Icma.az
close
up
RU
Araikin üzr istəməsi təşviş yaratdı Gizlinlər

Araikin üzr istəməsi təşviş yaratdı Gizlinlər

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

Bakıda Qarabağda qanunsuz silahlı dəstələr yaradaraq, ölkəmizin bölünməsi üçün 30 ildən çox cinayət törətmiş bir erməni terrorçusunun məhkəməsi Ermənistandakı bəzi qüvvələrin hay-küyünə səbəb olub. Tribunainfo.az bildirir ki, bununla bağlı erməni müxalifəti ciddi narazılıq edir, Paşinyanı ittiham edirlər.
Keçmiş deputat Arman Tatoyan bildirib ki, Ruben Vardanyanın, Bako Saakyanın və digərlərinin məhkəməyə çıxarılması, həbs olunmaları erməni xalqının faciəsidir. Onun sözlərinə görə, Ermənistan tərəfinin separatçıları Bakıdan almaması isə “dövlətə xəyanət”dir.
Lakin verilən açıqlamalardan, xüsusən də separatçıbaşı Arayik Harutyunyanın məhkəmə zalında Azərbaycan xalqından üzr istəməsi, Gəncəyə raket atılması ilə bağlı epizoda “mən əmr verdiyimi demişdim, lakin bu əmri vermək mənim səlahiyyətimdə deyildi” söyləməsi İrəvandakı bəzilərinin kürkünə birə salıb.
Belə ki, Ermənistanın Beynəlxalq Hüquq Məsələləri üzrə Nümayəndəliyi təcili olaraq, separatçıların işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. Onlar məhkəmə qarşısında iki məsələ qaldırıblar. Onlardan biri separatçıların Azərbaycandan ekstradisiya edilməsi və İrəvana verilməsi ilə bağlıdır. Bunu da onunla “əsaslandırıblar” ki, guya, Azərbaycanda ədalətli məhkəmə keçirilə bilməz.
Erməni diasporu isə Rusiya, ABŞ və Aİ-dəki lobbiləri səviyyəsində təşkil olunduqları ölkələrin rəhbərliklərinə müraciət ediblər. Onlar separatçıların məhkəməsi ilə bağlı Azərbaycana qarşı intizam tədbirlərinin tətbiqi tələb ediblər.
İstər yerli Ermənistan müxalifəti, istərsə də erməni diasporunu narahat edən nədir? Arayik Harutyunyanın “mənim əmr vermək səlahiyyətim olmayıb” deməsi bütün sirlərin üstünü açmağa imkan verə bilər. Tribunainfo.az xəbər verir ki, yəqin ki, növbəti məhkəmələrdə Arayik digər detalları da açıqlayacaq. Bu zaman həm erməni diasporu, həm də Ermənistan müxalifətinin Azərbaycana qarşı istifadə edilmiş cinayətlərdə rolunun olduğu üzə çıxacaq. Bu, erməni müxalifətinin bir hissəsinin siyasi səhnədən getməsi ilə yanaşı, həm də Azərbaycanın mövcud dəlil və sübutlar sayəsində onlara qarşı cinayət işi açmasına gətirib çıxaracaq. Ona görə də, həm diaspora, həm də müxalifət adlarının hallanmaması üçün maksimum dərəcədə diqqəti əsas məsələdən yayındırmağa çalışacaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 20 Yanvar 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri