Icma.az
close
up
RU
Antonio Quterreş Braziliyada BMT yə üz ölkələri təmiz enerji mənbələrindən istifadəni genişləndirməyə çağırıb

Antonio Quterreş Braziliyada BMT yə üz ölkələri təmiz enerji mənbələrindən istifadəni genişləndirməyə çağırıb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 8 noyabr, AZƏRTAC

BMT-nin Baş katibi Antonio Quterreş qlobal miqyasda qazıntı yanacaqlarından təmiz enerjiyə keçidi sürətləndirmək kampaniyasını davam etdirir. O bəyan edib ki, bərpaolunan mənbələr ən ucuz elektrik enerjisi istehsal etməyə imkan verir.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, cümə günü Braziliyanın Belem şəhərində COP30 iqlim dəyişikliyi konfransının rəsmi açılışından əvvəl keçirilən “Enerji keçidi” mövzusunda dəyirmi masada çıxış edən Baş katib deyib: “Qazıntı yanacağı dövrü başa çatır. Təmiz enerji mənbələri geniş yayılır. Gəlin keçidi ədalətli, sürətli və qəti edək”.

BMT-nin rəhbəri dünya liderlərinə müraciətlə bildirib ki, artıq qlobal enerji mənzərəsi ildırım sürəti ilə dəyişir. Yaşıl enerji mənbələri ötən il yeni enerji güclərinin 90 faizini təşkil edirdi, onlara qoyulan investisiya isə 2 trilyon dollara çatıb və ya qazıntı yanacaqlarından 800 milyard dollar çoxdur. “Bərpaolunan enerji inqilabı başlayıb. Amma biz daha sürətli irəliləməli və bütün millətlərin faydaları bölüşməsini təmin etməliyik. Beynəlxalq ictimaiyyət onilliyin sonuna qədər qazıntı yanacaqlarından ədalətli, nizamlı və bərabər keçidi, üçqat bərpaolunan enerji tutumunu və ikiqat enerji səmərəliliyini təmin etməlidir”.

A.Quterreş vurğulayıb ki, bir çox ölkə bu sahədə geridə qalır. Yeni milli iqlim fəaliyyət planları həyata keçirilsə belə, qlobal temperatur artımının sənayeləşmədən əvvəlki dövrdən 2 dərəcə Selsi üzərində olacağı gözlənilir. “Bu, hər yerdə daha çox daşqın, daha çox istilik, daha çox əzab deməkdir. Əsrin sonuna qədər temperaturun 1,5 dərəcədən aşağı düşməsi üçün qlobal emissiyalar 2030-cu ilə qədər demək olar ki, yarıya qədər azalmalı, 2050-ci ilə qədər xalis sıfra çatmalı və sonradan isə mənfiyə keçməlidir”, -deyə o əlavə edib.

Baş katib fəaliyyət üçün beş əsas sahəni qeyd edib, ölkələri, ilk növbədə, qanunları, siyasətləri və təşviqləri ədalətli enerji keçidi ilə uyğunlaşdırmağa və bazarları təhrif edən, bizi keçmişə bağlayan qazıntı yanacağı subsidiyalarını aradan qaldırmağa çağırıb. Onun sözlərinə görə, hökumətlər insanları və bərabərliyi keçidin mərkəzinə qoymalı, təlim və yeni imkanlar da daxil olmaqla dolanışığı üçün neft, kömür və qazdan asılı olan işçiləri və icmaları dəstəkləməlidir. Bu, xüsusilə gənclər və qadınlar üçün doğru yoldur.

A.Quterreş vurğulayıb: “Şəbəkələrə, saxlama yerlərinə və səmərəliliyə investisiya qoyun. Bərpaolunan enerji mənbələri sürətlə inkişaf edir, infrastruktur isə onlara çatmalıdır. Texnologiya yeni gərginlik mənbəyi deyil, həllin bir hissəsi olmalıdır, bu baxımdan təmiz enerji süni intellekt inqilabını idarə edən data mərkəzləri də daxil olmaqla bütün yeni elektrik enerjisinə olan tələbatı ödəməlidir.

Çıxışının sonunda inkişaf etməkdə olan ölkələr üçün miqyaslı maliyyələşdirmə açılmasının vacibliyini vurğulayan Baş katib qeyd edib ki, Afrika qitəsi qlobal təmiz enerji investisiyalarının yalnız iki faizini alır. O əlavə edib: “Biz inkişaf etməkdə olan ölkələri daha güclü əməkdaşlıq, investisiya və texnologiya transferi vasitəsilə qazıntı yanacaqlarından uzaqlaşmaq öhdəliklərini yerinə yetirməyə dəstəkləməliyik, eyni zamanda, onları fərqli imkanlara və asılılıqlara uyğunlaşdırmalıyıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri