Icma.az
close
up
RU
Ankarada “Dinməyən ağrı: Xocalı soyqırımı” adlı beynəlxalq simpozium keçirildi FOTO

Ankarada “Dinməyən ağrı: Xocalı soyqırımı” adlı beynəlxalq simpozium keçirildi FOTO

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Türkiyənin paytaxtı Ankara şəhərində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Dinməyən ağrı: Xocalı soyqırımı” adlı beynəlxalq simpozium keçirilib.

Azərbaycan-Türkiyə Evi  (ATEV), “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Türk İrsinin İnkişafına Dəstək” İctimai Birliyi və “Yeni Çağ” Medai Qrupunun təşkilatçılığı ilə Qazi Universitetində keçirilən tədbir vətən üçün canlarını fəda edən şəhidlərin və Xocalı soyqırımının qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanla Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADEV) sədri Aygün Attar, Türk İnternet Media Birliyinin (TİMBİR) sədri Süleyman Basa, Birlik Xəbər Agentliyinin rəhbəri Məhəmməd Qaçar, media və ictimaiyyət nümayəndələrinin qatıldıöı simpoziumu açıq elan edən Qazi Universitetinin Texnologiya fakültəsinin dekanı professor Musa Atar Xocalı soyqırımının təkcə Azərbaycanın deyil, bütün türk dünyasının faciəsi olduğunu diqqətə çatdırıb. Musa Atar üstündən 33 il keçməsinə baxmayaraq, soyqırımının ağrısının hələ də təzə qaldığını bildirib. Xocalı qurbanlarının anım mərasiminə ev sahibliyi etmələrinin faciə qurbanlarının ruhuna ehtiram əlaməti olduğunu qeyd edən dekan Türkiyənin Azərbaycanın acısını paylaşdığını vurğulayıb.

Daha sonra professor Çətin Almasın moderatorluğu ilə eyni mövzuda müzakirələr aparılıb.

Millət vəkili Tənzilə Rüstəmxanlı çıxışında Xocalıda törədilən soyqırımının siyasi tərəflərindən bəhs edib. Millət vəkili ermənilər və Rusiyanın 366-cı motoatıcı alayı tərəfindən törədilən bu faciəni insanlıq əleyhinə cinayət adlandırıb.

“Çox təəssüf ki, bu cinayəti törədənlər uzun illər hüquqdan yayınmağı bacarmış, törətdikləri insanlıq əleyhinə cinayətə görə heç bir cəza almamışlar. Ancaq 30 illik işğalı öz gücünə sonlandıran və torpaqlarını azad edən güclü Azərbaycan bu məsələnin həll edilməsində də səylərini davam etdirir. Xocalının Meşəli kəndində soyqırımı törədən Vaqif Xaçatryanın bu gün Azərbaycan məhkəməsində mühakiməsi davam edir və başda Ermənistanın keçmiş prezdenti, Xocalı qatili Sarkisyan olmaqla, bütün cinayətkarların cəzalandırılacağı gün o qədər də uzaqda deyil. Azərbaycan liderinin qətiyyətli siyasəti bunu deməyə əsas verir”, – deyə T. Rüstəmxanlı bildirib.

Deputat Səbinə Salmanova çıxışında Azərbaycanın zəfərlə nəticələnən Vətən savaşında beynəlxalq hüququ təmin etdiyini bildirərək 3 il sonra keçirilən antiterror əməliyyatları ilə Qarabağdan separatçıların kökünün qazındığını vurğulayıb.

Xocalı soyqırımının beynəlxalq arenada tanıdılmasının və bunun soyqırımı kimi təbliğ edilməsinin vacibliyi barədə danışan Səbinə Salmanova bu istiqamətdə görülən işlər barədə məlumat verib.

“Yeni Çağ” Media Qrupunun rəhbəri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər çıxışında Xocalı faciəsinin soyqırımı kimi təbliğatının əhəmiyyəti barədə məlumat verib. Aqil Ələsgər Xocalı soyqırmı barədə dünya mediasında yayımlanan yazılar və bu yazılardakı müəllif mövqeyi barədə danışıb. O bildirib ki, 44 günlük Vətən müharibəsi zamanında və ondan sonra informasiya savaşının nə qədər əhəmiyyətli olduğu üzə çıxıb:

“Azərbaycan mediası bu çətin sınaqdan üzüağ çıxdı. Bütün dünyaya informasiya savaşının, dezinformasiya ilə mübarizənin necə aparılmalı olduğu barədə dərs keçdi. Təəssüf ki, Xocalı soyqırımı yaşananda yenicə müstəqilliyini əldə etmiş Azərbaycanın media imkanları bu faciənin dünyaya çatdırılması üçün yetərli deyildi. 20 Yanvar faciəsində olduğu kimi, Xocalı soyqırımında da xarici, xüsusilə Türkiyə mediası böyük əmək sərf etmişdi. Bu gün biz də Anadolu mediası ilə əməkdaşlığımızı genişləndirərək Xocalı soyqırımı başda olmaqla, türk dünyasının ortaq yaralarına hüquqi qiymət verilməsi istiqamətində informasiya cəbhəsində yer alırıq”.

“Türk İrsinin İnkişafına Dəstək” İctimai Birliyinin və Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova Xocalı faciəsinin ictimaiyyətdə yaratdığı ab-hava barədə danışıb. Bu kimi faciələrin toplumu bir-birinə bağladığını bildirən M. Qurbanova həmin həmrəylik sayəsində Xocalının bu gün azad olduğunu vurğulayıb.

“Biz bu gün Xocalıya gedirik. Cənab prezident Xocalı şəhərində Azərbaycan bayrağını ucaldaraq, əslində, orada vəhşicəsinə öldürülmüş insanlarımızın ruhuna öz ehtiramını göstərmişdi. 3 mindən çox şəhid verərək işğaldan azad etdiyimiz həmin torpaqlar bu gün yenidən qurulur. Lakin oradakı ağrı, acı heç bir zaman yaddaşlardan silinməyəcək”.

Tarixçi Kamal Çiçək çıxışında Azərbaycanın müstəqillik yolundan danışıb. O, 20 Yanvar faciəsinin, Xocalı soyqırmının və bu kimi digər qırğınların Azərbaycan millətinin formalaşmasındakı rolundan bəhs edib.

Simpozium iştirakçıların suallarının cavablandırılması və müzakirə şəraitində davam edib.

Sonda iştirakçılara plaketlər təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Mart 2025 02:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri