Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ana dilimizin böyük heyranı və təəəssübkeşi Bəxtiyar Vahabzadə 100

Ana dilimizin böyük heyranı və təəəssübkeşi Bəxtiyar Vahabzadə 100

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İmran VERDİYEV
Əməkdar müəllim 

Bu günlərdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi - Xalq şairi, Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin 100 illiyi tamam olacaq. Bu yubiley münasibətilə ölkə Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamda oxuyuruq: "Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır. Onun Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daimmədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılamışdır".

B.Vahabzadəni fenomenə çevirən əsas reallıqlar da bunlardır. Mən bir neçə dəfə dahi şairimizlə söhbətləşən xoşbəxtlərdənəm. Hər dəfə onu dinlədikcə, əsərlərini oxuduqca "Nəsimi" filmində deyildiyi kimi, bu "cılız bədəndə" o boyda Vətən, millət, ana dili sevgisinin, poetik-fəlsəfi düşüncələrin necə yerləşdiyinə təəccüb edirdim. Bunun bircə səbəbi ola bilərdi: Vətənə, millətə, ana dilinə, milli-mənəvi dəyərlərə ilahi məhəbbət, sonsuz ehtiram və sədaqət!

Milli dil, mili qürur, milli təəssübkeşlik, milli dəyər, milli mənafe, milli düşüncə - bütün bunlar Bəxtiyar müəllimin nəfəs aldığı sahələr, amillər idi. Görkəmli şairimiz dili millətin varlığının ilkin təzahürlərindən sayırdı. Deyirdi ki, "Dil olmayınca, millət də olmaz". O, "Ana dili", "Oğluma", "Latın dili", "Uzun illər boyu öz vətənindən", "Mənim ana dilim", "Özümdən özümə şikayət", "Fəxriyyə", "Özgə", "Mənim anam", "Hara gedir sabahımız" və başqa şeirlərində, həmçinin bir sıra məqalələrində ana dilinin əhəmiyyəti, milli düşüncənin formalaşmasında onun rolu barədə öz görüşlərini əks etdirib. B.Vahabzadə yazır ki, "Hər xalqın dili o xalqın ruhudur, psixologiyasıdır, mənəviyyatıdır, tarixidir, tarix boyu keçib gəldiyi yollardır. Xalqın dilini yaradan sözlər, o sözləri bir-biri ilə birləşdirən şəkilçilər, feillər, sifətlər, təyinlər quru sözlər deyil, hecalarında xalqın nəbzi vuran canlı ürəkdir, düşünən beyindir. Onlar bizimlə birgə yaşayır, düşünür, həmçinin bizləri də yaşadır və düşündürür. Hər xalqın övladı öz xalqının yaratdığı dillə düşünür və həmin dillə öz ürəyinin yanğısını, beyninin fikrini ifadə edir". Şeirlərinin birində deyir: "Övladları yer üzünə səpələnsə, pərən-pərən düşənlərin vəhdətidir ana dili".

Hər bir millətin "bəqasına baş səbəb" olan dilin varlığı, mövcudluğu onun istifadəsi və nə dərəcədə qorunub yaşadılması ilə bağlıdır. Ona görə də şair dili qorumağı və yaşatmağı həyati məsələ hesab edirdi. Öz dilini "ana köküm" adlandıran B.Vahabzadə ata-babalardan miras qalan ana dilini göz bəbəyi kimi qorumağı, onu "öz dadı-tamı və təmizliyi ilə gələcək nəsillərə təhvil verməyi" hamının müqəddəs borcu hesab edirdi. Dil sevgisi yolunda yazdıqlarına "epiqraf" adlandırılan"Ana dili" şeirində şair yazır:

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,

Bu dil əcdadımızın bizə qoyub getdiyi

Ən qiymətli mirasdır, onu gözlərimiz tək

Qoruyub, nəsillərə biz də hədiyyə verək!

"Öz dilim yaşarsa, millətim yaşar" deyən B.Vahabzadə hər bir azərbaycanlıdan ana dilini mükəmməl öyrənməyi və bilməyi tələb edirdi. Onun fikrincə, "...dil yalnız ondan istifadə edəndə, həmin dildə danışanda yaşayır və inkişaf edir. Həm də dil təkcə məişət mövzusunda danışanda, sadəcə olaraq ondan istifadə edəndə yox, ondan dövlət dili kimi istifadə edəndə yaşayır".

"Ana dilim-ana köküm" məqaləsində də ana dilini yaxşı bilməyin zəruriliyindən söz açır, öz dilini bilməyənlər haqqında yazır: "Axı sən xalqın dilini bilmirsənsə, demək, millətin ruhuna, mənəviyyatına yadsan. Demək, bu millətə övlad deyilsən". Şair "doğma dilində danışmağı ar bilənlər"ə müraciətlə deyir:

Ey öz doğma dilində

danışmağı ar bilən fasonlu ədabazlar,

Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.

Bunlar qoy mənim olsun,

Ancaq Vətən çörəyi

Sizlərə qənim olsun!

Ana dilimizə qarşı biganə münasibət şairi çox qəzəbləndirib. Öz əsərlərində xarici dillərdə danışmağı yüksək mədəniyyət göstəricisi sayıb, özünü mədəni göstərən ziyalıların ana dilinə laqeydliyini və biganəliyini kəskin tənqid edib, doğma dilinə yad olan, ondan üz döndərənləri, ziyalıları (xüsusən məmurları) qınayıb. Hələ sovet dövründə - 1967-ci ildə yazdığı "Riyakar" şeirində xalqın övladlarına ana dilində dərs verən, lakin öz övladlarını rus məktəblərində oxudan müəllimlər tənqid olunur. "Gəlin açıq danışaq" kitabında isə şair bütün ziyalıların mövqeyinə, dilin yaşadılması və inkişaf etdirilməsində onların roluna  münasibət bildirərək yazıb ki, "Ziyalısı ana dilində danışmayan xalqın nəinki dili, özü də ölümə məhkumdur". "Ana dilim-ana köküm" məqaləsində o, "bizim obrazovannılar" haqqında deyir: "Hansı dilin zərurətindən danışsaq, bizi alqışlayır və beynəlmiləlçi adlandırırlar. Amma "çaşıb" ana dilinin zərurətindən danışan kimi, anasının dilini bilməyən, ona həqarətlə baxanlar bizə şübhə ilə yanaşır, ən yaxşı halda bizi "geri qalmış adam", özünü isə irəli getmiş, mədəni və müasir adam hesab edir". Şairin "Özümdən özümə şikayət" şeirində isə müstəqillik illərində dilimizə olan biganəlik və laqeydlik tənqid olunur.

Azərbaycan ədəbiyyat tarixinin "ana dili şairi" adlandırılan B.Vahabzadə ana dilimizin saflığı məsələsinə, bu dilin yad sözlərdən (təbii alınmalardan söhbət getmir) təmizlənməsinə xüsusi əhəmiyyət verirdi. O, qəzet və jurnallarda dərc etdirdiyi "Tarix, dil, ənənə", "Ana dili", "Dil haqqında sorğu", "Bir daha ana dili haqqında", "Dil və əlifba", "Dilimiz-ədəbiyyatımız", "Dildə təbiilik və gözəllik", "Ana dili - dövlət dili" və s. kimi məqalələrində dilin sərhədlərini, saflığını qoruyan bir silahlı əsgər kimi çıxış edirdi. Öz dilində yersiz əcnəbi sözləri işlədənləri, heç ustad Şəhriyarı da bağışlamırdı:

Məni bağışlasın, Şəhriyarım da

Otuz il özgəyə "bəradər" dedi.

Öz doğma yurdunda, öz diyarında

Doğma anasına o, "madər" dedi.

Elə ki yumruğu yerə dirəndi,

Dərhal yada düşdü doğmaca kəndi.

Ana dilini öyrənməyin və onu qoruyub saxlamağın əsas yolunun məktəblərdə tədrisin ana dilində aparılmasında görən dahi şairimizin anadilli məktəb və ana dilinin tədrisi barədəki fikir və düşüncələri də olduqca aktualdır. O hələ sovet hakimiyyəti illərində qələmə aldığı "İftiraya cavab" adlı məqaləsində anadilli məktəb problemi ilə bağlı məsələyə özünün münasibətini bildirərək yazıb: "Milli dildə məktəblərin və uşaq bağçalarının açılmasını tələb etmək hər bir xalqın ən adi və haqlı tələbi deyilmi? Əgər xalqın öz ana dilində tərbiyə almaq və oxumaq haqqı da yoxsa, o nə xalqdır?" Müsahibələrinin birində müxbirin "Dilimizin hakimiyyətini qorumaq üçün nə etmək lazımdır? - sualına belə cavab vermişdi: "Bu dərdin müalicəsini bağçalardan, məktəblərdən başlamaq lazımdır".

B.Vahabzadə azərbaycanlıların kütləvi şəkildə rus məktəblərində təhsil alması ilə barışa bilmirdi. Deyirdi ki, öz ana dilinə biganə olanlar xalqa da, onun ruhuna da, ənənəsinə də, tarixinə də biganə olacaq və bu xalqı özündən çox aşağı hesab edəcəklər.

Onu da deyək ki, özü də bir neçə xarici dil bilən akademik - B.Vahabzadə heç vaxt çox dil bilməyin əleyhinə olmamışdı. O,uşaqları dünyagörüşlərinin formalaşdığı dövrdə kökdən, milli ruhdan ayırmağın, xarici dilləri öyrənməyin doğma dilin unudulması hesabına olmasının, uşaqları özgə ruhda böyütməyin əleyhinə idi. "Azərbaycan dilinin rus dili ilə əvəz edilməsi ömrüm boyu məni ağrıtmışdır", - deyən B.Vahabzadə "Azərbaycan müəllimi" qəzetinə müsahibələrinin birində söyləyib: "Ana dilini mükəmməl bilmədən başqa dili yaxşı qavramaq çətindir. çünki ana dilini yaxşı bilən uşaq öyrənmək istədiyi ikinci dili ana dilinin qanunları ilə müqayisədə əyani olaraq dərk edə bilər". O yazırdı ki, hər bir millətin övladı orta təhsilini ana dilində almalı, ana dilini yaxşı öyrənəndən sonra xarici dilləri öyrənməlidir. Çünki uşaqların genetik dil kodu 12 yaşından sonra formalaşır. Şair misal kimi öz ailəsini göstərirdi: "Mənim övladlarım və nəvələrim ana dilində təhsil alsalar da, ingilis və rus dillərini bilirlər. Övladımın biri isə bunlardan başqa, fars dilini də mükəmməl bilir. Əcnəbi dilləri bilmək vacibdir. Amma xarici dil bilmək xoşbəxtlikdirsə, ana dilini bilməmək bədbəxtlikdir. Ana dilini bilməyən lap beş xarici dil bilsə də, ondan xalqa, Vətənə xeyir gəlməz".

Şairimiz gənclərimizin ana dilinə laqeydliyini bağışlaya bilmirdi. Onun fikrincə, "ən ürək ağrıdan cəhət burasıdır ki, sovet dönəmində rus dilini mükəmməl bilməyənləri işə götürmürdülərsə, indi də ingilis dilini bilməyənləri qapı arxasında qoyurlar". Bu mənada B.Vahabzadə tanınmış türk alimləri O.Sinanoğlunun "Əgər bir milləti məhv etmək istəyirsinizsə, onun təhsilini yabançılaşdırın!" və F.Q.Timurtaşın "Dil məsələsi bir milli müdafiə məsələsidir. Dilimizi qorumaq vətən və milləti qorumaqla birdir. Çünki dil Vətən qədər, tarix qədər, gələcək qədər əzizdir. Dil də bayraq kimi müqəddəs atdandır" fikirlərinə haqq qazandırırdı.

Görkəmli ədibin dilimizin keşiyində ayıq-sayıq durmasına, ona qarşı haqsız hücumlara sinə gərərək öldürücü cavablar verməsinə dair çox nümunələr göstərmək olar. Biz bir nümunə ilə kifayətlənəcəyik. Məsələn, B.Vahabzadə Cənubi Azərbaycanda milli varlığımızı danan, dilimizi yad kökə bağlamaq istəyən milliyyətcə "azərbaycanlı" olan Yəhya Zəkaya "Cavab" adlı şeirində layiqli qarşılıq verərək yazmışdı:

Ey özündən əmin, özündən razı,

Yalanı söylədin kimin adından?

Ananın laylası, atanın sazı

Babanın ocağı çıxdı yadından?

Şübhəsiz ki, 100 illiyi tamam olan B.Vahabzadənin fikir və düşüncələri, görüşləri, əzəmətli və möhtəşəm əsərləri Azərbaycan içtimai fikrinin, elminin, təhsilinin, dil və ədəbiyyatının inkişafına bu gün də güclü təkan verməkdə davam edir, olub-bitənlərdən dərs almağın vacibliyini təkrar-təkrar xatırladır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:382
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Avqust 2025 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see943

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see521

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see374

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see339

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see302

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see288

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see282

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see277

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see256

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see256

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see255

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see244

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see239

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see236

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see236

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see219

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see216

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see203

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri