Icma.az
close
up
RU
Antiperspirantlardan suiistifadənin FƏSADLARI iltihab, allergiya, irinləmə...

Antiperspirantlardan suiistifadənin FƏSADLARI iltihab, allergiya, irinləmə...

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsti havadada antiperspirantların istifadəsi xüsusilə aktualdır. Antiperspirantların sayəsində biz özümüzü daha rahat və sərbəst hiss edə bilirik. Lakin...

1. Mütəxəssislər tez-tez antipersirantların ziyanları haqqında danışır. Antiperspirantları hətta süd vəzi xərçənginin inkişafında günahlandırırlar.

Almaniya və İngiltərə alimlərinin fikirinə görə, antiperspirantlardan sui-istifadə edən qadınlarda süd vəzi xərçənginin riski artmış olur. Məsələ burasındadır ki, sprey-dezorantlardan fərqli olaraq antiperspirantların tərkibində alluminium və sink istifadə olunur. Bu maddələr tər vəzilərini bağlayır ki, nəticədə tərin ifrazı dayanır.

Mütəxəssislərin müşahidələrinə görə, allüminium və sink maddələri toxumalarda yığılmaq xüsusiyyətə malikdir. Alimlərin fikirinə görə, bu da xərçəngin inkişafına səbəb ola bilir. Alimlər süd vəzi xərçəngindən əziyyət çəkən qadınların süd vəzilərinin toxumalarının analizini etdikdə bu toxumalarda allüminiumun sağlam qadınlarla müqayisədə artıq miqdarda olduğunu aşkar ediblər. Alimlər bu araşdırmaları davam etməyi planlaşdırırlar.

2. Antiperspirantlar çox ciddi allergik reaksiyalara səbəb ola bilər. Dəriniz səpib və qaşınmağa başlayıbsa, antiperspirantdan dərhal imtina edin.

3. Antiperspirantların digər təhlükəsi hidradenit xəstəliyidir. Bu xəstəlik zamanı qapanmış tər vəzisi iltihablaşır, orada irin yığılır.

Zədələnmiş sahədə əvvəl kiçik düyün (və ya düyünlər) əmələ gəlir, dəri qaşınır, qızarır. Bir neçə gün ərzində düyünlər böyüyür, daha ağrılı olur, irinli proses başlayır. Xəstənin hərarəti qalxır, halsızlıq, zəiflik, baş ağrısı inkişaf edir, zədələnmiş nahiyədə güclü ağrı hiss olunur. Müalicəsiz buraxılmış bu xəstəlik ağır fəsadlar verə bilər (infeksiyanın daha dərin yayılması, hətta sepsis - mikrobların qan axını ilə bütün orqanizm boyu yaılması).

Bu səbəbdən hidradenitin ilk simptomlarında dermatoloqa və ya cərraha müraciət etmək lazımdır. Hidradenitin müalicəsinə xəstəliyin erkən mərhələlərində başlanmalıdır. Hidradenitin müalicəsində antibiotiklərdən istifadə olunur. Həmçinin zədələnmiş sahə tez-tez antiseptik məhlullarla təmizlənməlidir. Bir çox hallarda cərrahi müalicə tətbiq olunur - irinlik yarılır, irın çıxarılır.

4. Tərləmə orqanizmin müdafiə reaksiyasıdır ki, orqanizmdə istinin mübadiləsini təmin edir. İsti havada tər dərini soyudur və bu da bədənimizin normal hərarətinin saxlanmasına kömək edir. Bu təbii prosesə olan müdaxilə çox ziyanlıdır və hətta istivurmaya səbəb ola bilər. Bu səbəbdən mütəxəssislər çox isti havada və idman məşqləri zamanı antiperspirantdan istifadə etməyi tövsiyə etmirlər.

Alimlər ümumiyyətlə antiperspirantlardan yalnız çox zəruri hallarda və gündə 1 dəfədən çox olmayaraq istifadə etməyi, digər hallarda tərlə mübarizədə təbii üsullara (soda, zəy və s.) üz tutmağıi tövsiyə edirlər.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 04:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri