Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

Əldə olan pulu artırmaq üçün bunu edin!

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

La Liqa: Valensiyada triller

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Antibiotiklər haqqında ən vacib məlumatlar

Antibiotiklər haqqında ən vacib məlumatlar

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Antibiotiklər – mikrobların inkişafını dayandıran və ya onları məhv edən kimyəvi maddələrdir. “Antibiotik” – yunan sozu olub mənası: anti- “qarşı”, bios isə “həyat” deməkdir.

Antibiotiklər aşkar edilənə qədər infeksion xəstəliklər milyonlarla insanın ölümünün əsas səbəbi idi. İlk antibiotik olan penisillin 1929-cu ildə Şotlandiyalı bakterioloq Aleksander Fleminq tərəfindən kəşf edilmışdır. O, təsadüfən laborator kasacıqların birində stafilokokların inkişafını dayandıran penisillin adlı kif göbələyini aşkar etmişdir. Bu, XX əsrin ən böyük kəşfi, tibbdə isə həqiqi bir inqilaba səbəb oldu. Daha sonra 1940-cı ildə İngiltərədə penisillin antibiotiki təmiz şəkildə alınmışdır.

Hazırda dünyada təxminən 200 növ antibiotik hazırlanmışdır. Kimsə soruşa bilər ki, bəs nə üçün bu qədər çox? Məsələ ondadır ki, mikroblar da özlərini antibiotiklərin hücumundan qorumaq üçün – bəziləri onlara qarşı davamlılıq yaradır, digərləri isə antibiotikin özünü parçalayan ferment hazırlayır və s. Ən pisi də ondan ibarətdir ki, daima bir-biri ilə cütləşən bu mikroblar antibiotiklərə qarşı davamlılığı bir növdən digərinə də ötürürlər! Məhz buna görə alimlər daim yeni növ antibiotiklər hazırlamağa məcbur olurlar. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, ilk antibiotik olan penisillin hal hazırda öz əhəmiyyətini demək olar ki, tamamilə itirmişdir. Buna səbəb isə əksər mikrobların, penisillini parçalayan “penisillinaza” adlı ferment hazırlamaqla, özlərini ondan qoruya bilməsi ilə izah olunur.

Əfsuslar olsun ki, antibiotiklərin bu qədər yayılması fonunda, insanlar onlar haqqında çox az məlumata malikdirlər. Ona görə də antibiotiklərə olan münasibətə görə cəmiyyətdə iki əks mövqe mövcuddur. İnsanların bir qismi onları xeyli təhlükəli hesab edərək, hər vasitə ilə onlardan istifadə edilməsindən uzaq olmağa çalışırlar. Digərləri isə, əksinə olaraq antibiotikləri “bütün xəstəliklərdən” müalicə olunmaq vasitəsi kimi qəbul edərək, xəstəliyin ilkin əlamətləri meydana çıxan kimi, özlərinə antibiotik “təyin” etməklə müalicəyə başlayırlar.

Biz, diqqətinizə çatdırmaq istədiyimiz bu məlumatlarla antibiotiklər barədə daha düzgün təsəvvür yaratmağa çalışacağıq.

Qeyd etmək lazımdır ki, antibiotiklər yalnız infeksion xəstəliklərin törədicisi olan bakteriyalara qarşı effektiv hesab olunur! Məhz buna görə antibiotikləri aşağıdakı xəstəliklər zamanı tətbiq etmək mənasız, xeyirsiz və hətta zərərlidir:

- KRVİ, qrip, qızılca, məxmərək, epidemik parotit, A, B, C hepatitləri və s. Bütün bu xəstəliklər viruslar tərəfindən törədilir. Antibiotiklər isə viruslara heç bir təsir göstərmirlər;

- temperaturun yüksəlməsi zamanı. Antibiotiklər temperaturu aşağı salan və ağrısızlaşdırıcı preparatlara aid deyillər;

- iltihabi proseslər zamanı. Antibiotiklər iltihab əleyhinə təsirə malik deyillər;

- öskürək zamanı. Öskürəyin bir çox səbəbləri vardır: virus infeksiyaları, allergiya, bronxial astma, ətraf mühitin bir sıra qıcıqlandırıcı faktorlarına qarşı yüksək həssaslığın olması və s. Bunların yalnız çox az bir hissəsi mikroqrqanizmlərlə əlaqəli olur.

- bağırsaq pozğunluqları (ishal) zamanı. Məsələ bundadır ki, birincisi - bağırsaq infeksiyalarının bir çoxu viruslar tərəfindən törədilir. İkincisi – nəcis ifrazının pozulması yalnız bağırsaq infeksiyası nəticəsində deyil, məsələn, hər hansı bir qidaya allergiyanın olması nəticəsində də baş verə bilər.

Bəs, antibiotiklərdən nə vaxt istifadə etmək lazımdır? Antibiotiklər olmadan pnevmoniyanı, anginanı, haymoriti, otiti, sidik-cinsiyyət üzvülərinin infeksiyalarını, dəridəki irinli iltihabları, cinsi yolla keçən bir çox xəstəlikləri, sepsis və müxtəlif bakteriyalar tərəfindən törədilən digər xəstəlikləri müalicə etmək mümkün deyil. Bu xəstəliklər zamanı antibiotiklərin qəbul edilməsindən imtina edilməsi ağır fəsadların baş verməsi, bəzi hallarda isə (məsələn, sepsis zamanı) ölümlə də nəticələnə bilər. Məsələn, vaxtında antibiotiklərin tətbiq edilməsi ilə müalicə olunmayan anginalar, sonradan ürəyin (revmatizm, miokardit) və ya böyrəklərin(qlomerulonefrit) zədələnməsi ilə nəticələnə bilər. Kəskin xəstəlikləri (pnevmoniya, haymorit və s.) antibiotiklərlə vaxtında müalicə etmədikdə, bu xəstəliklər xroniki formaya (xroniki pnevmoniya, xroniki haymorit, sidik yollarının xroniki infeksiyaları) keçir. Əksər hallarda, müxtəlif orqanlarda aparılan cərrahi əməliyyatlardan sonra da antibiotiklə müalicə təyin olunur.

Əksər insanlar hesab edirlər ki, KRVİ və qrip xəstəliyi də antibiotiklərlə müalicə olunmalıdır. Ancaq bu heç də düzgün deyil. Yuxarıda qeyd etdiyimiz kimi, KRVİ və qripin törədiciləri viruslardır ki, onlara antibiotiklər heç bir təsir göstərmir. Ancaq, heç müalicə olunmadıqları və ya düzgün müalicə edilmədikləri təqdirdə, KRVİ və qrip də müxtəlif fəsadlara (angina, haymorit və s.) səbəb ola bilərlər. Məhz bu fəsadlara qarşı isə antibiotiklərdən istifadə etmək olar və lazımdır.

Bakterial infeksiyaların əsas əlamətləri:

- temperaturun uzun müddət ərzində və davamlı olaraq yüksəlməsi;

- qısa müddətli yaxşılaşmadan sonra xəstənin ümumi vəziyyətinin təkrarən pisləşməsi;

- irinli ifrazatın olması;

- leykositoz - qanda leykositlərin sayının artması.

Hamı bilməlidir ki, antibiotikləri həkim məsləhəti olmadan qəbul etmək olmaz.

Antibiotik, həkim tərəfindən yalnız son halda - xəstəliyi digər üsullarla effektiv və tam şəkildə müalicə etmək mümkün olmadıqda təyin edilir. Antibiotiklər universal deyillər. Onların hər biri yalnız, ona həssas olan mikroorqanizmlərə təsir edə bilir. Ona görə də bu və ya digər xəstəlik zamanı hansı antibiotikdən istifadə edilməsini yalnız həkim təyin edə bilər. Müvafiq tibbi təhsili olmayan adam düzgün “diaqnoz qoya bilməz”, çünki oxşar əlamətlər bir çox digər xəstəliklərdə də ola bilər.

Əksər hallarda vəziyyətinin yaxşılaşdığını, temperaturun normaya endiyini və digər yaxşılaşma əlamətlərini görən bir çox xəstələr, öz orqanizmlərinə əlavə “ziyan” vurmamaq üçün, həkimlə məsləhətləşmədən müstəqil şəkildə antibiotiklərin qəbulunu “dayandırırlar”. Bu böyuk səhvdir! Sona qədər müalicə olunmayan xəstəlik xroniki formaya keçə bilər, ürək, böyrəklər və digər orqanlara müxtəlif fəsadlar verə bilər. Digər tərəfdən, xəstəliyi tam müalicə etmədikdə, təyin olunan antibiotikin təsirindən xəstəliyi törədən mikrobların heç də hamısı məhv olmayacaq. Onların şağ qalan hissəsi, bu antibiotikə qarşı uyğunlaşaraq, ona qarşı davamlılıq əldə etmiş olacaqlar. Növbəti dəfə xəstəyə bu antibiotikin təkrar olaraq təyin edilməsi zamanı isə müalicənin də heç bir effekti olmayacaq.

O biri tərəfdən isə, həkimin təyin etdiyi antibiotikin dozasının xeyli artırılması da eyni dərəcədə təhlükəlidir. Bu, qara ciyərin, böyrəklərin və s. orqanların zədələnməsi ilə nəticələnə bilər.

Beləliklə, həkim tərəfindən antibiotik təyin edildiyi halda, dərmanın qəbul vaxtları, dozası və qəbul müddəti barədə həkim məsləhətinə dəqiqliklə əməl etmək lazımdır. Bu çox vacibdir!

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see955

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see411

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see365

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see350

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see280

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see261

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see225

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see218

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see215

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see213

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see211

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see206

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see204

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see190

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see186

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see181

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see173

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see161

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri