Icma.az
close
up
RU
Ankaradakı terror: Verilən mesajlar və nəticə TƏHLİL

Ankaradakı terror: Verilən mesajlar və nəticə TƏHLİL

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mürtəza Bünyadlı

Türkiyənin hərb sənayesinin lokomotivlərindən biri olan Türk Aerokosmik Sənayesinin (TUSAŞ) terror hədəfi seçilməsi heç də təsadüfi hadisə hesab edilə bilməz. Türkiyə hərbi sənaye kompleksinin müasir dövrün texnologiyalarına uyğun şəkildə qurmaqda əsas hədəfi təkcə hərbi qüdrətini gücləndirib təhlükəsizliyini etibarlı şəkildə təmin etmək deyil, eyni zamanda "Tam Müstəqil Türkiyə"yə nail olub, yeni dünya düzənində ciddi regional və qlobal aktor rolunda çıxış etməkdir.

Təbii ki, son illərdə hərbi sənaye kompleksinin müasir texnologiyalara əsaslanan sürətli inkişafi Türkiyənin beynəlxalq miqyasda nüfuzunun artarmaqla yanaşı, onu qlobal miqyasda ciddi oyunçulardan birinə çevirməkdədir. Buna təsir edən digər bir amil də qardaş ölkənin geosiyasi proseslərin əsas epsentri olan coğrafiyada yerləşməsidir. Türkiyənin güclü hərbi sənaye kompleksinə malik ölkə və şirkətlərlə rəqabətə girməsi, həm də Ankaranın qlobal miqyasda ciddi oyunçuya çevrilməsi təbii ki, anti-Türkiyə gücləri ciddi narahat etməkdədir. Bu güclər Türkiyənin hərbi sənaye kompleksinin inkişafının qarşısını almaq üçün ən müxtəlif vasitələrə əl atsalar da, nəticəsi olmayıb. Ankara bütün bu maneələrə, pərdəarxası təzyiq, təhdidlərə baxmayaraq, hərbi sənaye kompleksini müasir dövrün standartlarına və tələblərinə uyğun quraraq israrla irəliyə getməkdədir.

Terrorun təşkilatçıları

- Terrorun sifarişçisi xarici aktorlar olsa da, icraçı həmin güclərin əlində Türkiyə qarşı cəza aləti kimi istifadə olunan PKK-dır. Niyə görə məhz PKK? Başqa terrorçu təşkilatlardan da istifadə oluna bilərdi. Bu isə belə bir iddianı irəli sürməyə əsas verir ki, terrorun törədilməsində xarici güclərlə yanaşı, daxidə hansısa qüvvələr də ola bilər. Həmin qüvvələr bu prosesdə hansısa formada iştirakçı qismindədirlər

.

TUSAŞ-dan Ankaraya verilən mesajlar:

Birincisi, Cümhur İttifaqının PKK probleminin siyasi yolla həllini yenidən gündəmə gətirməsi, ölkədə siyasi və milli həmrəyliyə nail olunması istiqamətində atdığı addımlar nəinki xarici gücləri, eyni zamanda daxilədki bəzi siyasi qüvvələri ciddi narahat etməyə başlayıb. Çünki bu qüvvələr PKK və kürd kartından istifadə etməklə Türkiyəyə qarşı məkrli planlarını həyata keçirirlər. Yaxşı anlayırlar ki, problem həllini taparsa, onlara ehtiyac qalmayacaq və bütün çirkin oyunlar pozulacaq.

Məhz ona görə də həmin qüvvələr xaricdəki güclərlə əlbir olub PKK kartından istifadə edib terror törətməklə bu problemin həlli istiqamətdə atılan addımları iflasa uğradıb daxildə qarşıdurmanı daha da kəskinləşdirməyə, ictimai-siyasi prosesləri pozub siyasi böhranın yaranmasına cəhd edirlər. Bu qüvvələrinin bir çoxunun MHP lideri Dövlət Baxçalının təklifindən sonrakı aktivliyini də bunun göstəricisi hesab etmək olar.

Təbii ki, bunu PKK probleminin siyasi həll yoluna qarşı çıxan qüvvələrin hamısına şamil etmək olmaz.

İkincisi, TUSAŞ-ın hədəf seçilməsində xüsusi bir məqama diqqət yetirmək lazımdır: bu günlərdə bu qurum Türkiyənin hipersəsli HÜRJETİ-ni uğurla sınaqdan çıxdı. TUSAŞ-dan verilən açıqlamda bildirildi ki, Türkiyə Hərbi Hava Qüvvələrinin inventarını yeniləmək və bu sahədə yerli istehsala üstünlük verilməsi məqsədi ilə HÜRJET layihəsi başladılıb. Sınaqlar nəticəsində 5-ci nəsil olacaq HÜRJET səs sürətini aşmağı bacarıb və bununla da layihədə nəzərdə tutulan məqsədlər uğurla icra olunub.

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, TUSAŞ-ın hədəf seçilməsi təsadüfi deyil. Terrorun təsadüfi olmadığını artıq prezident Rəcəb Tayyib Ərdoğan da bəyan edib. O bildirib ki, Türkiyənin hərb sənayesinin aparıcı qurumlarından olan TUSAŞ-da törədilən terror aktı Türkiyənin tam msütəqilliyini təmin edən müdafiə sənayesinİn qarşısını almağa yönələn bir hücumdur.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş isə bildirib ki, hücumun prezident Ərdoğanın Rusiyadakı təmasları zamanı edilməsi təsadüfi deyil.

Terrorun hədəfi:

Bu terrorun sifarişçiləri və ictirakçıları TUSAŞ-ı hədəf seçməklə həm Türkiyəni hərbi sahədə əldə etdiyi uğurlardan, həm qlobal miqyasda ciddi aktor rolunu oynamasından, həm ölkə daxilində siaysi, milli həmrəylik istiqamətində, həm də iqtisadi sahədə üzləşdiyi böhrana dirəniş göstərməsi istiqamətində atdığı addımlardan geri çəkindirməkdir.

Nəticə

Amma Türkiyəni bu cür metodlardan istifadə etməklə hədəflərindən yayındırmaq qeyri-mümkündür. Türkiyə geosiyasi proseslərdən faydalanaraq öz milli maraqlarını təmin edib dünyanın qüdrətli və inkişaf etmiş ölkəsinə çevrilmək istiqamətində bəyan etdiyi hədəflərə doğru irəliləyəcək.Türkiyənin güclənməsi bütövlükdə Türk dünyasının güclənərək vahid bir gücə çevrilməsinə xidmət edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Noyabr 2024 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see260

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see252

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see231

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see227

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see225

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see221

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see217

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see217

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see215

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see203

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see195

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see193

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see188

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see182

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see179

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see177

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see171

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see167

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see160

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri