Anestezioloq 30 pasiyenti zəhərlədiyinə görə ömürlük həbsə məhkum EDİLDİ
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fransada həkim-anestezioloq Frederik Peşye 30 pasiyentin zəhərlənməsində təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Le Monde qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, zərərçəkənlərdən 12-si həyatını itirib.
İttiham tərəfinin versiyasına əsasən, həkim pasiyentlərdə ürək dayanması və ya güclü qanaxma hallarını qəsdən məhz digər mütəxəssislərin müalicə apardığı anlarda törədib. Prokurorluq hesab edir ki, Peşye bununla həmkarlarına psixoloji təzyiq göstərməyə və “hakimiyyət ehtirasını” təmin etməyə çalışıb.
Onun qurbanları dörd yaşdan 89 yaşadək olan şəxslər olub. Hüquq-mühafizə orqanları həkimi “tarixin ən təhlükəli cinayətkarlarından biri” adlandırıblar. Qeyd olunur ki, Frederik Peşye ittihamları qəbul etməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 19 Dekabr 2025 23:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















