Icma.az
close
up
RU
AQTA yas mərasimlərini də nəzarətə götürür

AQTA yas mərasimlərini də nəzarətə götürür

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yas mərasimlərində təqdim olunan qida məhsullarının təhlükəsizliyi və bu mərasimlərin təşkili zamanı sanitar-gigiyenik qaydalara əməl olunması Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) daim diqqət mərkəzindədir.

"Yeni Sabah" xəbər verir ki, bunu AQTA-nın şöbə müdiri Validə Sadıxova bildirib.

O qeyd edib ki, yas mərasimlərinin keçirildiyi məkanlarda, o cümlədən bu məqsədlə qurulan xüsusi çadırlarda qidaların hazırlanması, saxlanılması və daşınması zamanı temperatur rejiminə ciddi riayət olunmalıdır. Mərasimlərdə istifadə olunan ət və süd məhsulları, müxtəlif salatlar və tez xarab olan digər qida məhsulları yalnız etibarlı, mənşəyi bilinən və qida təhlükəsizliyi qeydiyyatından keçmiş mənbələrdən əldə edilməlidir. Marqarita pizza

Validə Sadıxovanın sözlərinə görə, mənşəyi naməlum olan və laborator müayinələrdən keçməmiş heyvan mənşəli məhsulların yas məclislərində istifadəsi yolverilməzdir.

AQTA rəsmisi qeyd edib ki, məclislərdə xidmət göstərən heyətin şəxsi gigiyena qaydalarına əməl etməsi, qabların və mətbəx avadanlıqlarının düzgün təmizlənməsi də yoluxucu xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır. Agentlik tərəfindən mərasim evlərinin sahiblərinə və çadır xidməti göstərən sahibkarlara fəaliyyətlərini qanunvericiliyin və sanitariya normalarının tələblərinə uyğun təşkil etmələri ilə bağlı xəbərdarlıq olunub.

O, vətəndaşlara belə mərasimlərin təşkili zamanı qida təhlükəsizliyi qaydalarına həssas yanaşmağı və hər hansı şübhəli halla qarşılaşdıqları təqdirdə dərhal Agentliyin qaynar xəttinə məlumat verməyi tövsiyə edib.

Validə Sadıxova əlavə edib ki, son dövrlərdə regionlarda yas mərasimlərində baş verən qida zəhərlənmələrinin əsas səbəblərindən biri ev şəraitində hazırlanan lavaşların istifadəsi ilə bağlı olub. Bu səbəbdən qida məhsullarının hazırlanması və təqdimatı zamanı təhlükəsizlik tələblərinə ciddi əməl olunması xüsusilə vacibdir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 İyul 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri