Dövlət Agentliyinin sədri: Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 6 noyabr, AZƏRTAC
Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi. Burada hökumətlərin, beynəlxalq təşkilatların, inkişaf tərəfdaşlarının və digər maraqlı tərəflərin nümayəndələri bir araya gələrək təcrübə mübadiləsi apardı, ümumi çağırışları müzakirə edərək dövlət institutlarının gücləndirilməsi üçün yeni yanaşmaları araşdırdılar
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq sammitin bağlanış mərasimində çıxış edərkən deyib.
Onun bildirdiyinə görə, müzakirələr zamanı səsləndirilən müxtəlif fikirlər bir daha göstərdi ki, institusional strukturlardan, milli prioritetlərdən və inkişaf səviyyəsindən asılı olmayaraq, hamını ümumi məqsəd birləşdirir: "Bu, insanlara xidmət edən daha səmərəli, inklüziv, dayanıqlı və onların ehtiyaclarına çevik reaksiya verən dövlət institutlarının qurulmasıdır. Sammit çərçivəsində aparılan müzakirələr göstərdi ki, gələcəyin çağırışlarına hazır institutların formalaşdırılması yalnız yeni texnologiyaların tətbiqini və ya proseslərin optimallaşdırılmasını nəzərdə tutmur. Bu, səmərəli liderlik, güclü institusional potensial, strateji uzaqgörənlik və idarəetmədə formalaşmış yanaşmaları yeniləmək iradəsi ilə dəstəklənən daha geniş dövlət idarəçiliyi transformasiyasını tələb edir. Sammit zamanı bölüşülən təcrübələr onu da nümayiş etdirdi ki, innovasiya məsuliyyətlə müşayiət olunmalıdır. Süni intellekt və digər yeni texnologiyalar dövlət xidmətlərinin səmərəliliyini və keyfiyyətini artırmaq üçün geniş imkanlar yaratsa da, onların uğurlu tətbiqi etibarlı məlumatlardan, müvafiq təhlükəsizlik mexanizmlərindən, institusional hazırlıqdan və dövlət qulluqçularının bacarıqlarından asılıdır", - deyə Ü.Mehdiyev qeyd edib.
Müxbir - Günel Türksoy
Fotoqraf - Səfiyar Məcnun
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 06 Noyabr 2026 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















