Icma.az
close
up
RU
Anar müəllimdən xahiş edir ki, zəng elə, uşağı çıxarmasınlar

Anar müəllimdən xahiş edir ki, zəng elə, uşağı çıxarmasınlar

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AYB-nin nə iş gördüyünü buranın üzvü olanlar daha yaxşı bilir. İlkin işimiz ədəbi orqanlarımızın fəaliyyətini təmin etməkdir. Sən tutalım, “Ədəbiyyat qəzeti”ni aldın, elə bilirsən ki, qəzetin ərsəyə gəlməyi bir adamın işidir?

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Yazıçılar Birliyinin katibi yazıçı-şair İlqar Fəhmi APA-ya müsahibəsində deyib.

O qeyd edib ki, bir nömrənin yığılmağı üçün orda oturanlar yüzlərlə materialı oxuyub, içindən seçirlər:

"Sonra yüzlərlə material gətirən insana yazısını niyə çap etmədiyini izah etməlisən. Mən “Ulduz” jurnalında işləmişəm deyə bilirəm ki, vaxtın çox hissəsi yazısını vermədiyin adamlara bunu izah etməyə gedir... Bəzən elələri olur ki, yazılı izahat belə istəyirlər... Daha sonra gəlib çıxırıq aparatın işinə. Yazıçıların xeyli sayda problemlərinin həll eləməli oluruq. Gəlib deyirlər ki, işlədiyim yerlə problemim var. Yaxud hansısa yazıçı gəlir ki, mənə sponsor olmaq istəyirlər, sənəd verin. Sonra tədbirlərin keçirilməsi, kitabların çap olunması işləri var. Tədbir təşkil etmək asan məsələ deyil, bunun qabaqcadan ssenarisi yazılmalıdır, təqdimatı olan kitab oxunmalıdır. Bundan əlavə mən öz payıma deyirəm yaradıcılıq məsələləri üzrə bizə nə qədər nazirlikdən materiallar gəlir, onları oxuyub rəy yazmalısan".

İlqar Fəhmi deyir ki, Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlunun tərcümə işlərində geniş fəaliyyəti var:

"Həmçinin Rəşad Məcidin uzun illər gənclərlə fəaliyyəti, bundan əlavə Yazıçılar Birliyinin tərkibində Gənc Ədiblər Məktəbinin yaranması və fəaliyyəti ilə bağlı gördüyü işlər var. Katib Elçin Hüseynbəyli isə Yazıçılar Birliyinin seksiyalarını kurasiya edir. Bundan əlavə, bölgələrdəki fəaliyyətimiz... Mədəniyyət Nazirliyinin ədəbiyyatla bağlı bütün fəaliyyəti demək olar ki, bizimlə əlaqədə keçirilir. Sadəcə Yazıçılar Birliyinin fəaliyyəti kənardan ona görə görünmür ki, təbliğat aparmırıq, gördüyümüz işlərin hesabatını mətbuatda çap etmirik. Əgər aylıq və ya illik hesabatı çıxartsaq görərsiniz ki, nə qədər işlər görürük. Məni yandıran hərdən bu olur ki, buranın xidmətlərindən istifadə edənlər gedib kənarda deyirlər ki, Yazıçılar Birliyi orada neyləyir? Bir də görürsən, kimsə bura gəlib Anar müəllimdən xahiş edir ki, filankəsə zəng edin, işimi həll etsin də, sizin sözünüz keçir, ya da deyir, kitabım çıxacaq, gəlib iştirak etsəniz, daha hörmətli olacaq. Sonra da gedib bizim arxamızca danışır. Yazıçılar Birliyi sizin kimilərə xidmət edir də, sizin problemləriniz, yaradıcılıq işləriniz, ailə-məişət problemlərinizi həll edir. Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki, zəng elə, rektora de, uşağı çıxarmasınlar. Belələri sonra durub orda-burda danışır ki, Yazıçılar Birliyində işləyənlər nə iş görür? Adamı yandıran odur ki, bu sözü təqaüdü alanlar belə deyir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Fevral 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri