Icma.az
close
up
RU
Ağdamın yeni siması müasir Azərbaycanın inkişaf salnaməsi

Ağdamın yeni siması müasir Azərbaycanın inkişaf salnaməsi

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Altı il əvvəl, 2020-ci il noyabrın 20-də Azərbaycanın tarixi Zəfəri ilə Ağdam yenidən azadlığına qovuşdu. 27 ildən artıq davam edən işğala son qoyuldu, doğma yurdlarından didərgin düşmüş minlərlə soydaşımızın qayıdışına yol açıldı.

Ağdam 1993-cü il iyulun 23-də işğal edilmişdi. Belə ki, rayon ərazisinin 73 faizi, o cümlədən şəhər mərkəzi və 90 kənd işğal olunmuş, 128 minə yaxın insan doğma torpaqlarından didərgin düşmüşdü. Vaxtilə Qarabağın ən abad və inkişaf etmiş şəhərlərindən biri olan Ağdam işğal dövründə sistemli şəkildə dağıdıldı, tarixi-mədəni irsi talan edildi. Məhz bu vandallığa görə şəhər “Qafqazın Xirosiması” adlandırıldı. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsində işğalçı qüvvələrin Ağdamdan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılması tələb olunsa da, Ermənistan uzun illər beynəlxalq hüququn tələblərinə məhəl qoymadı. Lakin Azərbaycan xalqı öz torpaqlarına qayıtmaq əzmindən dönmədi. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə nəticəsində Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağdamı Azərbaycana təhvil verməyə məcbur oldu.
Noyabrın 23-də şəhərə səfər edən Prezident İlham Əliyev Dövlət Bayrağımızı ucaltdı və Ağdam Cümə məscidində oldu. Həmin gün dövlət başçımız bəyan etdi: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaq.”
Təsadüfi deyil ki, Ağdamın 2040-cı ilədək inkişafına dair Baş plan əsasında şəhərdə müasir yaşayış məhəllələri, yollar, məktəblər, xəstəxanalar, parklar və sosial infrastruktur yaradılır. Gələcəkdə şəhərdə 100 min nəfərədək insanın yaşaması nəzərdə tutulur. Ağdam Sənaye Parkında yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, yüzlərlə insanın işlə təmin edilməsi bölgənin iqtisadi dirçəlişinə töhfə verir. İstifadəyə verilən obyektlər şəhərin nəqliyyat, mədəniyyət və turizm potensialını genişləndirir. Dövlət başçımız da bildirib ki, “Ağdam Bakı, Sumqayıt və Gəncədən sonra yəqin ki, dördüncü sənaye mərkəzi olacaq”.
Böyük Qayıdış proqramı çərçivəsində Ağdam şəhərinə və kəndlərinə köç prosesi də davam edir. 2026-cı ilin noyabrına olan məlumata görə, rayonun şəhər və kəndlərində ümumilikdə 2146 ailə, 8300 nəfər məskunlaşıb. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinin, eləcə də yaşayış komplekslərinin istifadəyə verilməsi doğma yurda qayıdan ailələrin yeni həyatının başlanğıcıdır.
2026-cı il noyabrın 7-də Prezident İlham Əliyevin Ağdama səfəri çərçivəsində rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olması, yeni istehsal müəssisələrinin açılışında iştirakı bölgənin sosial-iqtisadi inkişafının davamlı xarakter daşıdığını göstərir. Ağdamın bərpası həm də Qarabağın mədəni kimliyinin bərpasıdır. İmarət Kompleksinin, Ağdam Cümə məscidinin və tarixi abidələrin bərpası, Muğam Mərkəzinin istifadəyə verilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Dörd il əvvəl-2022-ci ildə Ağdamda keçirilən Milli Şəhərsalma Forumundakı çıxışı zamanı ölkə başçısı bir daha dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə yönəldərək bildirdi ki, “Ağdamda yarıdağılmış yeganə tikili Cümə məscidinin binası olub. Lakin onun keçmiş işğal altında olan ərazilərdə Ermənistanın dağıtdığı digər məscidlərlə birlikdə dağıdılmamasının səbəbi odur ki, onlar minarələrdən müşahidə üçün, Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə edirdilər.”
Əsas məqsədlərdən biri də bu şəhəri elə vəziyyətə salmaq idi ki, artıq burada yaşayış mümkün olmasın, azərbaycanlılar heç vaxt buraya qayıtmaq haqqında düşünməsinlər. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, “ancaq səhv etdilər. Biz, xalqımız bütün bu əzablı illər ərzində bir amalla yaşamışıq ki, öz doğma dədə-baba torpaqlarımıza qayıdaq və qayıdandan sonra bu torpaqları, bu şəhərləri, kəndləri bərpa edək. Azərbaycan xalqı heç vaxt işğalla barışmamışdır”.
30 ilə yaxın müddətdə xarabalığa çevrilən Ağdam məhz Azərbaycan bayrağı altında bu gün ən inkişaf etmiş, müasir sənaye mərkəzinə çevrilməkdədir.

Nigar Məmmədova
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2026 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri