Icma.az
close
up
RU
Aqrar sahədə su itkilərinin azaldılması üçün yeni tədbirlər nəzərdə tutulur

Aqrar sahədə su itkilərinin azaldılması üçün yeni tədbirlər nəzərdə tutulur

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Layihədə aqrar sahədə səmərəliliyin və effektivliyin artırılması, su itkilərini azaldan suvarma sistemlərinin tətbiqi, xüsusilə də bitki növləri üzrə suvarma normalarının və su tutarlarının yaradılması kimi maddələrin təsbit olunması xüsusi əhəmiyyət kəsb edir. İndiyə qədər olan qanunlarda bu cür istiqamətlər müəyyən edilməmişdi, buna xüsusi əhəmiyyət veririk".

Moderator.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov deyib. O bildirib ki, kənd təsərrüfatı təyinatlı torpaqlar və su obyektləri əsas resurslar olaraq artıq bu qanunda təsbit olunub:

"Bununla yanaşı, qanun layihəsinin 12-ci maddəsində sudan istifadənin konkret məqsədləri, eyni zamanda sudan səmərəli istifadə ilə bağlı 7 tədbir nəzərdə tutulur ki, bu da xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, səslənən fikirlərə əlavə olaraq, bu, su ehtiyatlarından səmərəli istifadə üçün böyük zəmin yaradacaqdır. Bəlkə də ilk dəfədir ki, bizim milli qanunvericiliyimizdə iqlim dəyişikliklərinə qarşı adaptasiya tədbirləri də bu qanunda təsbit olunur. Bu da yüksək əhəmiyyət kəsb edir. Burada əsas məsələlərdən biri su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi tədbirləridir. Bununla yanaşı, su tutarlarının yaradılması ilə bağlı ayrıca müddəanın olması da çox əhəmiyyətlidir. Bu, su ehtiyatlarından səmərəli istifadə üçün onların toplanmasına və daha effektiv idarə olunmasına qanuni əsas yaradır. Həmçinin su təminatının yaxşılaşdırılmasına, lazımi səviyyədə və lazımi vaxtda suyun verilməsinə şərait yaradacaq, eyni zamanda su resurslarımızdan səmərəli istifadəni təmin edəcəkdir.

Ümumən, qanunun qəbulunun aqrar sahədə normativ tənzimləmənin vəhdətləşdirilməsini, dövlət dəstək mexanizmlərinin və şəffaflığının, onların məqsədli təyinatının, resurslardan səmərəli istifadənin, eyni zamanda iqlim dəyişikliklərinə davamlılığın təmin edilməsinə imkan yaradacağını düşünürük. Bu qanunun qəbulundan sonra formalaşacaq dəqiq mexanizmlər, həmçinin qanunun tətbiqi mexanizmlərinin hazırlanması və tətbiqi ümumən məşğulluğun artırılmasına, kənd yerlərinin dayanıqlı inkişafına, gəlirlərin artmasına və xüsusilə də ərzaq təhlükəsizliyimizə xüsusi töhfə verəcəkdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Oktyabr 2026 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri