Icma.az
close
up
RU
Anasını söydüyünə görə tanışını öldürdü Atamla görüntülü danışanda dedi ki...

Anasını söydüyünə görə tanışını öldürdü Atamla görüntülü danışanda dedi ki...

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İmişli rayonunda 2005-ci il təvəllüdlü Fərid Allahverdiyev həmkəndlisi, 30 yaşlı Vüsal Allahverdiyevi qətlə yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin yanvarın 17-də rayonun Sarıxanlı kəndində baş verib. Fərid həmin gün saat 22 radələrində yaşadığı evdə atasının tanışı Rəşadla ilə mobil telefon vasitəsilə görüntülü danışığı zamanı həmkəndlisi Vüsalın ona Ruslan kimi tanınan qaynına görə hörmət etməsini bildirib, digər təhqiramiz sözlərlə cəmiyyət içində aşağılaması barədə sözlərini eşidib. 
O, qisas almaq niyyətilə Vüsalı öldürmək qərarına gəlib və evin mətbəxindən bir ədəd bıçağı götürərək kənddə yerləşən “Barber” adlı yeməkxananın qarşısına gəlib. 
Fərid Vüsalı yeməkxanadan çölə dəvət edib və yeməkxananın qarşısında atası barədə işlətdiyi əxlaqsız sözlərə görə öz iradını bildirib. Vüsal onun iradını qəbul etməyib, həm də vəfat etmiş anasının ünvanına təhqiramiz sözlər deyib. Bu zaman aralarında yaranan mübahisə zamanı qisas almaq niyyətilə bıçaq ilə Vüsalın həyat üçün mühüm orqan sayılan boyun nahiyəsinin sol tərəfindən bir dəfə vurub. Vüsal İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq üzərində cərrahiyyə əməliyyatı aparılmasına baxmayaraq orada ölüb.
Fərid Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Vüsal Allahverdiyevi öldürmək fikri olmayıb. Onun sözlərinə görə, hadisə 17 yanvar 2025-ci ildə baş verib: “Söyüş və təhqir etdiyi üçün Vüsala bıçaq atmışam. Sonra şok vəziyyətinə düşmüşəm. Polis əməkdaşları gələrək məni aparan zaman onlara təslim olmuşam”.
Təqsirləndirilən şəxs bildirib ki, Vüsalı həmkəndlisi kimi tanıyıb: “Mənim və atamın Vüsalla normal münasibətlərimiz olub. Vüsalı öldürmək məqsədim olmayıb. Vüsal söyüş söydüyü üçün onu bıçaqla vurmuşam. Vüsal atamı və məni söyüb. Vüsal atamı yeməkxanada, məni isə yanında olan zaman söyüb. Vüsal atamı söydüyü zaman onların yanında olmamışam. Atam Vüsalın qohumu Rəşad adlı şəxslə telefonda danışan zaman eşitdim ki, Vüsal atamı söyüb. Rəşadı tanımamışam. Rəşad atamın sinif yoldaşıdır. Atam telefonda videogörüntülü Rəşadla danışıb. Rəşad atama “boş ver keçsin, cavandırlar, biz onu başa salarıq” dedi. Vüsalla atam həmin gün bir yerdə olublar, Rəşad isə Sumqayıt şəhərində yaşayıb. Həmin işlə bağlı Rəşad atama zəng etdi. Rəşadın atama zəng etməsinin səbəbini bilməmişəm. Ola bilsin ki, həmin məsələni aydınlaşdırmaq üçün zəng edib. Atam fağır və kasıb adamdır, heç vaxt kənddə dava-dalaş etməyib”.
Təqsirləndirilən şəxs deyib ki, qətl hadisəsini törədən zaman Lənkəran Dövlət Universitetinin II kurs tələbəsi olub: “Mən ali təhsil almışam. Vüsalın atamı söyməyim ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etməmişəm. Vüsalı vurduğum bıçağı evdən götürmüşəm. Vüsalın özünə zəng edərək onun harada olduğunu özümdən soruşmuşam. Vüsalın nömrəsi məndə olmayıb. Onun nömrəsini taparaq öz mobil nömrəsi ilə onu yığdım, harda olduğunu soruşdum. Vüsala “bir-iki məsələ var gəl, onu aydınlaşdıraq” dedim. O, isə telefonda da məni söydü. Həmin vaxt Vüsal içkili olub. Vüsalla telefonda danışan zaman atamın məsələsi ilə bağlı onunla görüşərək danışmaq istədiyimi demişəm. Vüsalın yanına piyada getmişəm. Vüsal ilə görüşməyə gedən zaman tək olmuşam, atam yanımda olmayıb. Atam arxamca gəlib. Yeməkxanaya girərək Vüsala buranın səs-küylü olduğunu bildirdim və çölə çıxaraq bir-iki dəqiqə söhbət edək dedim”.
Fərid deyib ki, görüş zamanı Vüsalla birgə yeməkxanadan çıxdıqdan sonra ona atasını niyə söyməsi ilə maraqlanıb: “Vüsal isə heç bir səbəb olmadan söydüyünü etiraf etdi. Vüsala necə yəni səbəb yoxdur, atamın heç kimlə işi olmadığını dedim. Vüsal mənə heç bir səbəb demədim. Mən də buna görə bir az əsəbləşdim. Daha sonra ara qarışdı. Vüsalla aramızda mübahisələrimiz yarandı. Vüsal mənə söyüş söydü. Mən də söyüşü götürə bilmədim. Vüsalın qol nahiyəsindən bıçaqla vurmaq istədim. Amma bıçaq təsadüfən onun boğaz nahiyəsinə dəydi. Vüsala bir bıçaq zərbəsi vurmuşam. Onu bıçaqla vurduqdan sonra maşın çağırdıq, onu xəstəxanaya apardılar. Vüsalı bıçaqla vuran zaman atam bir az aralıda olub. Vüsal ilə mübahisə edən zaman mənə əl qol hərəkətləri edib, məni çəkərək vurmaq istədi”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, Vüsal ilə mübahisələri olan zaman atası ona evə getməyi deyib: “Vüsalı vuran zaman yanımızda heç kim olmayıb. Onu vurduqdan sonra arxaya çəkilmişəm, qohumlarımın maşını ilə evə getmişəm. Atam da mənimlə birlikdə evə getdi. Polis şöbəsinə gedən zaman yolda polis əməkdaşları ilə rastlaşdım və polisə təslim oldum. Əvvəl atam polis əməkdaşlarına təslim olmuşdu ki, özü boynuna götürsün və mənim təhsilim yarıda qalmasın. Sonradan polis əməkdaşlarına hər şeyi özümün etdiyimi bildirdim. Vüsalı öldürmək məqsədim olmayıb. Əməlimdən peşmanam”.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Fevral 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri