Icma.az
close
up
RU
ANAMA: Ötən həftə 768,44 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

ANAMA: Ötən həftə 768,44 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində noyabr ayı ərzində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 57, tank əleyhinə 29 mina, 461 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Ümumilikdə ötən həftə ərzində 768,44 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

seeBaxış sayı:100
embedMənbə:https://yeniazerbaycan.com
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri