AQTA sədri işçilərinə İTV ilə bağlı qadağa qoyub? Aparıcıdan iddia + VİDEO
Mia.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli rəhbərlik etdiyi qurumun əməkdaşlarına İctimai Televiziyanın “Sabaha saxlamayaq” verilişində iştirakı qadağan edib.
Mia.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Sabaha saxlamayaq” verilişinin içməli suya həsr olunmuş növbəti buraxılışında bildirilib.
Verilişin aparıcısı qeyd edib ki, AQTA rəhbəri Qoşqar Təhməzli əməkdaşlarına İctimai Televiziyanın “Sabaha saxlamayaq” proqramında iştirakla bağlı qadağa qoyub:
“Birmənalı olaraq onların proqramımızda iştirak etməsinə icazə verilmir. Bunun üçün təəssüf edirik. Salamlarımızı göndəririk və bildiririk ki, əgər İctimai Televiziyanın efirindən ictimaiyyəti narahat edən bir mövzunu müzakirə ediriksə və bütün bunlardan məsul olan dövlət qurumu ictimaiyyət qarşısına çıxıb bununla bağlı açıqlama vermək istəmirsə, hələ üstəlik, əməkdaşlara verilişdə iştirakı qadağan edirsə, burada, həqiqətən, “sular bulanır” kimi bir şübhə yaranır. O zaman istənilən tamaşaçı narahat olacaq ki, marketlərdən aldığımız, evimizə sifariş etdiyimiz sulara nə qədər etibar edə bilərik? Ən azından AQTA nümayəndələri bizim studiyaya gələrək, özləri hansı sudan içirlər, bu barədə bizə deyə bilərdilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 21 Yanvar 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















