Icma.az
close
up
RU
Anar: “Nə etsək, hamı narazı qalır” KONKRET

Anar: “Nə etsək, hamı narazı qalır” KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan Yazıçılar Birliyi nə etsə, hamı narazı qalır. Narazılıq etməkdənsə, ildə 15 manat üzvlük haqqını versinlər. Bu böyük məbləğ deyil. İllərdir ödəniş etmirlər. Tələbə qaldıqda isə hamı hər şey istəyir. Mənə ev ver, kömək et, dərman al, xərcimi qarşıla və s. Hər şeydən də narazıdırlar”.

KONKRET.az bildirir ki, bunu “yeni sabah”a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev deyib.

O bildirib ki, ödəniş etməyən hər kəs AYB-dən çıxarılacaq:

“Biz də boğaza yığıldıq. Hara qədər belə davam edə bilərik? Kimisə saxlamağa məcbur deyilik. İnsaflı davranıb son 5 ili götürmüşük. 7-8 ildir ödəniş etməyənlər var. Keçən il də xəbərdarlıq etmişdik. Yanvarın sonuna qədər vaxt qoymuşuq. Üzvlük haqqını ödəməsələr Azərbaycan Yazıçılar Birliyindən xaric olunacaqlar. Bəziləri səhlənkarlıq edir. Onların içində çox nüfuzlu yazıçılar da var. Lakin qanun hamı üçündür. Deyə bilmərik ki, onlar vermir, siz də verməyin. Xəbərdarlığımızı etmişik. Ödənişi etməsələr, hər kəs çıxarılacaq”.

Anar Rzayev qeyd edib ki, yekun qərarı nizamnaməyə uyğun olaraq təşkilatın katibləri qəbul edəcək:

“Hələ üzümüzə dururlar ki, bizə nə etmisiz? Nə etməliyik, axı? Əsər yazırsan, çap edirik. Başqa nə etməliyik. İldə 15 manatı tapmırsınız. Hələ ki, insafla hərəkət edirik. Harda yazılıb ki, üzvü olduğun təşkilatın nizamnaməsini pozasan? Görək indi nə olur. Onsuz da nə etsək, dilə-dişə düşürük.

3 min yazıçıdan 2-si vəfat edib. O da səhvlik olaraq siyahıda gedib. Burada böyütməli nəsə yoxdur. Dəfələrlə xəbərdarlıq etmişik. Sonuncu dəfə də bu addımı atdıq. Təşkilatın katibləri yığılacaq və qərarını verəcək. Ayın sonuna qədər ödəniş etməyən hər kəs xaric olunacaq. Onlar AYB-ni saymırsa, biz də öz sıralarımızda görmək istəmirik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Yanvar 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri