Icma.az
close
up
RU
“Ara bəstəkarlar”ın sonu gəlir: Cavanşir Quliyevlə MÜSAHİBƏ

“Ara bəstəkarlar”ın sonu gəlir: Cavanşir Quliyevlə MÜSAHİBƏ

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Son vaxtlar süni intellekt vasitəsilə mahnı bəstələnməsi və ifa olunması geniş yayılıb.

Bu gün süni intellekt müxtəlif janrlarda mahnılar bəstələyə, musiqini aranjeman edə, hətta insan səsini təqlid edərək həmin əsəri ifa edə bilir. Əvvəllər yalnız bəstəkar, musiqiçi və ifaçının gördüyü işlərin bir hissəsi artıq texnologiyanın köməyi ilə həyata keçirilir. Bu vəziyyət musiqinin və bəstəkarlıq sənətinin gələcəyi ilə bağlı bir sıra suallar yaradır.

Mövzu ilə bağlı bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev “Cebheinfo.az”-ın suallarını cavablandırıb:

- Cavanşir bəy, siz ömrünü sənətə həsr edən peşəkar bəstəkar kimi bu tendensiyanı necə qiymətləndirirsiniz?

-Son zamanlar süni intellektin yaratdığı mahnılar internetdə çox geniş yayılır və bu proses musiqi sahəsində ciddi dəyişikliklərin baş verdiyini göstərir. Mən hesab edirəm ki, hazırkı mərhələdə süni intellekt hələ tam mənada yeni musiqi icad etmək mərhələsinə çatmayıb. O, əsasən internetdə, musiqi əsərlərində və müxtəlif mənbələrdə mövcud olan materiallardan istifadə edir. Müxtəlif musiqi elementlərini, üslubları, melodik və ritmik xüsusiyyətləri toplayaraq onları sifarişçinin istəyinə uyğun şəkildə birləşdirir və nəticədə yeni bir mahnı meydana gətirir.

Burada əsas məsələ odur ki, zahirən yeni əsər yaranır, amma onun arxasında duran yaradıcılıq mexanizmi hələlik daha çox mövcud materialların işlənməsi və yeni formada təqdimatına əsaslanır. Süni intellekt müxtəlif əsərlərdən öyrəndiyi musiqi xüsusiyyətlərini birləşdirə bilir, lakin mənim fikrimcə, hələlik insan bəstəkarının tamamilə yeni musiqi ideyası, yeni motiv və ya yeni musiqi strukturu icad etməsi ilə eyni prosesdən söhbət gedə bilməz. 

Ancaq bu vəziyyət uzun müddət belə qalmaya bilər. Süni intellekt çox sürətlə inkişaf edir. Bu inkişafın indiki tempi davam edərsə, çox zaman keçmədən onun yalnız mövcud musiqi materiallarını birləşdirən sistem olmaqdan çıxaraq  yeni musiqi strukturları, yeni motivlər və fərqli musiqi ideyaları yaratmağa başlaması mümkündür.

-Sizcə, süni intellekt bəstəkarın yaradıcılığını əvəz edə bilərmi, yoxsa yalnız köməkçi vasitə olaraq qalacaq?

-Mən bir dəfə demişdim ki, gələcəkdə bəstəkarların hamısının eyni vəziyyətdə olması mümkün deyil. Həqiqi bəstəkarlar, yəni yeni musiqi ideyası icad etmək, yeni motiv yaratmaq, yeni struktur qurmaq və öz musiqi dilini formalaşdırmaq imkanına malik olan bəstəkarlar yenə də fəaliyyətlərini davam etdirəcəklər. Çünki onların əsas işi sadəcə mahnı yazmaq deyil, yeni bir şey yaratmaqdır. Onlar musiqidə əvvəllər olmayan bir fikir ortaya qoymağa çalışırlar. Amma “ara bəstəkarlar” adlandıra biləcəyimiz başqa bir qrup üçün vəziyyət fərqli ola bilər.

Mən burada mövcud musiqi nümunələrini yaxşı mənimsəyən, müəyyən üslubda mahnılar yazan, əvvəl yaradılmış musiqi dilindən istifadə etməklə yeni əsərlər hazırlayan bəstəkarları nəzərdə tuturam. Onların gördüyü iş müəyyən mənada süni intellektin gördüyü işə yaxınlaşır. Əgər süni intellekt mövcud musiqi materiallarını insandan daha sürətli, daha ucuz və daha keyfiyyətli şəkildə birləşdirə biləcəksə, təbii olaraq həmin işlərə ehtiyac da tədricən azala bilər. Bu halda problem bütün bəstəkarların yox olması deyil. Əksinə, bəstəkarlığın öz daxilində fərqlənmə daha aydın görünə bilər.

-Süni intellektin yaratdığı musiqi ilə əsl bəstəkarın yaratdığı musiqi arasında əsas fərq nədədir? Ruhunda, yoxsa təqdimaıtnda?

-Mənim üçün bəstəkarlığın mahiyyəti təkrarlamaq yox, icad etməkdir. Bəstəkarın əsas üstünlüyü ondan ibarətdir ki, o, musiqidə əvvəllər olmayan bir şeyi təsəvvür edə və onu əsərə çevirə bilir. Əgər süni intellekt mövcud olanları getdikcə daha mükəmməl şəkildə təkrar və kombinasiya edə bilirsə, onda insan bəstəkarının əhəmiyyəti məhz yeni ideya yaratmaq qabiliyyətində olacaq.

Ona görə düşünmürəm ki, süni intellektin inkişafı avtomatik olaraq bəstəkarlığın sonu deməkdir. Süni intellekt musiqinin texniki və istehsal prosesində çox böyük rol oynaya bilər, bəzi işləri insandan daha sürətli və daha keyfiyyətli görə bilər. Amma bəstəkarlığın əsas məsələsi yeni bir musiqi fikrinin yaranmasıdır. Yeni musiqi ideyası icad etmək bacarığı bəstəkarın əsas fərqləndirici xüsusiyyəti olaraq qalacaq.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: bəstəkarlar Cavanşir Quliyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Sentyabr 2026 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri