Icma.az
close
up
RU
“Aqrarkredit”in İdarə Heyətinin yeni tərkibi təsdiq edilib

“Aqrarkredit”in İdarə Heyətinin yeni tərkibi təsdiq edilib

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Səhmdarının növbədənkənar ümumi yığıncağı keçirilib.

"APA-Economics" xəbər verir ki, yığıncaqda QSC-nin İdarə Heyətinin üzvlərinin səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar olaraq yeni tərkibin formalaşdırılması məsələsi müzakirə olunub. Qeyd olunub ki, “Aqrarkredit” QSC-nin Nizamnaməsinə əsasən İdarə Heyətinin üzvləri Səhmdarın ümumi yığıncağı tərəfindən 4 ildən çox olmayan müddətə seçilirlər.

Yığıncaqda QSC-nin İdarə Heyətinin yeni tərkibi təsdiq edilib. Yığıncağın qərarına əsasən İlham Kələşov, Rəcəb Hüseynov və Cahid Quluzadə İdarə Heyətinə yeni üzvlər seçiliblər. Eyni zamanda, İ.Kələşov İdarə Heyəti sədrinin birinci müavini və sədrin səlahiyyətlərinin müvəqqəti icraçısı, R.Hüseynov isə sədr müavini təyin olunublar.

Qeyd edək ki, "Aqrarkredit” QSC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 aprel 2001-ci il tarixli 65s nömrəli Sərəncamı ilə yaradılıb və Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar-Sənaye Bankının hüquqi varisidir.

“Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2009-cu il tarixli 144 №-li Fərmanı ilə Maliyyə Nazirliyi “Aqrarkredit” QSC-nin Səhmdarı olaraq çıxış edir. “Aqrarkredit” QSC-nin səhmlərinin 100%-i dövlətə məxsusdur. QSC baş ofis və bölgələrdə fəaliyyət göstərən 12 filialdan ibarətdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:252
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 Aprel 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri