Icma.az
close
up
RU
“Andoya bazasının yerini yeni, müasir baza aldı” NATO nun Arktika strategiyasına diqqət

“Andoya bazasının yerini yeni, müasir baza aldı” NATO nun Arktika strategiyasına diqqət

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Norveçin şimalında yerləşən NATO-ya məxsus Andoya aviabazasında texniki nasazlıqlar səbəbilə fəaliyyətin müvəqqəti dayandırılması qərarı alınıb. Hərbi-strateji baxımdan əhəmiyyətli sayılan bu obyektin fəaliyyətinin dayandırılması həm NATO-nun bölgədəki əməliyyat imkanlarına, həm də Alyansın Arktika regionundakı planlarına müəyyən təsir göstərə bilər. Bu isə öz növbəsində, texniki problemlərin xarakteri və aradan qaldırılma müddəti ilə bağlı bir sıra mövzulara diqqət çəkir. 

Mövzu ilə bağlı Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Sherg.az açıqlamasında qeyd edib ki, Norveçdəki Andoya Hava Bazasının bağlanması ilə bağlı 2016-cı ildə Norveç qərar qəbul etsə də, həmin qərar növbəti zamanlar icra edilmədi:

"Hazırda Andoya Hava Bazasının yaxınlığında yeni bir baza inşa olunub. Bu bazada yerləşən və dəniz patrul uçuşlarını həyata keçirən P-3 Orion təyyarələrinin istifadə konsepsiyası da dəyişib. Sözügedən təyyarələrin əvəzinə F-35-lərin yerləşdirildiyi Evenes Bazasına keçid edilib. Buna görə də Andoya bazasının bağlanması NATO-nun bu bölgədən imtina etməsi demək deyil. Əksinə, daha müasir və F-35-lərin yerləşdirildiyi Evenes Bazasının istifadəyə verilməsi həm məsələyə, həm də Rusiya–Ukrayna müharibəsi fonunda yaranmış yeni qüvvələr balansına verilən cavab kimi qiymətləndirilir. Bu yeni baza vasitəsilə uzun mənzilli dəniz müşahidə PUA-larının yerləşdirilməsi, kosmik əməliyyatları dəstəkləyən mərkəzin yaradılması və müttəfiq qüvvələrin qəbulu kimi imkanların inkişaf etdirilməsi nəzərdə tutulur". 

General əlavə edib ki, 2016-cı ildən sonra Andoya bazasında bəzi uçuş zolaqlarının sıradan çıxması və digər infrastruktur problemləri də onun effektivliyini azaldıb:

"Bu səbəbdən həmin ərazidə yeni bazanın yaradılması geosiyasi və hərbi baxımdan qüvvələrin strukturlaşdırılması, eləcə də maliyyət səmərəliliyi üçün məqsədəuyğun addım sayılır. Təhdidlərin dəyişməsi fonunda Şimali Atlantik dəhlizini nəzarətdə saxlamaq üçün bu yanaşma daha uğurlu hesab olunur. Eyni zamanda, doktrin dəyişiklikləri çərçivəsində insanlı uçuş aparatlarından pilotsuz uçuş aparatlarına (PUA) və kosmik fəaliyyətlərə keçid baxımından Andoya və Evenes bazalarının istifadəsi böyük əhəmiyyət daşıyır. Bu, həm də mülki-hərbi ikili istifadə konsepsiyasını gücləndirəcək və NATO-nun Arktika üzrə strategiyasına müsbət təsir göstərəcək".

Aytac Kərimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Dekabr 2025 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri