Apreldən bağlanan körpü açıldı FOTOLAR
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sabirabad rayonunda Kür çayı üzərində yerləşən və bir neçə kəndi birləşdirən panton körpüdə nəqliyyatın hərəkəti bərpa olunub.
Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki, keçidin açılması Ulacalı, Qəzli, Quruzma, Kovlar və Yenikənd kəndləri arasında gediş-gəlişi əhəmiyyətli dərəcədə asanlaşdırıb.
Xatırladaq ki, cari il aprelin 29-da Kürdə suyun səviyyəsinin artması nəticəsində Ulacalı və Quruzma kəndlərini birləşdirən körpüdə hərəkət dayandırılmışdı.
Körpünün hər birinin uzunluğu 6 metr olan iki panton dayağı suda batmışdı. Bu səbəbdən piyadaların və nəqliyyat vasitələrinin keçidi mümkün olmayıb, sakinlər alternativ yoldan istifadə edərək əlavə 15-20 kilometr məsafə qət etməli olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 01 Oktyabr 2026 08:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















