Icma.az
close
up
RU
Aqrar sektor: struktur problemlər və çıxış yolları

Aqrar sektor: struktur problemlər və çıxış yolları

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan iqtisadiyyatının strateji sahələrindən biri olan aqrar sektor uzun illərdir dövlətin genişmiqyaslı vergi, gömrük və subsidiya paketləri ilə dəstəklənir. Enerji resurslarından əldə olunan gəlirlərin infrastrukturun inkişafına yönəldilməsi və regionlarda biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlara baxmayaraq, aqrar sahənin iqtisadiyyatdakı payının geriləməsi və sektorun rəqabət qabiliyyətinin yüksəlməməsi ciddi suallar doğurur. Mütəxəssislər hesab edir ki, mövcud təşviq mexanizmlərinin səmərəsizliyi yalnız güzəştlərin həcmində deyil, daha dərində kök salmış struktur çatışmazlıqlarında, maliyyə resurslarına çıxış çətinliklərində, logistika maneələrində və qeyri-formal sahibkarlığın geniş yayılmasında gizlənir. Bu təhlil yazısında, aqrar sektordakı "güzəşt çıxmazı"nın səbəbləri və sahənin dayanıqlı inkişafı üçün zəruri olan kompleks yanaşmalar araşdırılır.

“Aqrar sektorda güzəştlər niyə səmərə vermir?”

Mövzuyla bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən, millət vəkili Vüqar Bayramov bildirib ki, Azərbaycanın enerji resurslarından əldə etdiyi gəlirlər ölkənin infrastrukturunun inkişafında və regionların sosial-iqtisadi tərəqqisində mühüm rol oynayıb:
“Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışında vurğuladığı əsas məqamlardan biri enerji gəlirlərinin ölkənin inkişafına yönəldilməsi ilə bağlıdır. Enerji satışından əldə olunan gəlirlər ölkəyə daha çox valyuta daxil olmasına imkan yaratmaqla yanaşı, müasir infrastrukturun formalaşdırılmasına da ciddi töhfə verib. Bu, həm də Azərbaycanın rəqabət qabiliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır”.
V.Bayramov qeyd edib ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının əsas məqsədlərindən biri bölgələrdə müasir infrastrukturun qurulması olub: “Bu infrastrukturun formalaşdırılmasının əsas maliyyə mənbəyi məhz enerji resurslarının satışından əldə edilən gəlirlərdir. Hazırda ölkədə güclü infrastruktur bazası mövcuddur və qarşıdakı dövrdə əsas hədəflərdən biri həmin potensialın daha böyük iqtisadi dəyərə çevrilməsidir”.
Deputatın sözlərinə görə, bu istiqamətdə dövlət tərəfindən müxtəlif təşviq mexanizmləri tətbiq olunur: “Sənaye parklarında geniş vergi güzəştləri mövcuddur, gömrük güzəştlərinin əhatə dairəsi genişləndirilir. Xüsusilə sənaye parkları və prioritet sektorlar üzrə bu təşviqlərin artırılması investisiya mühitinin yaxşılaşdırılmasına xidmət edir. Təşviqedici alətlərin daha da genişləndirilməsi regionların rəqabət qabiliyyətinin yüksəlməsinə, yeni iqtisadi imkanların yaranmasına və paytaxtla bölgələr arasındakı inkişaf fərqinin mərhələli şəkildə azalmasına töhfə verə bilər.

“Regionlarda biznesin inkişafı üçün yol xəritəsi”

İqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı istiqamətində son illər mühüm addımlar atılıb: “Vergi və gömrük güzəştlərinin tətbiqi, sənaye parklarının, aqroparkların və sənaye məhəllələrinin yaradılması, investisiya təşviqi sənədlərinin verilməsi, eləcə də subsidiyaların ayrılması bu istiqamətdə həyata keçirilən tədbirlər sırasındadır”.
Ekspertin sözlərinə görə, xüsusilə kənd təsərrüfatı və aqrar emal sahəsində məhsulların istehsalı, emalı və saxlanılması istiqamətində dövlət tərəfindən ciddi dəstək mexanizmləri formalaşdırılıb: "İnvestorların qərarlarına təsir edən əsas amillər yalnız vergi və gömrük güzəştləri ilə məhdudlaşmır. İnvestor üçün əsas məsələ təkcə vergi yükünün az olması deyil. Logistika xərcləri, maliyyə resurslarına çıxış imkanları, ixtisaslı kadr təminatı, texnologiyalara çıxış və satış bazarlarına çıxış kimi faktorlar ən azı vergi güzəştləri qədər vacibdir. Hətta bəzi hallarda bu amillər daha böyük əhəmiyyət daşıyır”.
İqtisadçı bildirib ki, regionlarda sahibkarların qarşılaşdığı əsas problemlərdən biri maliyyə resurslarına çıxışın məhdud olmasıdır:
“Faiz dərəcələrinin yüksək olması ilə yanaşı, girov tələbləri də ciddi maneə yaradır. Bir çox regional şirkətlərdə maliyyə hesabatlılığı sistemləri tam formalaşmadığından banklar kreditləşmədə ehtiyatlı davranırlar. Bu da investisiya imkanlarını məhdudlaşdırır. Qeyri-neft emal sənayesində və aqro-emal sektorunda texnologiya və avadanlıqların idxalı üçün əlavə güzəştlərin tətbiqi məqsədəuyğun olardı. Bu istiqamətdə əlavə təşviq mexanizmləri şirkətlərin müasir texnologiyalara çıxışını asanlaşdıra və istehsalın səmərəliliyini artırardı”.
Ekspert hesab edir ki, güzəştli kredit mexanizmlərinin genişləndirilməsi və daha uzunmüddətli, aşağı faizli maliyyə alətlərinin tətbiqi də vacibdir: “Xüsusilə ixracyönümlü müəssisələrə əlavə dövlət dəstəyi göstərilməli, logistika və nəqliyyat xərclərinin azaldılması üçün yeni mexanizmlər hazırlanmalıdır”.
Onun sözlərinə görə, Azərbaycanın coğrafi mövqeyi logistika baxımından müəyyən çətinliklər yaradır: “Azərbaycanın dünya okeanına birbaşa çıxışının olmaması və regiondakı geosiyasi məhdudiyyətlər logistika xərclərini artırır. Bu səbəbdən yerli istehsalçıların rəqabət qabiliyyətinin yüksəldilməsi üçün nəqliyyat və logistika sahəsində əlavə dəstək tədbirlərinin həyata keçirilməsi vacibdir”.

Aqrar sektorun "güzəşt" çıxmazı

İqtisadçı ekspert Rəşad Həsənov nəzərə çatdırıb ki, aqrar sektor müstəqillik dövründə Azərbaycan iqtisadiyyatında ən geniş güzəşt və təşviq paketləri ilə əhatə olunan sahələrdən biri olub: “Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən subyektlərə vergi və digər fiskal ödənişlər üzrə güzəştlər tətbiq edilir. İstehsal vasitələri və aktivlərinə subsidiyalar verilir, yanacaq xərclərinin müəyyən hissəsi kompensasiya olunur. Buna baxmayaraq, sektorun inkişaf göstəriciləri gözlənilən səviyyədə deyil. Azərbaycan iqtisadiyyatının 2000-2025-ci illər üzrə inkişaf meyillərinə nəzər saldıqda görürük ki, aqrar sektor resurs gəlirlərinin yaratdığı imkanlardan adekvat şəkildə yararlana bilməyib. Nəticədə kənd təsərrüfatının iqtisadiyyatda payı təxminən 15 faizdən 5 faiz ətrafına qədər geriləyib. Halbuki neft gəlirlərinin iqtisadiyyata yönəldilməsi xidmət, maliyyə və digər sahələrin inkişafını stimullaşdırıb”.

R.Həsənov qeyd edib ki, aqrar sahədə mövcud olan geniş dəstək mexanizmlərinə baxmayaraq, bir sıra fundamental problemlər inkişaf tempini məhdudlaşdırır: “Uzun illər ərzində vergi ödəməmək praktikasının formalaşması bu vəziyyətin adi hal kimi qəbul edilməsinə səbəb olub və investisiya yönümlü təşəbbüslərin təşviqedici təsirini zəiflədib”.
Ekspert həmçinin qeyri-formal sahibkarlıq fəaliyyətinin geniş yayılmasını əsas problemlərdən biri kimi qiymətləndirib:
“Əgər sahibkarlıq subyekti vergidən yayınırsa və ya qeyri-rəsmi fəaliyyət göstərirsə, vergi güzəştlərinin onun üçün əlavə stimul yaratmaq imkanları məhdudlaşır. Bu baxımdan aqrar sektora təqdim olunan təşviq paketləri kifayət qədər geniş olsa da, onların sektorun inkişafına təsiri gözlənilən səviyyədə deyil. Aqrar sahənin dayanıqlı inkişafı üçün yalnız güzəşt və subsidiyaların artırılması deyil, həm də struktur problemlərin aradan qaldırılması, qeyri-formal fəaliyyətin azaldılması və investisiya mühitinin təkmilləşdirilməsi vacibdir”.

Günel Elxan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 İyun 2026 23:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri