Dilimizi qorumaq milli kimliyimizi və dövlətçiliyimizi qorumaqdır Millət vəkili
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi son müsahibə, ölkəmizin daxili və xarici siyasətinin prioritetlərini, gələcək inkişaf hədəflərini və milli dövlətçilik fəlsəfəmizi özündə ehtiva edən tarixi bir yol xəritəsidir. Bu müsahibə bir daha sübut etdi ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm hərbi meydanda, həm də iqtisadi, sosial və infrastruktur quruculuğu sahəsində yeni bir epoxaya qədəm qoyub. Prezidentin paytaxt Bakının nəqliyyat sistemi və ekoloji mühiti ilə bağlı açıqlamaları müasir çağırışlara tam cavab verir. Şəhərin tarixi simasını qorumaqla yanaşı, mikromobilliyin inkişafı, velosiped zolaqlarının salınması və ictimai nəqliyyatın keyfiyyətinin artırılması paytaxt sakinlərinin rahatlığı üçün atılan inqilabi addımlardır. 10 yeni metro stansiyasının yeri artıq müəyyən olunub və bu, şəhərin yükünü əhəmiyyətli dərəcədə azaldacaq”.
Bunu 525.az-a millət vəkili Fatma Yıldırım bildirib. O qeyd edib ki, ekoloji təmiz elektrobusların gətirilməsi "Yaşıl artım" strategiyamızın tərkib hissəsidir. Yeni yaradılan parklar və ictimai zonalar Bakını daha yaşanılan və piyada dostu bir şəhərə çevirir:
“Prezidentin qeyd etdiyi kimi, Azərbaycan artıq 16 ölkəyə boru kəməri qazı ixrac edən nəhəng bir enerji mərkəzinə çevrilib. Bizim enerji siyasətimiz praqmatizmə və reallığa əsaslanır. COP29-a ev sahibliyi edən bir ölkə olaraq, biz həm ənənəvi enerji mənbələrimizdən səmərəli istifadə edirik, həm də bərpaolunan enerjiyə böyük sərmayələr yatırırıq. Müsahibənin ən mühüm mesajlarından biri milli kimliyimizin özəyi olan Azərbaycan dilinin qorunması idi. Dilimiz dövlətçiliyimizin birinci atributudur. Prezidentin xarici sözlərin dilimizə lüzumsuz daxil olması ilə bağlı narahatlığı və xaricdə yaşayan 50 milyon soydaşımızın ana dilində təhsil alması üçün onlayn məktəblərin yaradılması təşəbbüsü hər birimiz üçün bir fəaliyyət proqramıdır. Dilimizi qorumaq milli kimliyimizi və dövlətçiliyimizi qorumaqdır”.
Millət vəkili vurğulayıb ki, inkişafın neft-qazdan deyil, zəka və təhsildən asılı olması müasir Azərbaycanın əsas fəlsəfəsidir. Elm və Təhsil Nazirliyinin yenidən qurulması, ali təhsil müəssisələrinin müasir modelə keçidi və istedadlı gənclərin dövlət idarəçiliyinə cəlb edilməsi uzunmüddətli inkişafın təminatıdır. Biz gələcəyimizi kadr islahatları və intellektual potensial üzərində qururuq:
“İşğaldan azad edilmiş ərazilərdə tətbiq olunan xüsusi nümayəndəlik institutu və çevik idarəetmə modeli gələcəkdə bütün ölkə miqyasında islahatların təməli ola bilər. Prezidentin kadr məsələlərinə qarşı tələbkarlığı, şəffaflıq və ictimai nəzarət mexanizminin vacibliyini xatırlatması bütün məmurlar üçün ciddi bir xəbərdarlıqdır. Vəzifə etimad deməkdir və bu etimad xalqa xidmətlə doğruldulmalıdır. Təhlükəsizlik və sabitlik Azərbaycanı turizm üçün ən cəlbedici məkanlardan birinə çevirib. Şahdağda keçiriləcək Dünya Çempionatı, "Sea Breeze" kimi möhtəşəm layihələr və Qarabağın cənnət təbiəti yaxın illərdə turist sayını 5-6 milyona çatdırmağa imkan verəcək. Prezident İlham Əliyevin xüsusilə "torpaq" anlayışı, işğal dövrünün psixoloji mənzərəsi və Zəfərdən sonrakı quruculuq mərhələsi haqqında fikirləri hər bir azərbaycanlının qəlbində dərin təsir yaradır. Vətən müharibəsi dövründə hər azad edilən kənd, hər ucaldılan bayraq bizim üçün milli kimliyimizin bərpası idi. Prezident İlham Əliyevin şəhidlərimizə olan yüksək ehtiramı və hər bir əsgərin həyatını qorumaq üçün hərbi əməliyyatların istiqamətini dəyişmək qərarı, Onun humanist və milli rəhbər obrazını bir daha təsdiqlədi. Bu gün biz artıq "yaralı torpaq" anlayışından uzaqlaşırıq. İndi bizim üçün Qarabağ və Şərqi Zəngəzur quruculuq meydanıdır. Prezidentin vurğuladığı kimi, indi biz torpağın keyfiyyətinə, onun bərəkətinə, əkin-biçin potensialına baxırıq. Bu, Azərbaycanın sülh və inkişaf dövrünə qədəm qoyduğunun ən böyük göstəricisidir. Biz hər an ayıq və güclü olmalıyıq ki, bir daha heç kim torpağımıza göz dikməsin. İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək, daha güclü Azərbaycan naminə çalışmağa davam edəcəyik”.
Sevinc Qarayeva
Baxış sayı:70
Bu xəbər 07 Yanvar 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















