Icma.az
close
up
RU
Analıq təşvişi və daxili uşaq

Analıq təşvişi və daxili uşaq

Icma.az, Sia Az saytına istinadən bildirir.

“Uşaqlıq dövründə travma yaşayan qadınlar, uşaqları hər şeydən, hətta özlərindən belə qorumağa çalışırlar. Uşaq yaşlarından valideynlərindən ayrılan analar, övladlarına həddindən artıq diqqət ayırır, uşağı incidəcək şəkildə ondan asılı olur və birlikdə yatırlar. Uşaq bağçasını sevməyən qadınlar, uşaqlar onlardan xahiş etsələr də, uşaqlarını ora göndərməkdən imtina edirlər. Bir şeydən qorxan qadınlar özlərini deyil, övladlarını bundan qorumağa çalışırlar”. Bu fikirləri SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Psixoloqun sözlərinə görə, bu yaxınlarda pasiyentlərdən biri boynundakı ağrılardan şikayətləndi. Ümumiyyətlə, boyun ağrısı nəzarətin artması ilə əlaqələndirilir. Söhbət əsnasında qızının ağzına bir şey alıb boğulacağından qorxduğu üçün oyun meydançalarında nəzarət etməkdən çox yorulduğu ortaya çıxdı. Pasiyentin anamnezi araşdırılarkən belə bir situasiya ortaya çıxdı: ana, uşaqlıq dövründə yad cisim udur və bu, boğazında ilişib qalır, valideynləri dərhal xəstəxanaya aparır və həkimlər yad cisimi çıxarırlar. Ona görə də eyni halın övladının başına gəlməsindən qorxur. Bu səbəbdən də anaların qorxuları, onların korreksiya olunmayan travmalarından qaynaqlanır.

“Ümumiyyətlə, bu barədə öz fikirlərimi bölüşmək istərdim. “Daxili uşaq” deyə bir konsepsiya var. Bu, yetkin insanlarda müşahidə olunan və uşaqlığını tam yaşamayan insanlarda daha çox görülən “uşaqlıq hissi”dir. Bu, yetkin şəxsiyyətin bir hissəsidir. Həmişə bizim daxilimizdədir. Və bəzən gözlənilməz reaksiyalar verə bilər. Məsələn, otuz yaşı olsa da hələ də qaranlıqdan və ya tənhalıqdan qorxmaq, anası ilə mübahisə etmək (artıq özü nənədir) və ya yumşaq heyvan kolleksiyası toplamaq. “Daxili uşaq” hissəmiz artıq özümüz valideyn olduğumuz zaman aktivləşməyə başlayır. Və bütün uşaqlıq təcrübələrimiz və travmalarımız uşaqlarımızı dünyaya gətirəndə üzə çıxır. Bu səbəbdən bəzən övladlarımız üçün təhlükəsiz vəziyyətlərdə də ifrat dərəcədə qorxu hissi keçiririk. “Daxili uşaq”la yanaşı bir də həqiqi uşaq var ki, bu, bizdən fərqli bir insandır. Biz ona həyat verdik və artıq öz həyatını yaşayır. Beləliklə, daxili və həqiqi övladımız İKİ FƏRQLİ ŞƏXSDİR. Daha çox və daha fərqli… Çox sadə və anlaşılan görünür, əslində analar daxili övladını və həqiqi övladını daima qarışdırırlar”, - deyə psixoloq Yeganə Əsgərova fikrini tamamlayıb.

Afət Tahirqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Yanvar 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri