Icma.az
close
up
RU
Menu

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Qarındakı piyləri əritməyin sirri açıldı

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

U 17 millisi Gəncədə

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

AP gündəliyində “pandemiya korrupsiyası”

AP gündəliyində “pandemiya korrupsiyası”

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen ciddi təzyiqlərlə üzləşib

Avropa Parlamentində (AK) ona qarşı irəli sürülən etimadsızlıq təşəbbüsü, eyni zamanda, Almaniyanın biznes elitasının sərt tənqidləri Fon der Lyayenin mövqeyini ciddi şəkildə sarsıdıb, kürsüsünün laxladığı barədə fikirləri gücləndirib.

U.Lyayenə qarşı etimadsızlıq səsverməsinin keçirilməsi təşəbbüsünü Rumıniyadan olan avroparlamentari Georgi Pipera irəli sürüb. O, komissiyanı və onun rəhbərini COVID-19 pandemiyası dövründə şəffaflığın olmamasında və zəif idarəçilikdə günahlandırıb. Təşəbbüsə əsas səbəb Avropa İttifaqı (Aİ) Ədalət Məhkəməsinin qərarı olub. Məhkəmə müəyyən edib ki, AK sədri Ursula Fon der Lyayen “Pfizer” şirkətinin baş direktoru Albert Bourla aralarında aparılmış şəxsi yazışmaları təqdim etməkdən imtina etməklə Aİ-nin şəffaflıq qaydalarını pozub. Həmin yazışmalar 2021-ci ilin yanvarından 2022-ci ilin may ayına qədər – COVID-19 vaksinlərinin tədarükü ilə bağlı aktiv danışıqların getdiyi dövrdə aparılıb. Məlumata görə, pandemiya zamanı AK, ümumilikdə, 35 milyard avroya 1,8 milyard doza COVID-19 vaksini alıb. Vaksinlərdən səmərəsiz istifadə olunub. Peyvəndlərin istifadəsiz qalması və komissiyanın rəqəmsal xidmətlər haqqında qanunun tətbiqi ilə Rumıniya və Almaniyadakı seçkilərə təsir göstərdiyi də iddia olunur. Ümumiyyətlə, bu prosesdə ictimaiyyətə açıqlanmayan məqamlar çox olub və korrupsiyaya yol verildiyi iddia edilir.

Etimadsızlıq təşəbbüsünün Avroparlamentdə müzakirəyə çıxarılması üçün ən azı 72 deputatın dəstəyi tələb olunur. Nəticədə təşəbbüs 74 deputat tərəfindən imzalanaraq prosedur baxımından növbəti mərhələyə keçib.

Qeyd edək ki, dünən Avropa Parlamentinin Strasburqdakı sessiyasında AK sədrinə etimadsızlıq məsələsi müzakirə olunub. Tədbirdə Lyayen, eləcə də komissiyanın bütün üzvləri iştirak ediblər. Sədrin üzvü olduğu Avropa Xalq Partiyası (AXP) onu açıq şəkildə dəstəklədiyini bəyan edib. Eyni mövqeyi liberallar və sosial-demokratlar da bölüşürlər.

“Politico” nəşrinin yazdığına görə, Fon der Lyayenə qarşı irəli sürülən etimadsızlıq səsverməsi simvolik xarakter daşıyır. Bu təşəbbüs Brüsseldə onun bir sıra mübahisəli qərarları və qalmaqallı addımlarından sonra artan narazılığı ortaya qoyur. Əgər etimadsızlıq qəbul edilsəydi, bu, təkcə onun siyasi karyerası deyil, eyni zamanda, bütövlükdə AK-nin istefası deməkdir. Bu isə 27 yeni komissarın təyinatı ilə bağlı mürəkkəb və vaxtaparan bir prosesin başlanmasına səbəb olacaqdı.

Hazırkı vəziyyət Aİ tarixində oxşar bir presedenti xatırladır. 1999-cu il martın 15-də Lüksemburqlu Jak Santerin rəhbərlik etdiyi AK korrupsiya ittihamları fonunda tam tərkibdə istefa vermişdi. Bu hadisə birlik tarixində ilk və bugünədək nadir hal olaraq qalır.

Onu da qeyd edək ki, Ursula Fon der Lyayen son günlər təkcə siyasi cəbhədə deyil, iqtisadi dairələrdə də ciddi təzyiqlərlə üzləşib. Almaniyanın aparıcı sənaye və ticarət şirkətlərinin rəhbərləri ilə keçirilən son görüşdə ona qarşı sərt tənqidlər səsləndirilib. Bu barədə Almaniyanın nüfuzlu “Bild” nəşri məlumat yayıb.

Görüşdə “Lufthansa”, “E.on”, “Uniper”, “Henkel”, “Evonik”, “Thyssenkrupp”, DHL, “Rheinmetall”, “Hochtief”, “Rewe” və “Covestro” kimi nəhəng korporasiyaların rəhbərləri iştirak ediblər. Alman biznes elitası Aİ-nin iqtisadi kursundan narazılığını açıq şəkildə ifadə edərək, bu sahədə dərhal dəyişikliklər edilməsini tələb edib. Onların sözlərinə görə, Fon der Leyen rəhbərlik etdiyi Komissiyanın mövcud siyasəti ilə Avropa iqtisadiyyatını rəqabətdən geri salır və sənayenin yükünü ağırlaşdırır.

Biznes dairələrinin narazılığına əsas səbəblərdən biri də ABŞ tərəfindən tətbiq edilən gömrük rüsumları olub. Avropa şirkətləri bu proteksionist tədbirlərlə rəqabət aparmaqda çətinlik çəkdiyini bildiriblər. Bununla yanaşı, Aİ-nin iqlim siyasəti də mübahisəli məqam kimi qeyd olunub. Şirkət rəhbərləri bu siyasətin Avropa istehsalçılarına qeyri-mütənasib yük yüklədiyini və bu yükün onların qlobal rəqabət gücünü azaltdığını vurğulayıblar.

Görüşdə xüsusilə diqqət çəkən digər məsələ Aİ-də artmaqda olan bürokratik tələblər olub. İştirakçılar bildiriblər ki, tənzimləyici normativlərin sərtləşməsi əməliyyat xərclərini artırır və biznes mühitini daha da mürəkkəbləşdirir. Nəticədə, Avropa şirkətləri dünya bazarında rəqibləri ilə ayaqlaşmaqda çətinlik çəkirlər.

***

Fon der Lyayen üçün bu görüş təkcə texniki-iqtisadi müzakirə deyil, eyni zamanda, onun rəhbərliyinin iqtisadi sahədə də etimad problemi ilə üzləşdiyinin göstəricisi kimi qiymətləndirilir. Narazılıqlar fonunda onun siyasi gələcəyi ilə bağlı suallar daha da aktuallaşır. Bu barədə siyasi analitik Yeganə Hacıyeva XQ-yə bildirdi ki, Avropa Ədalət Məhkəməsi U.Lyayeni 2021–2023-cü illərdə vaksin müqavilələrinə dair məlumatları ictimaiyyətdən gizlətməkdə məsul hesab edib. 2023-cü ildə isə ABŞ-ın “The New York Times” qəzeti Lyayenə qarşı korrupsiya ittihamları irəli sürmüşdü. Qəzet AK sədrini korrupsiya ilə bağlı ciddi ittihamlarla hədəfə almış və iddia etmişdi ki, o, “Pfizer” şirkəti ilə Aİ üçün 35 milyard avrodan çox dəyərində vaksin müqaviləsi bağlayıb və bu müqavilələrin şərtlərini ictimaiyyətə açıqlamaqdan imtina edib.

2025-ci ilin yanvarında isə Belçikanın Liege şəhərində fəaliyyət göstərən məhkəmə daha bir prosesin icraatına başlayıb. Bu təşəbbüs belçikalı fəal Frederik Balda tərəfindən irəli sürülüb və ona Aİ ölkələrindən təxminən 1000 nəfər media nümayəndəsi və vətəndaş cəmiyyəti təşkilatları qoşulublar.

İddiaçılar arasında COVID-19 peyvəndlərinin yan təsirləri nəticəsində sağlamlığını itirən və ya yaxınlarını itirən Aİ vətəndaşları da yer alır. Onlar fon der Lyayeni vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyada günahlandırıblar.

Lakin Aİ Baş Prokurorluğu onun bu cür cinayət təqiblərindən immunitetə malik olduğunu əsas gətirərək iddiaları rədd edib. Məlumdur ki, Baş Prokurorluq da birbaşa AK-a tabedir, bu isə prosesin şəffaflığı və müstəqilliyi ilə bağlı suallar doğurur. Buna baxmayaraq, Avropa Məhkəməsi müəyyən edib ki, AK 2020–2021-ci illərdə vaksinlərin satınalması zamanı şəffaflıq prinsipini pozub, qiymətləri ictimaiyyətdən gizlədib.

Qeyd edək ki, AK həmin dövrdə, yəni 2020-ci ilin siyahıyaalınma məlumatlarına əsasən, əhalisinin sayı 440 milyon olan Aİ üçün 35 milyard avroya 1,8 milyard doza vaksin alıb. Belə böyük həcmdə vaksinə ehtiyacın olmaması satınalmaların əsaslılığı və şəffaflığı ilə bağlı ciddi suallar doğurub”.

Bütün bu gəlişmələr isə Lyayenin mövqeyini zəiflədir və Aİ daxilində onun liderliyi ilə bağlı ciddi suallar doğurur. Qısa müddətdə siyasi təzyiqlərin azalması gözlənilmir. AK-nin siyasi etimad və legitimlik baxımından ciddi sınağa çəkildiyi məlumdur.

Deməli, narazılıqlar təkcə ötəri problemlər deyil, həm siyasi, həm də iqtisadi etimadın sarsıldığının göstəricisidir. Onun rəhbərlik etdiyi Komissiya bir tərəfdən daxildəki narazılıqlar, digər tərəfdən isə xarici iqtisadi təzyiqlər fonunda gələcəyini müəyyənləşdirmək məcburiyyətindədir. Aİ lideri kimi Fon der Lyayenin qarşıdakı günlərdə mövqeyini necə qoruyacağı maraq doğurur.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 İyul 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see266

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see263

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see257

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see247

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see242

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see242

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see231

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see221

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see219

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see216

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see216

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see215

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see212

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see208

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see206

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see204

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see204

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see203

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see193

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri