Aparıcı: Zəhləm gedir aktyorluq edən müxbirlərdən və... FOTO
Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Aparıcı Aytən Səfərova sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
O, Türkiyədə müzakirələrə səbəb olan iki fərqli xəbər buraxılışından söz açaraq bəzi müxbir və aparıcıları tənqid edib: "Zəhləm gedir aktyorluq edən müxbirlərdən və efirdə xəbərləri rola girərək çatdıran "ağıllı" aparıcılardan. Xəbər deyilmir, çatdırılır. Belələrinin savadsız olması da göz qabağındadır. Savadlı aparıcı xəbər çatdıranda aktyorluq etmir".
Qeyd edək ki, sözügedən görüntülərdə Türkiyənin "A Haber" və "TRT Haber" kanallarının müxbirləri eyni ərazidən çəkiliş etsələr də xəbərlərin fərqli şəkildə təqdim edilməsi müzakirələrə səbəb olub.
Belə ki, Suriyada atışma bölgəsində olduğunu deyən və başında kask olan "A Haber"in müxbiri eyni zamanda canlı yayım açan "TRT Haber"in ekranına düşüb.
Məlum olub ki, çəkilişlər Türkiyənin Suriya sərhəddində lentə alınıb və heç bir atışma olmayıb. (Axşam.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 01 Fevral 2025 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















