Icma.az
close
up
RU
AQTİ rəsmisi: Azərbaycandan Avropa İttifaqı ölkələrinə, Çinə və Sinqapura yeni qida məhsullarının ixracını təmin etmək üçün tədbirlər həyata keçirilir MÜSAHİBƏ

AQTİ rəsmisi: Azərbaycandan Avropa İttifaqı ölkələrinə, Çinə və Sinqapura yeni qida məhsullarının ixracını təmin etmək üçün tədbirlər həyata keçirilir MÜSAHİBƏ

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 8 sentyabr, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədrinin müavini Ramazan Nəbiyev AZƏRTAC-ın suallarını cavablandırıb. O, ölkədə qida təhlükəsizliyinin təmin olunması, əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təminatının yaxşılaşdırılması, eləcə də yerli məhsulların ixrac potensialının artırılması istiqamətində həyata keçirilən kompleks tədbirlər barədə danışıb. Müsahibəni təqdim edirik.

- Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması və qida məhsullarının ixrac potensialının artırılması istiqamətində hansı tədbirlər görülür?

- Ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması, əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təminatının yaxşılaşdırılması, eyni zamanda, istehsal edilən yerli məhsulların ixrac potensialının artırılması istiqamətində əhəmiyyətli irəliləyişlərə nail olunub. Belə ki, yeni qida təhlükəsizliyi sistemi üzrə qanunvericilik təkmilləşdirilərək “Qida təhlükəsizliyi haqqında” Qanun qəbul edilib, müvafiq dövlət proqramı qəbul olunaraq icrası uğurla davam etdirilib, risk əsaslı nəzarət sisteminin tətbiq olunmasına başlanılıb. Sadalamağa davam etsək, uzun bir siyahıya çevriləcək bütün bu kompleks tədbirlərin davamı olaraq hazırda “Heyvan sağlamlığı” və “Bitki sağlamlığ”ı üzrə də “Qida təhlükəsizliyi haqqında” Qanuna bənzər formada ən qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınmaqla, qanun layihələri hazırlanıb və qəbulu istiqamətində işlər davam etdirilməkdədir. Bundan başqa, dövlət proqramının icrasının bu ilin sonunda yekunlaşacağı nəzərə alınaraq yeni proqramın layihəsinin hazırlanması istiqamətində də işlərə başlanılıb. Davamlı olaraq həyata keçirilən bütün bu kompleks tədbirlər ölkəmizin qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələri üzrə inkişafının sürətlə davam edəcəyinin bir göstəricisidir. İxrac potensialı ilə bağlı məsələyə gəldikdə isə qeyd etməliyəm ki, görülən bütün işlərin və əldə olunan nailiyyətlərin ölkədə qida təhlükəsizliyinin təmin edilərək həyat və sağlamlığın qorunmasına xidmət göstərməsi, həm də birbaşa olaraq yerli məhsullarımızın beynəlxalq ticarət imkanlarının genişlənməsi mənasına gəlir. Çünki qida məhsullarının rəqabət qabiliyyəti ilə bağlı ən önəmli faktorlardan biri də onların təhlükəsizliyi, hətta onların təhlükəsizliyinə beynəlxalq tərəfdaşlar tərəfindən göstərilən etimaddır. Yəni istehsalçı ölkədə bərqərar olan, tətbiq edilən qida təhlükəsizliyi sistemi və qida təhlükəsizliyi statusu bu məsələdə ən əhəmiyyətli göstəricidir. Bu səbəblə hər üç sahə üzrə əldə olunan nəticələr son illərdə məhsullarımızın rəqabət qabiliyyətinə müsbət təsir göstərib və göstərməyə də davam edəcək. Misal üçün, son illərdə Avropa İttifaqı (Aİ) ölkələrinə fındıq ixracına yaşıl dəhliz tətbiq olunub, yun, gön-dəri məhsullarının, akvakulturada yetişdirilən balıq və balıq kürüsü məhsullarının ixracına icazə verilib, bu birlik tərəfindən tanınan istehsal müəssisələrinin sayı 2-dən 12-yə çatdırılıb. Bir sıra ölkələrə ərzaqlıq yumurtanın ixracına nail olunub, Çin Xalq Respublikasına badam və fındığın ixracına razılıq əldə edilib.

Bir məsələni xüsusilə qeyd etməliyəm ki, ixrac imkanlarının genişlənməsi ilə bağlı nümunə olaraq qeyd etdiyim nəticələri bəhs olunan kompleks tədbirləri həyata keçirmədən, risk əsaslı və effektiv nəzarət sistemi tətbiq etmədən, laboratoriyalar şəbəkəsini inkişaf etdirərək beynəlxalq akkreditasiyalar çərçivəsində aparılan analizlərin dairəsini genişləndirmədən, effektiv sertifikatlaşdırma mexanizmlərini işə salmadan və bütün bu tədbirlərin nəticəsində ticarət tərəfdaşı ölkələrin tələbləri ilə bağlı prosedurları təmin edərək məhsullarımızın təhlükəsizliyini sübuta yetirmədən əldə etmək mümkün olmazdı. Bu səbəbdən, ilk olaraq, həyat və sağlamlığın qorunması, bunun təbii nəticəsi kimi ixrac imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcək. Məlumat üçün bildirim ki, növbəti mərhələdə Aİ ölkələrinə vəhşi təbiətdən ovlanan balıqların və onların emal məhsullarının, Çinə zeytunun, Sinqapura bitkiçilik məhsullarının ixracına icazələrin əldə edilməsi üçün lazimi tədbirlər davam etdirilir.

- Bəs, zoonoz xəstəliklərdən azad statusun əldə olunmasının faydaları nədir və bu, heyvan mənşəli məhsulların ixracı üçün hansı imkanlar yaradır?

- Beynəlxalq ticarət qaydalarına görə, heyvanların və heyvan mənşəli məhsulların ixracı heyvan xəstəliklərinin mövcud olmadığı ölkələrdən və ya həmin dövlətlərin müvafiq qaydalara uyğun olaraq sağlamlıq statusu təsdiq edilmiş regionlarından həyata keçirilir. İnsan və heyvan sağlamlığına, ətraf mühitə zərər yetirən, habelə geniş iqtisadi itkilərə səbəb olmaqla, beynəlxalq ticarətə maneə törədən bir sıra heyvan xəstəlikləri Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən daimi qaydada izlənilir. Bu siyahıya daxil edilən altı xəstəlikdən azadolma statusu isə təşkilat tərəfindən xüsusi qaydada aparılan araşdırmalar nəticəsində rəsmi olaraq sertifikatlaşdırılmalıdır. Ölkəmizin yüksək patogenli quş qripindən, donuzların Afrika taunundan, xırdabuynuzluların taunundan və atların Afrika xəstəliyindən azad statusu ÜHST tərəfindən təsdiqlənib ki, bunlardan sonuncu ikisi xüsusi qaydada sertifikatlaşdırılmalı olan xəstəliklər siyahısındadır. Xəstəlikdən azad statusların əldə edilməsi və bu sahədə həyata keçirilən kompleks tədbirlər heyvan və heyvan mənşəli məhsulların ixracı üçün yeni imkanlar yaradıb ki, bu sahədə Çin tərəfindən 2006-ci ildən quş məhsullarının idxalına qoyulan məhdudiyyət aradan qaldırılıb və bu ölkəyə quş məhsullarının ixracına razılıq əldə olunub. Azərbaycanın qonşu ölkələr tərəfindən atların manqo xəstəliyindən azad ölkə kimi qəbul edilməsinə nail olunub və atların Orta Asiya ölkələrinə ixracı təmin edilib. Türkiyə tərəfindən qaramalın nodulyar dermatit xəstəliyi ilə bağlı idxal qadağası aradan qaldırılıb. Dabaq xəstəliyi də azadolma statusu xüsusi qaydada sertifikatlaşdırılmalı olan xəstəliklər siyahısına daxil olmaqla respublikamız üçün prioritet əhəmiyyət kəsb edir. Xəstəlik cütdırnaqlı heyvanlarda baş verməklə geniş iqtisadi itkilərə səbəb olduğu və heyvan mənşəli məhsulların ölkələrarası ticarətinə maneə törətdiyi üçün ÜHST tərəfindən ciddi qaydada nəzarətdə saxlanılır. Ölkəmizdə Şərqi Zəngəzur və Qarabağ iqtisasi rayonlarında (Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının əraziləri tam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən) və Naxçıvan Muxtar Respublikasının ərazisində peyvəndləmə aparılmaqla dabaq xəstəliyindən azad zonanın yaradılması üçün prosedurların icrasına başlanılıb. Qeyd edilən regionlarda azad zona statusu tanındıqdan sonra heyvan mənşəli məhsulların ixracında, habelə ölkəmizin ərazisindən keçməklə tranzit daşınmasında mövcud olan bir sıra maneələr aradan qalxacaq.

- “Qida təhlükəsizliyi haqqında” Qanunun tətbiqi ilə hansı nailiyyətlər əldə olunub?

- 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanunun və onun tətbiqi ilə bağlı digər tənzimləyici qaydaların qəbul edilməsi ölkəmizdə ən qabaqcıl beynəlxalq təcrübəyə uyğun, günümüzün çağırışlarına cavab verən qida təhlükəsizliyi sisteminin bütün elementləri üzrə hüquqi zəmin yaradaraq, bu sahədəki inkişafa böyük töhfə verərək yeni bir səhifə açıb. İlk olaraq bildirim ki, yem məhsullarında ortaya çıxan hər hansı təhlükənin insan həyat və sağlamlığına qaçılmaz təsiri nəzərə alınaraq bu məhsullar da qanunun tətbiq dairəsinə aid edilib. Beləliklə, qanun həm qida, həm də yemlər üzrə tələbləri ilkin istehsaldan istehlaka qədərki mərhələlər üzrə özündə ehtiva edərək qida zənciri prinsipinin tətbiqinə zəmin yaradıb. Risk əsaslı nəzarət sistemi qurulub, nəzarət periodikliyi və dairəsi müəssisələrin fəaliyyət növü və məhsulların daşıdığı risk nəzərə alınmaqla tətbiq olunmağa başlanaraq, elmi risk qiymətləndirilməsi və risklərin idarə edilməsi mexanizmləri təkmilləşdirilib. Qanunun tətbiq dairəsinə aid olunan bir başqa məsələ qida ilə təmas edən material və məmulatlardır ki, bu istiqamətdə qablaşdırma materiallarının təhlükəsizliyi ilə bağlı tələblər də müəyyənləşdirilib. Qida obyektlərinin qeydiyyatı ilə bağlı da bir sıra yeniliklər tətbiq olunub, yalnız yüksək riksli məhsulların istehsalı həyata keçirilən obyektlərdə qiymətləndirmə aparılmaqla onların təsdiq edilməsi, digər bütün obyektlərin isə birbaşa qeydiyyatı

mexanizmi risk əsaslı nəzarət prinsipinə uyğun formalaşdırılıb. Xarici ölkələrdə yerləşən və ölkəmizə idxal olunan yüksək riskli məhsulların istehsal edildiyi müəssisələrin xarici qiymətləndirilməsi prosesinə başlanılıb. Beləliklə, idxal olunan məhsulların təhlükəsizliyinin təmin edilməsi üçün qiymətləndirmə nəticəsində qida təhlükəsizliyi tələblərinə cavab verən müəssisələrdə istehsal olunan yüksək riskli məhsulların idxalı təmin edilib. Risk əsaslı nəzarət prinsipinin bir başqa əyani tətbiqi olaraq yüksək riskli olmayan məhsulların idxalı zamanı sağlamlıq sertifikatının məhsulu müşaiyət etmə tələbi ləğv olunub. Bir sıra məhsulların qeydiyyatının həyata keçirilməsinə başlanılıb, bu məhsullar sırasında olan bioloji aktiv qida məhsulların qeydiyyatı bu sahədə istehlakçı hüquqlarının qorunmasını, məhsulların izlənilməsini və təhlükəsizliyini təmin edib. Bundan başqa, qida məhsullarının izlənilməsi, zənginləşdirilməsi, böhran vəziyyətlərinin idarəedilməsi kimi bir sıra tənzimləmələr də qanunda öz əksini tapıb. Qanunda təsbit olunan bütün bu tənzimləyici alətlər vasitəsilə, ölkədə qida təhlükəsizliyini təmin edərək insan həyat və sağlamlığını qorumaq, bunun məntiqi nəticəsi olaraq, yerli istehsal məhsullarımızın ixracını asanlaşdırmaq məqsədləri əsas götürülüb. Bütün bunları edərkən tətbiq olunan nəzarət tədbirlərinin yalnız elmi və beynəlxalq təşkilatların müəyyənləşdirdiyi çərçivədə həmin məqsədlərə mütənasib təşkil edilməsinə zəmin yaranıb. Bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, qanundan irəli gələrək qəbul olunan bütün tənzimləyici normalar Ümumdünya Ticarət Təşkilatının istinad etdiyi Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının Kodeks Alimentarius Komissiyasının, eyni zamanda, elmi sübutlara əsaslanan normalara uyğun olaraq müəyyənləşir ki, bundan kənar tənzimləmənin həyata keçirilməsi mümkün deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri