Elşad Hacıyevdən təsirli paylaşım: Bəzən bir insanın vaxtında atdığı addım bütöv taleyi dəyişir, ordan polis keçirdi...
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Bakıda üzərinə yol nişanı aşan 10 yaşlı Sərxan xətəxanadan evə buraxılıb.
1xeber.media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video görüntülər də yayılıb.
Azyaşlı üçün dostları qarşılama mərasimi keçiriblər
Sərxanla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi ,polkovnik-leytenant Elşad Hacıyev də maraqlı və təsirli paylaşım edib:
"O gün küçələr yenə öz adi həyatını yaşayırdı. Heç kim bilmirdi ki, taleyin görünməz tərəzisində bir uşağın nəfəsi ilə bir insanın vicdanı qarşı-qarşıya dayanacaq.
Polis polkovnik-leytenantı Müşviq Gözəlov hadisəni görəndə xidmətdə idi, amma onun ani qərarı oldu. O, xilas etməyə tələsirdi. Heç qəza törədənlərlə maraqlanmadı. Daha vacib olan həyat idi.
Təcili yardımı gözləmədən uşağı xidməti avtomobillə xəstəxanaya çatdırdı. Valideynləri gələnədək tibb personalının yanında dayandı, reanimasiyanın qapısı önündə sükut kimi dikildi.
O dəqiqələrdə biz o uşağın adını bilmirdik. Ad bəlkə də ən xırda şey idi. Əsas olan bir insan ömrünün sönməməsi idi. Hər zəngimizdə eyni cavabı eşidirdik:
— Burdayam… nə lazımdırsa edirik.
Bu cümlə bir raport deyildi, vicdanın səsi idi. Bəzən bir insanın taleyi məhz belə sakit cümlələrdən başlayır.
O gün anladım ki, polis forması təkcə səlahiyyət deyil, mərhəmət libasıdır. M.Gözəlovun orada etdikləri mənə kitabların öyrətmədiyi həqiqəti göstərdi ki, bəzən bir insanın vaxtında atdığı addım bütöv taleyi dəyişir.
O səhnəni seyr edərkən qəribə bir qürur duydum. Sanki qaranlıq küçənin ortasında kiçik bir işıq yandı, insanlıq işığı. Və başa düşdüm ki, nə yaxşı, ordan polis keçirdi…"
Xatırladaq ki, 01.01.2026 tarixində Bakının mərkəzi küçələrindən birində baş vermiş yol nəqliyyat hadisəsi zamanı piyada səkisində olan uşağın üzərinə məhəccər aşıb.
Hadisə nəticəsində uşaq ağır xəsarətlərlə yerə yıxılıb və huşsuz vəziyyətdə qalıb.
Hadisə yerindən keçən polis əməkdaşları vəziyyətin son dərəcə ağır olduğunu anlayaraq dərhal müdaxilə ediblər. Polis əməkdaşlarının müşayiəti ilə azyaşlı təcili xəstəxanaya çatdırılıb.
Ağır vəziyyətdə, koma halında olan uşaq reanimasiyaya yerləşdirilib, təcili əməliyyat olunub və həyatını xilas etmək mümkün olub.
Polis əməkdaşının dərhal və həssas davranması azyaşlı uşağın həyatının xilas olunması ilə nəticələndi.
Eşq olsun Azərbaycan Polisinə!
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Bu qəzalar xəbər deyil, xəbərdarlıqdır Elşad Hacıyevdən TƏSİRLİ PAYLAŞIM
06 Avqust 2025 15:28
Elşad Hacıyevdən Bakıdakı partlayışla bağlı PAYLAŞIM
27 İyun 2025 07:23
Elşad Hacıyevdən duyğulandıran paylaşım “600 nəfərin hamısı eyni anda... FOTO
13 Noyabr 2025 12:45
Hikmət Hacıyevdən yeni telekanalla bağlı paylaşım
05 Noyabr 2024 10:35
Hacıyevdən paylaşım: Ankara bu gün... Foto
05 Mart 2025 17:17
Baxış sayı:60
Bu xəbər 17 Yanvar 2026 10:08 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları