüfuzunun artırılması olduqca vacibdir. Qürurverici haldır ki, dövlətimizin nüfuzu artdıqca dilimizin mövqeyi də güclənir.  

Ana dilimiz bizim bugünümüz, sabahımız və gələcəyimizdir. Ana dili bizim kimliyimizdir. Azərbaycan vətəndaşı olaraq bizim də ümdə vəzifəmiz dilimizə hörmətlə, ehtiramla yanaşmaq, ona olan xalq sevgisini, inamını doğrultmaqdır.

Məqsədimiz, amalımız böyüməkdə olan vətən övladlarını milli ruhda tərbiyə etmək, vətənin qeyrətli vətəndaşı kimi yetişdirməkdir. Ana dilini sevən, onu qoruyan və inkişaf etdirən xalq öz tarixini, mədəniyyətini və milli dəyərlərini də qoruyur. Buna görə də hər bir insan ana dilinə hörmətlə yanaşmalı, onun zənginliyini gələcək nəsillərə ötürməyə çalışmalıdır.

Füzuli Abdullayev,

YAP Ağsu rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 İyul 2026 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri