Aparıcı İlkin Həsəni Bakıdakı velosiped yollarında skuterlə bloq çəkdi VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Teleaparıcı İlkin Həsəni bu dəfə sosial şəbəkə izləyicilərinin marağına səbəb olan maraqlı paylaşım edib.
Avtosfer.az xəbər verir ki, tanınmış aparıcı elektrikikli avtomobilini şəhərdən kənarda saxlayıb və paytaxt küçələrində skuterlə hərəkət etdiyi görüntüləri izləyicilərlə bölüşüb.
Videoda İlkin Həsəni tıxacda vaxt itirmədən, rahat şəkildə şəhər yollarında hərəkət etdiyini göstərib. O, həmçinin yolda qarşılaşdığı digər skuter və motosiklet sürücüləri ilə səmimi söhbətlər edib, onların da bu nəqliyyat vasitələrindən istifadədəki təcrübələrini maraqlı tərzdə izləyicilərlə bölüşüb.
Teleaparıcı qeyd edib ki, Bakıda son zamanlar yaradılan yeni skuter yolları həm təhlükəsizlik, həm də rahatlıq baxımından çox əlverişlidir. O, skuterlərin parklanma zamanı da avtomobillərə nisbətən daha rahat olduğunu vurğulayıb.
İlkin Həsəni eyni zamanda yüngül motorlu nəqliyyat vasitələrindən istifadə edənlərin təhlükəsizlik qaydalarına əməl etməsinin vacibliyini də xatırladıb. O, xüsusilə dəbilqənin istifadəsinin həyati əhəmiyyət daşıdığını bildirib:
“Skuter və ya motosikletlə hərəkət edərkən mütləq dəbilqə taxmaq lazımdır. Bu, sadəcə qayda deyil, həyatımızı qoruyan əsas vasitədir.”
Sosial şəbəkə istifadəçiləri teleaparıcının bu addımını müsbət qarşılayaraq, onun nümunəvi davranışını və ictimai maarifləndirmə yönümlü çıxışını təqdir ediblər.
Eltac Zülfüqaroğlu


