Icma.az
close
up
RU
Parlament seçkiləri öncəsi İrəvanda geosiyasi gərginlik artır

Parlament seçkiləri öncəsi İrəvanda geosiyasi gərginlik artır

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Ermənistana qarşı iyun ayının əvvəlindən tətbiq etməyə başladığı iqtisadi məhdudiyyətlər və bəzi məhsulların idxalına qoyduğu qadağalar bölgədə gərginliyi artırıb.

Bunun ardınca Avropa İttifaqının Ermənistanla təcili maliyyə və ticarət dəstəyi imkanlarını müzakirə etdiyi bildirilir.

Söhbət Ermənistana Avropa bazarına daha geniş çıxış imkanı verə biləcək xüsusi ticarət mexanizmlərindən də gedir.

Bu proses Ermənistanın Rusiya asılılığını azaldacaq, yoxsa ölkəni yeni bir geosiyasi asılılığa daha da yaxınlaşdıracaq?

Siyasi şərhçi Aqşin Kərimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan yeni regional və geosiyasi reallıqlardan irəli gələrək təhlükəsizlik və iqtisadiyyatın diversifikasiyası axtarışındadır.

Ermənistanın yeni təhlükəsizlik tərəfdaşlıqlarını axtarmaq üçün Rusiya xəttindən uzaqlaşaraq Qərbə üz tutması təbii ki, Kreml dairələrində ciddi qəzəb yaradıb.

Bu qəzəb tonu Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca Rusiyanın Ermənistana qarşı aparılan fəal təbliğat kampaniyası ilə özünü daha aydın büruzə verir.

Ermənistan Avropa İttifaqına doğru yön aldıqca, Rusiyanın da bölgədəki maraqları, yəni imperativləri daha da Kreml nəzərində aktuallaşır. Çünki Rusiya hələ də istədiyi və yaxud da beynəlxalq ictimaiyyətə təbliğ etdiyi qələbəni təmin edə bilməyib.

Çünki Rusiyanın ABŞ qarşısında hələ də bəzi acizlikləri görünməkdədir.

Siyasi şərhçinin fikrincə, belə olduğu təqdirdə Rusiya postsovet məkanında öz mövqelərini itirmək riski ilə üzləşib. Ona görə də Ermənistanı Rusiya son şans kimi əlində saxlamağı hədəfləyir və bu isə regiondakı reallıqların fonunda daha böyük bir geosiyasi qarşıdurma nöqtəsinə çevrilir.

Ermənistanla Rusiyanın münasibətlərinin gələcəyi daha da qaranlıq görünür.

“Biz bunu həm Rusiyanın apardığı təbliğat kampaniyalarında, həm də Ermənistan rəsmi dairələrinin verdiyi açıqlamalarda perspektiv baxımından dəyərləndirə bilərik.

Ancaq onu da qeyd etmək lazımdır ki, Rusiya Ermənistanda daha geniş bir iqtisadi bazaya malikdir.

Ermənistanın Rusiya asılılığından bir neçə ilə tamamilə qurtulacağı, təbii ki, ciddi suallar yaradır.

Çünki Rusiyanın Ermənistanda həm qaz şirkətləri, həm də elektrik enerjisi sahəsində böyük səhmləri mövcuddur ki, bu da Ermənistanı Rusiyadan uzunmüddətli asılı edən bir vəziyyət yaradır”, – deyə o bildirib.

Aqşin Kərimovun fikrincə, Ermənistan iqtisadiyyatının asanlıqla Rusiyanın təsirindən qurtula biləcəyi zamanla bağlı olacaq hadisələr daha aydın göstərəcək.

Onun sözlərinə görə, Rusiya bundan əlavə, Qərbin regionda maraqlarının böyüməsinə qarşı bir siyasəti həyata keçirməyə çalışır ki, burada da regional oyunçularla əlaqəli bəzi məsələlər də üzə çıxır.

“Azərbaycan Ermənistan üzərində öz siyasi təzyiq vasitələrini işə salaraq artıq Ermənistanın sülh gündəliyini rəsmi şəkildə məcbur edən bir siyasəti ortaya çıxarır.

Azərbaycan-Ermənistan münasibətləri indi Bakının təqdim etdiyi prioritetlər əsasında Bakının irəli sürdüyü şərtlər əsasında inkişaf edir və bu, olduqca vacib bir məqamdır.

Və başqa digər oyunçuların da bu prosesdə Azərbaycana dəstək olmalarına gətirib çıxarır. ABŞ-ın Azərbaycana dəstək olması, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi, Azərbaycanın Qərbdəki digər tərəfdaşları, o cümlədən Böyük Britaniya ilə münasibətlərdə tərəfdaşlıq prioritetləri bir sıra yeni mətləblərdən xəbər verir”, – deyən Aqşin Kərimov bildirib ki, bu, təbii ki, Azərbaycanın regionda oynadığı rolda onun tərəfdaşlıq siyahısının böyüməsi ilə bir sıra yeni üstünlüklər qazandırır.

Ermənistan isə bu üstünlüklər fonunda özünü yeni sülh gündəliyinə doğru itələməyə məcburdur.

Onun fikrincə, Ermənistanın başqa yolu qalmayıb və öz perspektivini, gələcəyini Azərbaycanla sülh gündəliyində görməkdədir.

“Bütün bunlar Rusiya, ABŞ ilə rəqabət fonunda da dəyərləndirəndə Rusiyanın regionda olan aqressiv siyasətini aydın təzahür etdirməsi Birləşmiş Ştatların regionda marağının daha da irəliyə getməsi ilə əlaqədardır.

Belə olduğu təqdirdə Ermənistandakı parlament seçkiləri məsələnin yönünü müəyyənləşdirəcək axarını təyin edəcək əsas faktorlardan biri olacaq.

Ancaq ümumilikdə iqtisadi mexanizmlərin nə qədər effektiv olacağı ilə əlaqədar bir sıra məsələlər açıq qalmaqdadır”, – deyə o əlavə edib.

Siyasi şərhçinin fikrincə, ümumiyyətlə Ermənistanın Rusiyanın iqtisadi təsirindən problematik görünür.

Amma hər bir halda Ermənistanın yeni kurs götürməsi bir neçə onillik boyunca davam edəcək mübahisənin də əsasını qoyur.

Kreml ilə İrəvan arasında bu mübahisənin kimin xeyrinə nəticələnəcəyi də əlavə problemli bir geosiyasi situasiya yaranacağına dair şübhələr formalaşdırır.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 İyun 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri