Icma.az
close
up
RU
Anklavlar qarşılıqlı güzəştlərlə həll oluna bilər ŞƏRH

Anklavlar qarşılıqlı güzəştlərlə həll oluna bilər ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Turan Rzayev: "Qarşılıqlı güzəştin mümkünlüyü və praktikliyinə dair beynəlxalq təcrübədə ən real nümunə Fərqanə vadisidir"


Hazırda Azərbaycana məxsus anklav kəndlər - Yuxarı Əskipara, Barxudarlı, Sofulu və Kərki Ermənistanın de-fakto nəzarətindədir. İrəvan isə Azərbaycanın Gədəbəy rayonu ərazisində yerləşən Başkəndin ona aid olduğunu iddia edir. Prinsip etibarilə delimitasiya və demarkasiya prosesi bu gün əvvəlki illərlə müqayisədə ikitərəfli təmaslar və qarşılıqlı razılaşmalar əsasında aparılır. Bu isə özlüyündə müsbət dinamikanın formalaşdığını göstərir və sülh prosesinin gələcəyi baxımından ümidverici amil hesab oluna bilər. Lakin anklavların taleyi ilə bağlı hələlik rəsmi bir razılaşma və ya açıqlama yoxdur. 


Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, məsələyə münasibətdə yalnız subyektiv yanaşmalar və ehtimallar irəli sürmək mümkündür. Ekspert vurğulayıb ki, Vaşinqtonda keçirilmiş üçtərəfli görüşdən sonra qəbul edilən Bəyanatda BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə istinad edilərək, keçmiş münaqişənin başa çatması və gələcəyə yönəlmiş münasibətlərin qurulması razılaşdırılıb: 


"Bu sənədlər tərəflərin SSRİ dövründəki inzibati sərhədlərə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü tanıması deməkdir. Məntiqlə yanaşdıqda, bu prinsip “hamının hamıya” modeli ilə qarşılıqlı ərazi mübadiləsini ehtiva edir. Lakin beynəlxalq təcrübə göstərir ki, bu cür hüquqi prinsiplər həmişə reallıqla üst-üstə düşmür. Çünki bu ərazilər üzərində nəzarət təkcə hüquqi məsələ deyil, burada faktiki yaşam, təhlükəsizlik, nəqliyyat-kommunikasiya, gələcək münaqişə riski və regional güclərin maraqları kimi amillər də prosesə təsir edir. Azərbaycan anklavlar məsələsində həm tarixi, həm də hüquqi baxımdan haqlı mövqedədir. Lakin qeyd edilən ərazilər uzun illərdir Ermənistanın de-fakto nəzarətindədir və orada azərbaycanlılar yaşamır. Həmçinin, ərazilərin relyefi və coğrafi təcridi buraların reinteqrasiyasını çətinləşdirir. Eyni hal Başkəndə də aiddir".


Siyasi şərhçinin sözlərinə görə, bu kontekstdə delimitasiya prosesi yalnız xəritələrə və SSRİ dövrünün arxiv sənədlərinə əsaslanaraq deyil, mövcud demoqrafik və təhlükəsizlik reallıqları, gələcək sabitlik ehtimalları və sülhə xidmət edəcək mexanizmlər əsasında həyata keçirilməlidir: 

"Əgər tərəflər bu məsələyə emosiyalardan uzaq, strateji və praqmatik yanaşsalar, qarşılıqlı güzəştlərlə həm ərazi bütövlüyünü, həm də regional sabitliyi təmin etmək mümkündür. Çünki anklavlar potensial təhlükə mənbəyidir. Əgər tərəflərdən biri həmin ərazilərdə simvolik addımlar atsa, məsələn, rəsmi səfər edərsə, hərbi post yerləşdirərsə və ya mülki yaşayışı təşviq etməyə çalışarsa, bu, qarşı tərəfdən təxribat kimi qəbul oluna və sülh prosesi ciddi təhdid altına düşə bilər. Bu ərazilərin çətin coğrafiyası, yolların olmaması və inzibati əlçatmazlığı vəziyyəti daha da mürəkkəbləşdirir. Qarşılıqlı güzəştin mümkünlüyü və praktikliyinə dair beynəlxalq təcrübədən ən real nümunə Fərqanə vadisidir. Özbəkistan, Qırğızıstan və Tacikistan arasında bölünmüş bu vadidə də etnik, tarixi və inzibati sərhədlər bir-birinə qarışıb. 1990-cı illərdə bu səbəbdən silahlı toqquşmalar və sərhəd münaqişələri baş verirdi. Amma zamanla tərəflər anladılar ki, bu ərazilərdə hüquqi iddialarla yaşamaq mümkün deyil. Çünki kəndin suyu bir ölkədə, yolu digərində, əhalisi isə üçüncüdə idi. Nəticədə tərəflər birtərəfli ərazi iddialarından imtina edərək, qarşılıqlı güzəştlər və alternativ razılaşmalar əsasında sabitlik yaratmağa nail oldular. Bu yanaşma formaca torpaq itkisi kimi görünsə də, reallıqda daha rasional və sabit idarəetmə modeli idi. Azərbaycanla Ermənistan arasında anklav məsələsinin çözümü də buna bənzər model üzrə hüquqi əsaslar, real siyasət, təhlükəsizlik balansı, qarşılıqlı güzəştlər kontekstində aparılarsa, hər iki ölkə üçün uzunmüddətli sülh və sabitlik zəmanəti verə bilər. Əsas məsələ hüququ emosiyalarla deyil, reallıq və rasional düşüncə ilə birləşdirərək icra etməkdir. Əks halda, hüququn qorunması adı altında regional sabitliyi riskə atmaq qaçılmaz olar".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Sentyabr 2025 06:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri