Icma.az
close
up
RU
Antibiotiklər can alır: Hər 45 saniyədə bir insan ölür

Antibiotiklər can alır: Hər 45 saniyədə bir insan ölür

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ankara Universiteti Baytarlıq fakültəsi dekanı professor Ender Yarsan dünyada hər 45 saniyədə bir insanın antibiotiklərə davamlı infeksiyalar səbəbiylə öldüyünü bildirərək, tədbir görülməsə, 2050-ci ilə qədər bu rəqəmin hər 3 saniyəyə düşəcəyi ilə bağlı xəbərdarlıq edib. 

O vurğulayıb ki, 2004-cü ildə dərc olunan hesabata görə, dünyada antibiotik istifadəsinin miqdarı 80 min tondan artıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, onun sözlərinə görə,  antibiotiklərdən rasional, şüurlu və təhlükəsiz istifadə son dərəcə vacibdir. Əks halda, antibiotiklərə qarşı müqavimət yarana və ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. 

Antibiotik müqavimətinin getdikcə artan problem olduğunu bildirən Yarsan deyib: "Antibiotiklərə qarşı müqavimət yarandıqda, mikroorqanizmlər dərmandan təsirlənmir və bu, ölüm nisbətlərini ciddi şəkildə artırır. 2016-cı ildə aparılan araşdırmaya görə, dünyada təxminən 700 min insan antibiotiklərin yaratdığı infeksiyalar səbəbiylə həyatını itirib. davamlı mikroorqanizmlər bu tendensiya davam edərsə, 2050-ci ildə bu rəqəm ildə 10 milyon nəfərə çatacaq". 

2024-cü ildə dərc olunan hesabata toxunan Yarsan 2019-cu ildə 1 milyon 200 min insanın antibiotiklərə davamlı infeksiyalar səbəbindən öldüyünü, 2021-ci ildə isə bu rəqəmin 4 milyon 700 minə yüksəldiyini bildirib. 

"Hər 45 saniyədə bir insan antibiotikə davamlı infeksiyalar səbəbiylə ölür. Əgər tədbir görülməzsə, bu rəqəm 2050-ci ildə hər 3 saniyədə olacaq", - professor vurğulayıb.

Antibiotik müqavimətinin qarşısını almağın ən mühüm yolunun dərmanların düzgün dozada və müddətdə istifadə edilməsi olduğunu deyən Yarsan, antibiotik müalicəsinin müddətini tamamlamanın vacibliyini qeyd edib.

"Antibiotiklərin son istifadə müddətindən əvvəl dayandırılması müqavimətin artmasına səbəb olacaq" deyən Yarsan, müalicə prosesinin mütləq həkim nəzarətində olması lazım olduğunu da əlavə edib.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Noyabr 2024 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri