Cəlal Hüseynovun komandası Buxarest “Dinamo”sunu səfərdə məğlub etdi
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” Rumıniya Superliqasında növbəti qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, komanda 16-cı turda səfərdə Buxarest “Dinamo”sunu 1:0 hesabı ilə məğlub edib.
Qarşılaşmanın taleyini birinci hissənin əlavə vaxtında vurulan qol həll edib. Daniel N'Lundulu 45+12-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək qonaqlara qələbə qazandırıb.
Görüş qalmaqallı hadisə ilə də yadda qalıb. Azarkeşlərdən birinin VAR monitorunun kabelini dartması nəticəsində avadanlıq sıradan çıxıb və oyun təxminən 24 dəqiqə dayandırılıb. Texniki problem aradan qaldırıldıqdan sonra qarşılaşma davam etdirilib.
Cəlal Hüseynov qarşılaşmanın 89-cu dəqiqəsində qələbə qolunun müəllifi Daniel N'Lundulunu əvəzləyərək meydana daxil olub.
Bu qələbə ilə “Petrolul” xallarının sayını 30-a çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 22 Noyabr 2026 01:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















