Icma.az
close
up
RU
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb

Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ankara, 28 fevral, AZƏRTAC

Ankaradakı “Azaflı” Sosial Yardım və Mədəniyyət Təşkilatının konqres mərkəzində Xocalı soyqırımının 34-cü il dönümü ilə bağlı panel müzakirələri aparılıb.

AZƏRTAC xəbər verir ki, “Xocalı soyqırımı: bəşəriyyətin vicdanının qara səhifəsi” mövzusunda təşkil edilən müzakirələrin təşkilatçısı qismində Türkiyə-Azərbaycan Cəmiyyətləri Federasiyası (TADEF) və “Ankara-Bakı” Cəmiyyəti çıxış edib. Tədbir iştirakçıları arasında diplomatlar, Türkiyə Böyük Millət Məclisinin deputatları, beynəlxalq təşkilatların, iri şirkətlərin nümayəndələri, alimlər, iki qardaş ölkə ictimaiyyətinin təmsilçiləri olublar.

“Azaflı” Sosial Yardım və Mədəniyyət Təşkilatının sədri Arzuman Azaflı tədbiri açaraq qeyd edib ki, onilliklər sonra da Xocalı qurbanlarının xatirəsi Azərbaycan xalqının yaddaşında qanayan yara kimi qalır. O, faciəni törədən bütün cinayətkarları məsuliyyətə cəlb etməyə çağırıb.

TADEF baş katibinin müavini Settar Kaya qeyd edib ki, türk xalqlarının tarixində yüz minlərlə şəhidin Vətən uğrunda həlak olduğu çoxsaylı müharibələr olub. “Rəsmi məlumatlara görə, təkcə Çanaqqala döyüşündə 70.000 Osmanlı əsgəri həlak olub, Balkan müharibələri zamanı isə 50.000 qəhrəman canından keçib. Onların hamısı silahlı düşmənlərə qarşı döyüş meydanında həlak olan qəhrəmanlardır. Lakin ermənilərdən danışanda, onların mülki əhaliyə qarşı vəhşilikləri daha çox önə çıxır”, - deyə o bildirib.

S.Kaya diqqətə çatdırıb ki, arxiv sənədlərinə görə, 1890-cı ildən 1922-ci ilə qədər ermənilər azı 300.000 türkü qətlə yetiriblər. “Bu gün Anadoluda sorğuda iştirak edən on nəfərdən səkkizi sizə erməni dəstələrinin qurbanı olan əcdadları haqqında danışacaq”, - deyən baş katibin müavini ASALA terrorçuları və digər cinayətkar təşkilatlar tərəfindən törədilən terror aktlarını da xatırladıb.

Onun fikrincə, ermənilərin Azərbaycanda törətdiyi qanlı cinayətlər də Anadoludakı vəhşiliklərin davamıdır. S.Kaya Xocalıya ədalət uğrunda səslərin ucaldılmasına çağıraraq vurğulayıb: “Bu gün biz “yetər!” deyirik.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev çıxışında qeyd edib ki, ermənilər bir əsr əvvəl Anadoluda törədilən qanlı cinayətləri Xocalı da daxil olmaqla, Azərbaycanın müxtəlif bölgələrində təkrarlayıblar.

“Xocalı ermənilərin soyqırımı aktları törətdiyi bir çox yerlərdən yalnız biridir. Əvvəllər qanlı cinayətlər Şamaxı, Quba və Bakıda da törədilib, onların yeganə məqsədi etnik təmizləmə olub. Bütün hallarda, dünya dinc əhalinin qətlə yetirilməsinə laqeyd yanaşıb”, - deyə V.Hacıyev bildirib. O, ölkəmizin öz səyləri ilə tarixi ədaləti bərpa etdiyini vurğulayıb.

Onun sözlərinə görə, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin gücü, eləcə də Azərbaycan və Türkiyənin birliyi ikili standartlar siyasətinə ən yaxşı cavab olaraq qalır. “Bakı və Ankaranın nüfuzu bütün dünyada tanınır. Ölkələrimizin fikirləri nəzərə alınır. Azərbaycan və Türkiyə nə qədər güclüdürsə, çətinlikləri və maneələri həll etmək bir o qədər asan olur”, - deyə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini qeyd edib.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Xocalı hadisələrini “insanlığa qarşı cinayət” adlandırıb. “Əgər Xocalını unutsaq, insanlığımızı itirəcəyik və tarixin yeni qanlı səhifələrinə yol açacağıq”, - deyə türkiyəli deputat bildirib.

Ş.Ayrım Prezident İlham Əliyevin siyasətini yüksək qiymətləndirib. O, qeyd edib ki, Azərbaycan liderinin rəhbərliyi altında respublika güclü və nüfuzlu dövlətə çevrilib. “Bu gün Qarabağın dirçəlişindən səmimi-qəlbdən məmnunuq. Ölkələrimiz güclüdür”, - deyə o vurğulayıb.

Daha sonra Karabük Universitetinin professoru Əli Əsgər və Ankara Universitetinin professoru Cavid Abdullazadənin iştirakı ilə panel müzakirələri keçirilib. Alimlər Xocalı soyqırımının tarixi, siyasi və hüquqi aspektlərini təhlil ediblər.

Tədbir Azərbaycanın Xalq artisti və balaban ifaçısı Əlixan Səmədovun çıxışı ilə başa çatıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Fevral 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri