Icma.az
close
up
RU
Aqrar Tədqiqatlar Mərkəzi ilə Vaqeningen Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Aqrar Tədqiqatlar Mərkəzi ilə Vaqeningen Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi (ATM) ilə kənd təsərrüfatı elmləri sahəsində dünyanın ən nüfuzlu elmi tədqiqat mərkəzlərindən biri olan Niderlandın Vaqeningen Universiteti (WUR) arasında görüş keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Niderlanddakı səfirliyinin dəstəyi ilə təşkil edilən və gələcək əməkdaşlıq məsələlərinin müzakirə olunduğu onlayn görüşdə Vaqeningen Universitetinin Asiya regionunda tərəfdaşlarla iş üzrə meneceri Kalyan Guntuboyina, Mərkəzin direktoru Rəşad Hüseynov, direktor müavini Namiq Şalbuzov, direktorun müşaviri Pərviz Əliyev iştirak ediblər.

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov görüş iştirakçılarına Mərkəz barədə geniş məlumat verib. Direktor Mərkəzin həm aqrar sahədə dövlət siyasətinin həyata keçirilməsində, həm də bu sahədə elmi tədqiqat işlərinin aparılmasında, tədqiqatçıların yetişdirilməsində rolundan danışıb.

Qarşı tərəf də öz növbəsində təmsil etdiyi qurumun fəaliyyəti haqda məlumat verib.

Görüşdə tərəflər arasında əməkdaşlığın mümkün olduğu əsas fəaliyyət istiqamətləri ilə bağlı məlumat mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə edilib.

Həmçinin birgə elmi tədqiqat işlərinin yerinə yetirilməsi üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üzrə ilkin razılıq əldə olunub. Eləcə də akademik heyətin təhsil və təcrübə mübadiləsi, elmi nailiyyətlərin bölüşülməsi, birgə elmi layihələrin icrası və s. məsələlərlə bağlı fikirlər bölüşülüb.

Digər çıxışçılar da əməkdaşlıq üçün prioritet sahələr olaraq kənd təsərrüfatında və kənd təsərrüfatı siyasətində dövlət tənzimlənməsi, iqlim dəyişikliyinin kənd təsərrüfatına təsirlərinin başa düşülməsi, kənd təsərrüfatının sosial aspektləri də daxil olmaqla davamlı kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi məsələləri, kənd yerlərinin inkişafı strategiyaları, təlim ehtiyaclarının qiymətləndirilməsi və s. məsələləri qeyd ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Sentyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see311

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see194

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see158

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see154

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see148

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see139

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see137

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see137

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see132

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see132

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see131

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see129

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see129

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri