Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Aqrar Universitetində tədbir keçirildi FOTOLAR

Aqrar Universitetində tədbir keçirildi FOTOLAR

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti fakültəsinin görkəmli alimləri olmuş - Rüstəm Rüstəmov, Hacı Quliyev və Ələddin Əsgərovun 100 illik yubileyinə həsr olunan xatirə gecəsi keçirilib.

"Unikal" xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xatirə gecəsində mərhum alimlərin elmi və pedaqoji fəaliyyətindən bəhs olunub, onların elmi irsi və baytarlıq elminə töhfələri geniş şəkildə təqdim edilib.
Tədbirdə Universitet rəhbərliyi, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Səməd Tomuyev, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının müavini Həsən Həsənov, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Recep Öztop, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri Fuad Əliyev, professor-müəllim heyəti və mərhum alimlərin ailə üzvləri iştirak ediblər.
Tədbirdə alimlərin həyat və fəaliyyətinə həsr olunan video çarxlar nümayiş olunub, onların yetirmələri və tələbələri çıxışlar edərək xatirələrini bölüşüblər.
Çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov görkəmli alimlərin Azərbaycan elminin inkişafındakı xidmətlərini xüsusi vurğulayıb. O bildirib ki, bu cür tədbirlər gənc nəslin elmə marağının artırılmasında və elm adamlarının həyat yolunun örnək kimi təqdim olunmasında mühüm rol oynayır.
Daha sonra Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Səməd Tomuyev çıxış edərək regionda elmin və təhsilin inkişafında böyük rol oynamış alimlərin xidmətlərini yüksək qiymətləndirib. O, bu kimi tədbirlərin yalnız bir yaddaş aktı deyil, gələcək nəsillərə stimul verən mühüm təşəbbüs olduğunu bildirib.
Baytarlıq təbabəti fakültəsinin dekanı Şəlalə Zeynalova çıxışında qeyd edib ki, bu alimlər təkcə elmə deyil, həm də mənəviyyata, insanlığa və Vətənə sədaqət nümunələri olublar. Onların yetirmələri bu gün də həmin dəyərləri yaşadır.
Tədbirə onlayn bağlantı ilə qoşulan “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”nin İdarə Heyəti sədrinin müavini, tibb üzrə fəlsəfə doktoru Azər Dəmirov baytarlıq və tibbi elmlərin kəsişməsində dayanan ortaq dəyərlərdən danışıb, insan və heyvan sağlamlığının qorunmasında elm adamlarının üzərinə düşən missiyanı vurğulayıb.
Tədbirin beynəlxalq iştirakçılarından biri olan, İngiltərə Kral Cərrahlar Kollecinin üzvü və Səudiyyə Ərəbistanında fəaliyyət göstərən neyrocərrah Arif Əsgərov da tədbirə onlayn qoşularaq, Azərbaycan elminin dünya elmi ilə inteqrasiyası və alimlərin bu yolda oynadığı rolu qeyd edib.
Tədbirin bədii hissəsində tələbələr və gənc ifaçılar çıxış ediblər. Milli musiqimizin incilərindən olan muğam ifası gecəyə xüsusi ahəng qatıb.
Sonda Baytarlıq təbabəti fakültəsinin inkişafında xidmətləri olmuş bir sıra müəllimlərə təşəkkürnamələr təqdim olunub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://unikal.az
archiveBu xəbər 04 İyul 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri