Antonelli “Mercedes”dən ayrılmaq ehtimalını istisna etmədi
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Mercedes”in pilotu Andrea Kimi Antonelli komandadakı gələcəyi haqqında danışıb.
İdman.Biz “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 20 yaşlı italiyalı hazırda “Mercedes”dəki çıxışlarına tam kökləndiyini desə də, gələcəkdə komandanı dəyişmək ehtimalını istisna etmədiyini etiraf edib.
“Hazırda özümü olduğum yerdə yaxşı hiss edirəm. “Mercedes”də olmağımdan çox məmnunam, o cümlədən ona görə ki, mənə yaratdıqları bütün imkanlara görə onlara borclu olduğumu hiss edirəm. Məhz bu komanda hələ 12 yaşım olanda mənə inandı. Onlar mənim formalaşma yolumda məni müşayiət etdilər və ümid edirəm ki, gələcəkdə onlarla birlikdə bir çox uğurlar qazanacağam”, – deyə Antonelli bildirib.
Bununla belə, italiyalı pilot daha uzaq gələcəklə bağlı sualı açıq qoyub.
“Sonradan görərik. Heç nəyi istisna etmirəm, lakin bu gün əsas məqsəd “Mercedes”lə mümkün qədər çox qələbə qazanmaqdır”, – deyə pilot əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 18 Sentyabr 2026 20:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















