Icma.az
close
up
RU
Analitik: Türküstandakı türk dövlətlərinin addımı təəccüb və təəssüf doğurur

Analitik: Türküstandakı türk dövlətlərinin addımı təəccüb və təəssüf doğurur

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qardaşlığa yaraşan hal deyil

Mərkəzi Asiyanın türk respublikaları Yunan Kipri ilə diplomatik münasibətlər qurmağa davam edirlər. Özbəkistan və Qazaxıstandan sonra Türkmənistan da yunan Kiprində səfirlik açıb. Türk Dövlətləri Təşkilatının Şimali Kipr Türk Cümhuriyyəti və onun prezidentinə isti münasibət göstərdiyi bir zamanda belə addımların atılması diqqət çəkir.

Ortada isə açıq qalan suallar var: Bunu Türkiyəyə qarşı atılmış addım saymaq olarmı?

Yunan Kipri ilə diplomatik münasibətlər quran türk dövlətləri Şimali Kipr Türk Cümhuriyyətini rəsmən tanıyacaqmı?



Siyasi şərhçi Azər Həsrət də Türküstandakı (Mərkəzi Asiya) qardaş türk dövlətlərinin bu addımını təəccüb və təəssüflə qarşılayıb. "Sherg.az"a açıqlamasında bu addımın təsadüfi olmadığını vurğulayan siyasi şərhçi deyib ki, Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı məsələ öz həllini tapmadan yunan Kiprində səfirlik açmaq qardaşlığa yaraşan hal deyil:


 "Axı Kiprin Rum kəsimi elə də əhəmiyyətli bir coğrafiya deyil ki, Türküstan dövlətlərinin ona ciddi bir ehtiyacı olsun.

Burada, ehtimal ki, Avropa İttifaqı–Mərkəzi Asiya Sammitinin də müəyyən təsiri olub. Biz Avropa İttifaqıyla Mərkəzi Asiyanın türk dövlətlərinin müəyyən istiqamətlərdə strateji tərəfdaşlıq istiqamətində addımlar atdıqlarının şahidi oluruq.

Avropa Birliyi xeyli vaxtdır Türküstan dövlətləri ilə çoxtərəfli münasibətləri daha üst səviyyəyə daşımağa çalışır.

Rum Kipri də Avropa İttifaqının üzvüdür. Ola bilsin ki, bu münasibətlərin inkişaf etdirilməsində hər hansı bir maneənin yaranmaması üçün Cənubi Kiprdə səfirliyin açılması məsələsi gündəmə gələ bilər. Yəni Mərkəzi Asiya türk dövlətlərinin Avropa Birliyi ilə ortaqlaşıb  həyata keçirəcəyi mühüm layihələr belə bir zərurəti ortaya çıxarmış ola bilər. Birbaşa Avropa Birliyi Türküstan dövlətləri üçün Rum Kiprində səfirlik açmağı şərt olaraq irəli sürmüş ola bilər?!".


A.Həsrətin fikrincə, Türküstandakı türk dövlətləri bu addımı atarkən qardaş Türkiyə ilə məsləhətləşiblər:

 "Çox məsələlər bağlı qapılar arxasında həll edildiyindən bu işin detalları bizə bəlli deyil. Lakin bu məsələyə aydınlıq gətirilməsini və daha açıq məqamların işıqlandırılmasını istərdik. Çox yaxşı olardı ki, qardaş ölkə bu mövzu ilə bağlı rəsmi mövqe bildirsin. Azərbaycanın mövqeyi bəllidir. ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı Prezident İlham Əliyev Şimali Kipr Türk Respublikasına (ŞKTR) açıq dəstək nümayiş etdirdi.

Türkiyənin də öz münasibətini bildirməsi yerinə düşərdi. Eyni zamanda Qazaxıstan, Özbəkistan və Türkmənistan yunan Kiprində səfirlik açmaq zərurətinin nədən qaynaqlandığını izah etməlidirlər. Ən azından TDT çərçivəsində bu məsələ mütləq masaya yatırılmalıdır.  İndiki halda isə bu addımın qardaş Türkiyəyə qarşı yönəldilməsi ilə bağlı müzakirələri məqsədəuyğun hesab etmirəm. Çox güman ki, məntiqli bir əsaslandırmaları olacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Aprel 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri