Icma.az
close
up
RU
Antarktidanın ən yüksək zirvəsinə qalxan azərbaycanlı: Əlcəkləri çıxaran kimi barmaqlarım donmağa başladı MÜSAHİBƏ

Antarktidanın ən yüksək zirvəsinə qalxan azərbaycanlı: Əlcəkləri çıxaran kimi barmaqlarım donmağa başladı MÜSAHİBƏ

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 8 dekabr, Cavid Əliyev, AZƏRTAC

Antarktidanın ən yüksək zirvəsi olan Vinson dağını (4892 metr) fəth edən azərbaycanlı alpinist Elmira Aslanova AZƏRTAC-a müsahibə verib.

- Vinson zirvəsinə qalxmaq ideyası sizdə necə formalaşdı və nə vaxtdan bunu planlaşdırırdınız?

- Vinson dağı “7 Zirvə” layihəsinə daxildir. Bu layihə mənim arzumdur və buna doğru irəliləyirəm. Bu, Everestdən sonra planlaşdırdığım növbəti layihə idi və ümid edirəm ki, gələn il proqramın hamısını yerinə yetirə biləcəyəm.

- Ekspedisiya neçə gün baş tutdu?

- Noyabrın 26-dan dekabrın 3-dək davam etdi.

- Zirvəyə qalxış və eniş nə qədər vaxt apardı?

- Zirvəyə çıxmaq 1 gün çəkir. Orta hesabla qalxış 7, eniş isə təxminən 3 saat olur.

- Səfər zamanı qarşılaşdığınız ən ciddi və gözlənilməz çətinlik nə oldu?

- Dağdakı çətinlik elə bir yerdə ortaya çıxdı ki, ümumiyyətlə orada belə bir şey gözləmirdim. Zirvəyə çatmağa təxminən 1,5 saat qalmış eynəyimin kənar hissəsi qopub düşdü. Mən onu düzəltmək üçün isti əlcəklərimi çıxartdım. Əlavə nazik əlcəklər olsa da, barmaqlarım dərhal donmağa başladı. Bunu görən bələdçim əlcəkləri yenidən geyinməyi əmr etdi və dedi ki, əgər barmaqlarım donmağa başlasa, məni dərhal aşağı göndərəcək. Buna inana bilmirdim.

- Sonra nə baş verdi?

- Növbəti dəfə eynəyimin donmuş şüşəsini təmizləmək üçün əlcəyimi çıxaranda bələdçi dərhal rabitə ilə nəzarətçilərə xəbər verdi ki, məni aşağı endirsinlər. Şokda idim. Çünki hədəflədiyimiz yerə cəmi 1,5 saat qalmışdı. Nə qədər çalışsam da, bələdçi buna icazə vermədi. Dedi ki, zirvə ən vacib olan deyil, inan mənə, istəmirəm ki, zirvədə barmaqların donsun. Mən isə "aşağı bir şərtlə düşərəm ki, sabah yenidən şans verəcəksiniz" söylədim. Bələdçi müxtəlif variantlar olacağını bildirdi. Məni nəzarətçi ilə birlikdə aşağı göndərdilər. İnana bilmirdim. Çünki o qədər yol getsəm də, zirvəyə çata bilməmişdim.

Düşərgəyə qayıdanda dedim ki, sabah yenidən çıxmaq istəyirəm. Nəzarətçilər isə bildirdilər ki, bu, mümkün deyil və onların təcrübəsində belə hal ilk dəfə yaşanır. Çünki mən demək olar zirvəyə çatmışdım və onların fikrincə, ertəsi gün yenidən yola çıxmağa gücüm olmayacaqdı. Mən isə israr etməyə və yalvarmağa başladım.

- Nəticədə sizə icazə verdilər...

- Dedilər ki, rəhbərliklə danışmalıdırlar və səhər mənə cavab verəcəklər. O gecə yata bilmədim. Bir tərəfdən anlayırdım ki, güc toplamaq üçün yatmaq lazımdır, amma ikinci şans ala bilməmək fikri yuxumu tamam qaçırırdı. Səhər isə mənə bələdçi Tom və nəzarətçi ilə birlikdə yola çıxacağımı dedilər. Onların məqsədi yolda olan göstəriciləri yeniləmək idi. Yenidən şans verdiklərinə görə çox sevindim. Tom məni dəstəklədi və zirvəyə çatacağıma inandığını söylədi. Nəticədə mən zirvəni fəth etdim və buna görə çox xoşbəxtəm.

1 / 2

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri