Icma.az
close
up
RU
Anar Quliyev: Şəhərlərin inkişafına kompleks yanaşma olmalıdır

Anar Quliyev: Şəhərlərin inkişafına kompleks yanaşma olmalıdır

Sitat.info saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünyada artan urbanizasiya, mənzil əlçatanlığı problemi, qeyri-rəsmi yaşayış məntəqələri və iqlim dəyişikliklərinin yaratdığı risklər şəhərlərin inkişafına kompleks yanaşmanı zəruri edir.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşündə bildirib.

Onun sözlərinə görə, mənzil məsələsinə yalnız tikinti kimi deyil, torpaq istifadəsi, nəqliyyat, infrastruktur, yaşıl məkanlar, iqtisadi məhsuldarlıq və sosial həmrəyliklə əlaqəli geniş şəhər siyasətinin tərkib hissəsi kimi yanaşılmalıdır.

"Bu çağırışlar ayrı-ayrı problemlər deyil, bir-biri ilə əlaqəli reallıqlardır və inteqrasiya olunmuş həllər tələb edir. Nazirlər görüşü WUF-un əsas yüksək səviyyəli seqmentlərindən biri hesab olunur və illər ərzində mənzil, şəhər inkişafı və dayanıqlı şəhərlər üzrə qlobal dialoq platformasına çevrilib", -deyə sədr qeyd edib.

Onun sözlərinə görə, WUF13 çərçivəsində nazirlər görüşünün daha interaktiv və nəticəyönümlü formatda təşkili xüsusi əhəmiyyət daşıyır: "Yeni format ölkələrin yalnız təcrübə paylaşmasına deyil, həm də konkret həll yollarını müzakirə etməsinə, uğurlu təcrübələri nümayiş etdirməsinə və kollektiv fəaliyyəti gücləndirməsinə imkan yaradır".

A. Quliyev əlavə edib ki, bugünkü görüş Yeni Şəhər Gündəliyinin icrasında əldə olunan nəticələrin qiymətləndirilməsi, uğurlu təcrübələrin paylaşılması və növbəti onillik üçün prioritet fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm imkan yaradır.

"Görüş həm də bu ilin iyul ayında Nyu-Yorkda keçiriləcək və BMT Baş Assambleyasının mandatı ilə təşkil olunan Yeni Şəhər Gündəliyinin yüksək səviyyəli aralıq qiymətləndirmə prosesinə hazırlıq xarakteri daşıyır. Bakıda keçirilən bu forum yalnız müzakirə platforması deyil, həm də daha güclü tərəfdaşlıqların, institutların və nəticəyönümlü fəaliyyətin formalaşdırılması üçün mühüm çağırışdır", – deyə o vurğulayıb./report

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sitat.info
archiveBu xəbər 17 May 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri