Icma.az
close
up
RU
Ankarada Aytmatov və Abayın ortaq türk əlifbası ilə nəşr olunan əsərlərinin təqdimatı keçirilib

Ankarada Aytmatov və Abayın ortaq türk əlifbası ilə nəşr olunan əsərlərinin təqdimatı keçirilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Ankara, 19 noyabr, AZƏRTAC

Noyabrın 19-da Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Türk Akademiyası tərəfindən ortaq türk əlifbası ilə nəşr olunmuş iki kitabın - Abay Kunanbayevin “Qara sözlər” və Çingiz Aytmatovun “Cəmilə” əsərlərinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə müxtəlif türk dövlətlərindən diplomatlar, beynəlxalq təşkilatların əməkdaşları, alimlər, mütəxəssislər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

TÜRKSOY-un Baş katibi Sultan Raev iştirakçılara müraciətində kitabların təqdimatını Türk dünyası üçün ortaq gələcək konsepsiyasının reallaşdırılması istiqamətində mühüm addım adlandırıb.

O, rəhbərlik etdiyi təşkilatın türk dövlətləri arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfədən məmnunluğunu ifadə edib. Baş katibin sözlərinə görə, gənclərin türk xalqlarının mədəni irsini hərtərəfli öyrənməsi çox vacibdir.

Türk Akademiyasının prezidenti Şahin Mustafayev, öz növbəsində, 34 hərfdən ibarət ortaq türk əlifbasının qəbul edilməsinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, türk dövlətlərindən olan siyasətçilər və alimlər illərdir türk xalqlarını bir-birinə daha da yaxınlaşdıran tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm bir addım olaraq ortaq, türk əlifbası üzərində razılığa gəlməyin zəruriliyini dəfələrlə vurğulayıblar.

Şahin Mustafayev Abay Kunanbayevin və Çingiz Aytmatovun türk ədəbiyyatına böyük töhfələrini vurğulayıb və ortaq türk əlifbasında kitabların nəşrinin davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Sonra TÜRKSOY-un fəaliyyəti haqqında film nümayiş etdirilib.

İştirakçılara Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının digər nəşrləri də təqdim edilib.

Kitab təqdimatı panel müzakirələri ilə davam edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see724

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see205

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see191

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see166

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see159

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri